https://sputnik.az/20221019/bayden-abs-iqtisadiyyati-ve-ukrayna-haqqinda-sozlerine-gore-tenqid-edilib-447618069.html
Bayden ABŞ iqtisadiyyatı və Ukrayna haqqında sözlərinə görə tənqid edilib
Bayden ABŞ iqtisadiyyatı və Ukrayna haqqında sözlərinə görə tənqid edilib
Sputnik Azərbaycan
Jurnalist qeyd edib ki, ABŞ-da inflyasiya rekord həddə çatıb. Prezident isə məsuliyyəti respublikaçıların üzərinə qoyur. 19.10.2022, Sputnik Azərbaycan
2022-10-19T12:23+0400
2022-10-19T12:23+0400
2022-10-19T12:34+0400
abş prezidenti cozef bayden
dünya xəbərləri
https://cdnn1.img.sputnik.az/img/07e6/09/05/445706626_0:0:3071:1727_1920x0_80_0_0_3798efaab3d62c3766e87b9a7605280e.jpg
BAKI, 19 oktyabr — Sputnik. ABŞ Prezidenti Co Bayden ölkəsindəki problemlərə diqqət yetirməli olduğu halda Ukraynanın taleyindən narahatdır. Bunu "Fox News"un aparıcısı Taker Karlson bildirib."Məni iqtisadiyyatımız narahat etmir, mən Ukraynanın taleyindən narahatam. İqtisadiyyatımız kifayət qədər güclüdür", - deyə teleaparıcı Baydeni parodiya edib. - "Doğrudan? Siz, ümumiyyətlə, bazarı görmüsünüz? Fond bazarındakı vəziyyət yalnız maqnatları narahat etmir, pensiya hesabınız da ondan asılıdır. Fond bazarı sürətlə tənəzzülə uğrayır".Onun sözlərinə görə, ölkədə inflyasiya rekord həddə çatıb. Bayden isə buna görə məsuliyyəti respublikaçıların üzərinə qoyur. Bundan əvvəl prezident "Twitter" hesabında yazıb: "Əgər Konqresdəki respublikaçılar öz istədiklərinə nail olsalar, qiymətlər artacaq, inflyasiya isə daha da pisləşəcək"."Doğrudan? Elə isə buyurun, gəlin, bunun necə işlədiyi barədə bizə danışın. Bu, həqiqətən, inanılmazdır. Bu, o deməkdir ki, düz qarşınızda bir peçenye yeyirlər, sonra gözünüzün içinə dik baxaraq deyirlər: "Xeyr, peçenyeni sən yedin. Xəstə məntiqdir", - deyə Karlson qeyd edib.Son zamanlar ABŞ-da inflyasiya qırx illik rekordları yeniləyir, ÜDM isə iki rüb ardıcıl olaraq azalır - texniki baxımdan bu, tənəzzül olduğunu göstərir. Bayden və onun administrasiyası faktı etiraf etməkdən imtina edərək iqtisadiyyatın düzgün yolda olduğunu desələr də, bir çox siyasətçilər ABŞ-ın maliyyə sektorunun çökmək təhlükəsi ilə üzləşdiyini söyləyirlər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/05/445706626_170:0:2901:2048_1920x0_80_0_0_4ec0af5ff075edf2e3f321eb0610dcd3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
abş prezidenti cozef bayden
abş prezidenti cozef bayden
Bayden ABŞ iqtisadiyyatı və Ukrayna haqqında sözlərinə görə tənqid edilib
12:23 19.10.2022 (Yenilənib: 12:34 19.10.2022) Jurnalist qeyd edib ki, ABŞ-da inflyasiya rekord həddə çatıb. Prezident isə məsuliyyəti respublikaçıların üzərinə qoyur.
BAKI, 19 oktyabr — Sputnik. ABŞ Prezidenti Co Bayden ölkəsindəki problemlərə diqqət yetirməli olduğu halda Ukraynanın taleyindən narahatdır. Bunu "Fox News"un aparıcısı Taker Karlson bildirib.
"Məni iqtisadiyyatımız narahat etmir, mən Ukraynanın taleyindən narahatam. İqtisadiyyatımız kifayət qədər güclüdür", - deyə teleaparıcı Baydeni parodiya edib. - "Doğrudan? Siz, ümumiyyətlə, bazarı görmüsünüz? Fond bazarındakı vəziyyət yalnız maqnatları narahat etmir, pensiya hesabınız da ondan asılıdır. Fond bazarı sürətlə tənəzzülə uğrayır".
Onun sözlərinə görə, ölkədə inflyasiya rekord həddə çatıb. Bayden isə buna görə məsuliyyəti respublikaçıların üzərinə qoyur. Bundan əvvəl prezident "Twitter" hesabında yazıb: "Əgər Konqresdəki respublikaçılar öz istədiklərinə nail olsalar, qiymətlər artacaq, inflyasiya isə daha da pisləşəcək".
"Doğrudan? Elə isə buyurun, gəlin, bunun necə işlədiyi barədə bizə danışın. Bu, həqiqətən, inanılmazdır. Bu, o deməkdir ki, düz qarşınızda bir peçenye yeyirlər, sonra gözünüzün içinə dik baxaraq deyirlər: "Xeyr, peçenyeni sən yedin. Xəstə məntiqdir", - deyə Karlson qeyd edib.
Son zamanlar ABŞ-da inflyasiya qırx illik rekordları yeniləyir, ÜDM isə iki rüb ardıcıl olaraq azalır - texniki baxımdan bu, tənəzzül olduğunu göstərir. Bayden və onun administrasiyası faktı etiraf etməkdən imtina edərək iqtisadiyyatın düzgün yolda olduğunu desələr də, bir çox siyasətçilər ABŞ-ın maliyyə sektorunun çökmək təhlükəsi ilə üzləşdiyini söyləyirlər.