DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Niderland "Türk axını" ilə bağlı müsbət qərar qəbul edib

Türk axını - Sputnik Azərbaycan, 1920, 19.10.2022
Abunə olmaq
"Türk axını" dəniz boru kəməri operatoru "South Stream Transport B.V." 18 sentyabr 2022-ci ildə Aİ-nin yeni sanksiyalarının tətbiqi nəticəsində şirkətin ixrac lisenziyasının vaxtından əvvəl ləğv edildiyini açıqlamışdı.
BAKI, 19 oktyabr — Sputnik. Niderland "Türk axını" qaz kəməri layihəsinin operatoruna ixrac lisenziyasını bərpa edib. Bu barədə "Bloomberg" Niderlandın Energetika Nazirliyinin nümayəndəsinə istinadən xəbər verir.
Bundan əvvəl "Türk axını" dəniz boru kəməri operatoru "South Stream Transport B.V." 18 sentyabr 2022-ci ildə Aİ-nin yeni sanksiyalarının tətbiqi nəticəsində şirkətin ixrac lisenziyasının vaxtından əvvəl ləğv edildiyini açıqlamışdı. Niderland hakimiyyət orqanları (Aİ) 833/2014 saylı Qaydanın 3-cü maddəsinin 1 və 2-ci bəndlərinin qadağalarına istinad ediblər (yeni sanksiya məhdudiyyətləri daxil olmaqla). Bu müddəalar Rusiyada, o cümlədən xüsusi iqtisadi zonada və kontinental şelfdə istifadə üçün mal və xidmətlərin, xüsusilə texniki yardım və xidmətlərin tədarükünü qadağan edir.
Qeyd edilib ki, yeni sanksiyaların tətbiqi "South Stream Transport B.V." şirkəti tərəfindən qaz nəqlinin davam etdirilməsini məhdudlaşdırmır.
"South Stream Transport B.V." əminliyini bildirib ki, Aİ-nin 833/2014 saylı mövcud sanksiya tənzimləməsi çərçivəsində istisna almaq üçün bütün hüquqi əsaslara malikdir, çünki "Türk axını" ilə nəql edilən qaz daha sonra milli qaz ötürücü sistemlər vasitəsilə Avropa ölkələrinə tədarük edilir. Uzunmüddətli perspektivdə təhlükəsiz və etibarlı qaz tədarükünü davam etdirmək üçün "South Stream Transport B.V." ixrac lisenziyasının yenilənməsi üçün müraciət edib və Niderlanddakı müvafiq orqanlardan cavab gözləyir.
"Türk axını" Rusiyadan Türkiyəyə Qara dəniz vasitəsilə keçən ixrac qaz kəməridir. Layihənin gücü - 31,5 milyard kubmetr qazdır. "Türk axını" Türkiyə ərazisindən tranzitlə Türkiyə və Cənubi və Cənub-Şərqi Avropa ölkələrinə qaz nəqli üçün nəzərdə tutulub.
Magistral xətt iki xətdən ibarətdir, xətlərin hər biri sutkada 41,7 milyon kubmetrə qədər qaz vurmaq gücündədir.
Xəbər lenti
0