NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Avropa İttifaqı Azərbaycan qazının alınmasına milyardlar xərcləyib?

© AFP 2024 / ASAAD NIAZIqaz
qaz - Sputnik Azərbaycan, 1920, 19.10.2022
Abunə olmaq
Aprel-may aylarında İtaliya və Yunanıstan üçün Azərbaycan qazının qiyməti meqavat-saat üçün 98,19 avro, Bolqarıstan üçün 86,32 avro təşkil edib.
BAKI, 19 oktyabr — Sputnik. Avropa İttifaqı ölkələri Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə Azərbaycandan nəql etdiyi qazın alınmasına görə ikinci rübdə 2,8 milyard avro xərcləyib. Bu barədə "İnterfaks" Avropa Komissiyasının (AK) məlumatlarına istinadən yazır.
Birinci rübdə Aİ bu məqsədlər üçün 2,1 milyard avro (artım 33,3 faiz) xərcləyib. Ümumilikdə ilin birinci yarısında Avropa Azərbaycandan 4,9 milyard avro dəyərində qaz alıb. İkinci rübdə tədarüklərin artımı illik ifadədə 57 faiz olub.
Aprel-may aylarında İtaliya və Yunanıstan üçün Azərbaycan qazının qiyməti meqavat-saat üçün 98,19 avro, Bolqarıstan üçün 86,32 avro təşkil edib. İkinci rübdə TAP vasitəsilə Aİ-yə qaz tədarükünün payı ümumi həcmdə 2,9 faiz təşkil edib. Ümumilikdə, bu müddət ərzində Aİ qaz idxalına təxminən 75 milyard avro xərcləyib.
2022-ci ildə Azərbaycandan Avropaya yanacağın ixracı 11,5 milyard kubmetrə, 2027-ci ilə qədər isə 20 milyard kubmetrə çatacağı proqnozlaşdırılır.
Azərbaycan bu il Avropaya qaz tədarükünü 40 faiz artırmağa hazırdır, bu barədə sentyabrda Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib. Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen oktyabrda bildirib ki, Avropa qısa müddət ərzində Rusiya qazının üçdə ikisini əvəz edə bilib və Moskvadan asılılığı əvvəlcədən planlaşdırıldığından daha sürətlə azaltmağa davam edir.
Xəbər lenti
0