Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Ermənistan Hindistana üz tutub: hind silahlarının aqibəti necə olacaq?

© AFP 2024 / PRAKASH SINGHHindistanda parad zamanı hərbi texnikanın nümayişi, arxiv şəkli
Hindistanda parad zamanı hərbi texnikanın nümayişi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 19.10.2022
Abunə olmaq
Təəssüf ki, Hindistan və bəzi ölkələr Cənubi Qafqaz regionunda vəziyyətin destabilizasiyasına çalışırlar.
BAKI, 19 oktyabr — Sputnik. Ermənistanın müdafiə naziri Suren Papikyanın rəhbərlik etdiyi nümayəndə heyəti Hindistana gedib. Bu barədə Ermənistanın Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, bir müddət əvvəl Hindistanın Ermənistana müasir raketlər və tank əleyhinə silahlar satacağı barədə məlumatlar yayılmışdı. Bildirilir ki, Hindistanın Ermənistana satacağı “Pinaka” raketləri 40 kilometr uçuş məsafəsinə və dəqiq zərbə vurma qabiliyyətinə malikdir. Bu raket sisteminin yüksək effektivliyinin Kəşmirin dağlıq bölgələrində Pakistana qarşı aparılan müharibədə sübuta yetirildiyi bildirilir.
Sputnik Azərbaycan son zamanlar intensivləşən Hindistan-Ermənistan hərbi-siyasi əlaqələrinin regiona təsiri ilə bağlı Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynovun və millət vəkili Arzu Nağıyevin fikirlərini öyrənib.
Rizvan Hüseynov bildirib ki, təəssüf ki, Hindistan və bəzi ölkələr Cənubi Qafqaz regionunda vəziyyətin destabilizasiyasına çalışırlar. Onun sözlərinə görə, 44 günlük Vətən Müharibəsinin nəticəsi olaraq yaranmış yeni reallıqlar həmin ölkələri qane etmir və buna qarşı hərəkət etməyə çalışırlar:

"Bu reallıqlar Şərqdən Qərbə qədər bir çox ölkələrin maraqlarına cavab verir. Mən burada Mərkəzi Asiyadan Çinə qədər, Böyük Britaniya və İsraili qane edən reallıqları nəzərdə tuturam. Biz görürük ki, yeni enerji tranziti, nəqliyyat dəhlizləri formalaşır. Amma bir qrup ölkə bunu istəmir və həmişəki kimi Ermənistandan xaos yaratmaq üçün istifadə edirlər. Deyərdim ki, Ermənistan dövləti elə bunun üçün yaradılıb və ona heç dövlət statusu da yaraşmır. Erməni toplumundan tarix boyu regionda xaos yaratmaq üçün istifadə edilib. Regionumuzdan tranzit xətlərinin keçməsi, stabilliyin olması Hindistan, Fransa, İran və bu kimi bir qrup ölkələrin marağına uyğun deyil".

© Sputnik / Murad OrujovQafqaz Tarix Mərkəzinin direktoru Rizvan Hüseynov
Qafqaz Tarix Mərkəzinin direktoru Rizvan Hüseynov  - Sputnik Azərbaycan, 1920, 18.10.2022
Qafqaz Tarix Mərkəzinin direktoru Rizvan Hüseynov
Ekspertin sözlərinə görə, bu gün Hindistan regionda destabilizasiya yaratmaq və Ermənistanın silahla təminatında Rusiyanı əvəz etmək üçün hərəkətə keçib:
"Amma düşünürəm ki, Hindistanın bu cəhdləri müvəffəqiyyətsiz olacaq. Çünki Hindistanın bu gün satmağı vəd etdiyi silahlar öz modelinə görə ötən əsrin 60-cı illərin silahlarını xatırladır. Bu silahlar köhnə sovet silahlarının modernizasiya olunmuş formalarıdır. Həmin silahların texnologiyaları modernizasiya olunduqdan sonra Çin tərəfindən Hindistana satılıb. Hər kəs 44 günlük müharibədə Ermənistana satılmış silahların acı aqibətini gördü. Müasir Azərbaycan ordusunun hərbi-texniki təminatı, taktiki döyüş hazırlığı Ermənistanı qabaqlayır. Ordumuzun hazırlıq standartları NATO, Türkiyə ordusu səviyyəsinə çatdırılır. Bu baxımdan Hindistanın hansısa silahları satması regiondakı vəziyyəti Ermənistanın xeyrinə dəyişə bilməz. Əksinə, bu vəziyyət Ermənistanın həm hərbi, həm də diplomatik cəbhədə vəziyyətini daha da ağırlaşdıracaq".
Millət vəkili Arzu Nağıyevin fikrincə isə, Hindistanın Ermənistana silah satması Pakistanla olan rəqabətindən doğan məsələdir:
"Ayrı-ayrılıqda Hindistan-Azərbaycan münasibətləri yüksək vəziyyətdədir. Azərbaycan Kəşmir mələsinə görə ərazi bütövlüyünün dəstəklənməsi amilindən çıxış edir".
© Photo : TRENDArzu Nağıyev
Arzu Nağıyev - Sputnik Azərbaycan, 1920, 18.10.2022
Arzu Nağıyev
Millət vəkili qeyd edib ki, Hindistan isə indi silah bazarında özünə yer tapmağa çalışır:

"Amma məlum məsələdir ki, onun silahları müasir tələblərə cavab vermir. Hindistanın alıcı qismində Ermənistanı seçməsi isə özü maraqlı faktdır. Bu proseslərə geniş aspektdə yanaşsaq, görərik ki, Ermənistanın bu məsələdə heç bir əhəmiyyətli rolu yoxdur".

Xatırladaq ki, 2020-ci ildə Hindistan Ermənistana dörd "Svati" artilleriya kəşfiyyat qurğusu çatdırıb.
Qeyd olunur ki, Narendra Modinin hökuməti hakimiyyətə gələndən bəri Hindistanın silah ixracının həcmi yeddi dəfədən çox artıb. Ölkənin Müdafiə Nazirliyinin məlumatına görə, müdafiə ixracı 2014-2015-ci maliyyə ilində 19,4 milyard rupidən (təxminən 255,6 milyon dollar) 2021-2022-ci maliyyə ilində 116 milyard rupiyə (təxminən 1,528 milyard dollar) yüksəlib.
Bu ilin yanvarında Hindistan və Filippin 375 milyon dollar dəyərində "BrahMos" (Brahmos) raket komplekslərinin tədarükünə dair müqavilə imzalayıb. Hindistan tərəfi Filippini üç yerüstü raket kompleksi ilə təmin edəcək və komplekslərin idarə olunması üzrə filippinli operatorlara təlim keçəcək, həmçinin maddi-texniki dəstək göstərəcək.
Hindistan hökuməti 2025-ci ilə qədər illik silah ixracının həcmini 365 milyard rupiyə (təxminən 5 milyard dollar) çatdırmağı planlaşdırır.
Xəbər lenti
0