https://sputnik.az/20221018/zahid-oruc-azerbaycana-qarsi-beynelxalq-hucumlar-daha-sistemli-xarakter-alib-447582098.html
Zahid Oruc: Azərbaycana qarşı beynəlxalq hücumlar daha sistemli xarakter alıb
Zahid Oruc: Azərbaycana qarşı beynəlxalq hücumlar daha sistemli xarakter alıb
Sputnik Azərbaycan
"Təkcə dünən İrəvana gələn Avropa İttifaqının 40 nəfərlik mülki formalı hərbi general və məxfi xidmət təmsilçisi, İsveçrə və ABŞ parlamentariləri Azərbaycan... 18.10.2022, Sputnik Azərbaycan
2022-10-18T13:28+0400
2022-10-18T13:28+0400
2022-10-18T13:28+0400
zahid oruc
cəmiyyət
millət vəkili
https://cdnn1.img.sputnik.az/img/40520/66/405206664_0:0:2000:1125_1920x0_80_0_0_3cb5ad5a6efda80a94cbdc0871487b27.jpg
BAKI, 18 oktyabr - Sputnik. Vətən müharibəsində qələbəmizin 2-ci ildönümündə ölkəmizə qarşı beynəlxalq hücumlar daha intensiv, mütəşəkkil və sistemli xarakter alıb. Səbəb bəllidir - hərbi Zəfərimiz yalnız Ermənistan üzərində qazanılsaydı, indiki qədər əzəmətli olmazdı.Bunu parlamentin bugünkü iclasında çıxış edən Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.O bildirib ki, təkcə dünən İrəvana gələn Avropa İttifaqının 40 nəfərlik mülki formalı hərbi general və məxfi xidmət təmsilçisi, İsveçrə və ABŞ parlamentariləri Azərbaycan əleyhinə aktlar tərtib edirlər. Lakin Prezident İlham Əliyevin sülh savaşı davam edir. Son 2 əsrdə ilk dəfədir ki, imperiyaların diqtəsi olmadan Zəfərimizi rəsmiləşdirə bilərik. Amma 12-14 sentyabr hərbi toqquşması baş verməsəydi, razılaşma olmayacaqdı. Nə üçün bir ay əvvəlki döyüşləri 44 günlük müqəddəs müharibənin davamı sayırıq? Təkcə ona görə yox ki, Murovdan Arazadək 400 km-lik zolağa nəzarət qazanılıb, əlbəttə bunlar misilsiz nəticələrdir, lakin 30 ildə beynəlxalq hüququ tanımayan bir dövlətin nəhayət, ərazi bütövlüyü, suverenlik və toxunulmazlıqdan danışması böyük tərəqqidir. Ermənilərin qanun və ədalət çağırışı mühüm hadisədir.Deputat qeyd edib ki, Azərbaycan əsla Zəfərin eyforiyasından, yaxud ərazi iddialarına görə qanla sərhəd çəkmək siyasəti yürütmür: "Dövlət başçısı tarixi torpaqlara dinc qayıdışı bəyan edib. Lakin 2900-dək şəhidimiz və ordumuz təkcə işğala qarşı deyil, ilk növbədə, vətənin sərhədlərini müəyyənləşdirmək uğrunda savaşıb. Ona görə də millətimizin və Qarabağın taleyi indi məhz sərhəddə həll olunur.Fransa Prezidenti Emmanuel Makronun ötən həftə səsləndirdiyi kimi - Azərbaycanın Naxçıvanla hərbi yolla birləşmək, daha çox ərazini ələ keçirmək planı olsaydı, onda Ermənistanla müharibə 44 gündən az çəkərdi. 8 saatlıq əməliyyat göstərdi ki, Şuşadan fərqli olaraq, İrəvana gedən yolda ermənilər son 30 ildə köklü müdafiə sipəri qurmayıblar. Lakin dövlətimiz özünün əziyyət çəkdiyi işğalçılıq siyasətini kiməsə qarşı aparmaq niyyəti yoxdur. Azərbaycan müharibəni düşmən ərazisinə keçirmək, orada 2-ci Qarabağ konflikti yaratmaq istəmir. Qarşı tərəf çalışır ki, bizim rəsmən ərazi iddialarımız olsun, onlar da bu mövqedən sülh gündəliyinə və Qarabağa qarşı istifadə etsinlər".Deputatın fikrincə, gələcək hadisələr 3 şərtdən asılı olacaq:"- Nə qədər ki, erməni hərbi qüvvələri torpaqlarımızda qalacaq, onda Azərbaycan ordusu da gələcəkdə Ermənistan ərazisində mövqelənməyə məcbur olacaq,- Nə qədər ki, Xankəndi ilə İrəvanın arasında yeni çəkilən 32 km-lik yola nəzarəti ordumuz etməyəcək, onda Azərbaycanın da Naxçıvanla 42 km-lik quru əlaqəsini güc yolu ilə açmağa hüququ olacaq,- Nəhayət, nə qədər ki, “Qarabağ məsələsi həll olunmayıb” deyiləcək, onda dövlətimizin də 2-ci Qarabağı Ermənistanın ərazisində yaradıb müharibəni düşmən coğrafiyasına keçirməsi qaçılmaz olacaq.Əgər bu ssenariləri istəmirlərsə, “Sülh müqaviləsi”ni başqa paytaxtlarda deyil, Zəngəzurda imzalamaq olar!".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40520/66/405206664_293:0:2000:1280_1920x0_80_0_0_bc18b84ab20380dbc8d4e96af67c8f2b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
zahid oruc, millət vəkili
zahid oruc, millət vəkili
Zahid Oruc: Azərbaycana qarşı beynəlxalq hücumlar daha sistemli xarakter alıb
"Təkcə dünən İrəvana gələn Avropa İttifaqının 40 nəfərlik mülki formalı hərbi general və məxfi xidmət təmsilçisi, İsveçrə və ABŞ parlamentariləri Azərbaycan əleyhinə aktlar tərtib edirlər," - deputat bildirib.
