https://sputnik.az/20221019/azerbaycan-merkezi-banki-ehaliye-xeberdarliq-edib-447611108.html
Azərbaycan Mərkəzi Bankı əhaliyə xəbərdarlıq edib
Azərbaycan Mərkəzi Bankı əhaliyə xəbərdarlıq edib
Sputnik Azərbaycan
Qurum bəyan edib ki, onun əməkdaşları heç bir halda sözügedən üsullarla bank xidmətləri istehlakçılarından fərdi, eləcə də bank və ödəniş kartları haqqında... 19.10.2022, Sputnik Azərbaycan
2022-10-19T10:19+0400
2022-10-19T10:19+0400
2022-10-19T10:27+0400
mərkəzi bank
iqtisadiyyat
https://cdnn1.img.sputnik.az/img/40358/65/403586531_0:0:1800:1014_1920x0_80_0_0_24b212c73429f8340ca13db074e9f2d7.jpg
BAKI, 19 oktyabr - Sputnik. Son zamanlar müxtəlif bankların plastik kart sahiblərinə Azərbaycan Mərkəzi Bankının (AMB) “qaynar xətti”nin əməkdaşları adından telefon zəngləri edilərək, onların kartlarına müdaxilə risklərinin qarşısının alınması bəhanəsi ilə kart məlumatlarının istənilməsi hallarına rast gəlinir.Bu barədə AMB-nin əhaliyə müraciətində bildirilir.Qurum bəyan edib ki, onun əməkdaşları heç bir halda sözügedən üsullarla bank xidmətləri istehlakçılarından fərdi, eləcə də bank və ödəniş kartları haqqında məlumatlar sorğu etmir."Bank hesablarına və bank kartlarına sahib olan şəxslər bu kimi dələduzluq hallarına qarşı sayıq və ehtiyatlı olmalı, fərdi və ödəniş kartlarına dair məlumatları heç bir halda 3-cü şəxslərə təqdim etməməlidirlər. Vətəndaşlardan bu kimi hallarla rastlaşdıqları təqdirdə dərhal öz banklarına müraciət etmələrini, habelə aidiyyəti dövlət qurumlarına məlumat vermələrini xahiş edirik", - deyə AMB-nin xəbərdarlığında qeyd olunub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40358/65/403586531_96:0:1696:1200_1920x0_80_0_0_c321c760fbe01d8d8de13f07b0a05b21.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
mərkəzi bank
Azərbaycan Mərkəzi Bankı əhaliyə xəbərdarlıq edib
10:19 19.10.2022 (Yenilənib: 10:27 19.10.2022) Qurum bəyan edib ki, onun əməkdaşları heç bir halda sözügedən üsullarla bank xidmətləri istehlakçılarından fərdi, eləcə də bank və ödəniş kartları haqqında məlumatlar sorğu etmir.
BAKI, 19 oktyabr - Sputnik. Son zamanlar müxtəlif bankların plastik kart sahiblərinə Azərbaycan Mərkəzi Bankının (AMB) “qaynar xətti”nin əməkdaşları adından telefon zəngləri edilərək, onların kartlarına müdaxilə risklərinin qarşısının alınması bəhanəsi ilə kart məlumatlarının istənilməsi hallarına rast gəlinir.
Bu barədə AMB-nin əhaliyə müraciətində bildirilir.
Qurum bəyan edib ki, onun əməkdaşları heç bir halda sözügedən üsullarla bank xidmətləri istehlakçılarından fərdi, eləcə də bank və ödəniş kartları haqqında məlumatlar sorğu etmir.
"Bank hesablarına və bank kartlarına sahib olan şəxslər bu kimi dələduzluq hallarına qarşı sayıq və ehtiyatlı olmalı, fərdi və ödəniş kartlarına dair məlumatları heç bir halda 3-cü şəxslərə təqdim etməməlidirlər. Vətəndaşlardan bu kimi hallarla rastlaşdıqları təqdirdə dərhal öz banklarına müraciət etmələrini, habelə aidiyyəti dövlət qurumlarına məlumat vermələrini xahiş edirik", - deyə AMB-nin xəbərdarlığında qeyd olunub.