CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Edillidəki kütləvi məzarlıqla bağlı məlumatlar Avropa Məhkəməsinə göndərilib

© Sputnik / Murad OrujovEdillidəki kütləvi məzarlıq
Edillidəki kütləvi məzarlıq - Sputnik Azərbaycan, 1920, 19.10.2022
Abunə olmaq
Ali Məhkəmənin sədrinin müavini Edillidəki məzarlıqla bağlı nəticələrin nə vaxt olacağını açıqlayıb.
BAKI, 19 oktyabr — Sputnik. "Edillidə tapılan kütləvi məzarlıqla bağlı məlumatlar Avropa Məhkəməsinə təqdim olunub".
Bunu Ali Məhkəmənin sədrinin müavini Çingiz Əsgərov bildirib. Onun sözlərinə görə, ancaq hələ nəticə gözləmək tezdir.
Xatırladaq ki, bu ilin oktyabr ayının 4-də Xocavəndin Edilli kəndində daha bir kütləvi məzarlıq aşkarlanıb. Məzarlıqda 12 nəfərin qalıqları üzə çıxıb. Əşyalarla birlikdə aşkarlanan skeletlərin geyimlərindən hərbçi olduqları bilinir. Bundan başqa, skeletlərin əlləri və ayaqlarının məftil və kəndirlə bağlandığı məlum olub.
Qeyd edək ki, bu ilin fevral ayında da Xocavəndin Edilli kəndində kütləvi məzarlıq aşkarlanmışdı.
Ölkəmizdə akkreditə olunan hərbi attaşelər Edilli kəndindəki kütləvi məzarlığa səfər edib - Sputnik Azərbaycan, 1920, 15.10.2022
CƏMİYYƏT
Edillidəki kütləvi məzarlığın altında başqa insan qalıqlarının olduğu ehtimal edilir
Xəbər lenti
0