BAKI, 18 oktyabr - Sputnik. Vətən müharibəsində qələbəmizin 2-ci ildönümündə ölkəmizə qarşı beynəlxalq hücumlar daha intensiv, mütəşəkkil və sistemli xarakter alıb. Səbəb bəllidir - hərbi Zəfərimiz yalnız Ermənistan üzərində qazanılsaydı, indiki qədər əzəmətli olmazdı.
Bunu parlamentin bugünkü iclasında çıxış edən Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.
O bildirib ki, təkcə dünən İrəvana gələn Avropa İttifaqının 40 nəfərlik mülki formalı hərbi general və məxfi xidmət təmsilçisi, İsveçrə və ABŞ parlamentariləri Azərbaycan əleyhinə aktlar tərtib edirlər. Lakin Prezident İlham Əliyevin sülh savaşı davam edir. Son 2 əsrdə ilk dəfədir ki, imperiyaların diqtəsi olmadan Zəfərimizi rəsmiləşdirə bilərik. Amma 12-14 sentyabr hərbi toqquşması baş verməsəydi, razılaşma olmayacaqdı. Nə üçün bir ay əvvəlki döyüşləri 44 günlük müqəddəs müharibənin davamı sayırıq? Təkcə ona görə yox ki, Murovdan Arazadək 400 km-lik zolağa nəzarət qazanılıb, əlbəttə bunlar misilsiz nəticələrdir, lakin 30 ildə beynəlxalq hüququ tanımayan bir dövlətin nəhayət, ərazi bütövlüyü, suverenlik və toxunulmazlıqdan danışması böyük tərəqqidir. Ermənilərin qanun və ədalət çağırışı mühüm hadisədir.
Deputat qeyd edib ki, Azərbaycan əsla Zəfərin eyforiyasından, yaxud ərazi iddialarına görə qanla sərhəd çəkmək siyasəti yürütmür: "Dövlət başçısı tarixi torpaqlara dinc qayıdışı bəyan edib. Lakin 2900-dək şəhidimiz və ordumuz təkcə işğala qarşı deyil, ilk növbədə, vətənin sərhədlərini müəyyənləşdirmək uğrunda savaşıb. Ona görə də millətimizin və Qarabağın taleyi indi məhz sərhəddə həll olunur.
Fransa Prezidenti Emmanuel Makronun ötən həftə səsləndirdiyi kimi - Azərbaycanın Naxçıvanla hərbi yolla birləşmək, daha çox ərazini ələ keçirmək planı olsaydı, onda Ermənistanla müharibə 44 gündən az çəkərdi. 8 saatlıq əməliyyat göstərdi ki, Şuşadan fərqli olaraq, İrəvana gedən yolda ermənilər son 30 ildə köklü müdafiə sipəri qurmayıblar. Lakin dövlətimiz özünün əziyyət çəkdiyi işğalçılıq siyasətini kiməsə qarşı aparmaq niyyəti yoxdur. Azərbaycan müharibəni düşmən ərazisinə keçirmək, orada 2-ci Qarabağ konflikti yaratmaq istəmir. Qarşı tərəf çalışır ki, bizim rəsmən ərazi iddialarımız olsun, onlar da bu mövqedən sülh gündəliyinə və Qarabağa qarşı istifadə etsinlər".
Deputatın fikrincə, gələcək hadisələr 3 şərtdən asılı olacaq:
"- Nə qədər ki, erməni hərbi qüvvələri torpaqlarımızda qalacaq, onda Azərbaycan ordusu da gələcəkdə Ermənistan ərazisində mövqelənməyə məcbur olacaq,
- Nə qədər ki, Xankəndi ilə İrəvanın arasında yeni çəkilən 32 km-lik yola nəzarəti ordumuz etməyəcək, onda Azərbaycanın da Naxçıvanla 42 km-lik quru əlaqəsini güc yolu ilə açmağa hüququ olacaq,
- Nəhayət, nə qədər ki, “Qarabağ məsələsi həll olunmayıb” deyiləcək, onda dövlətimizin də 2-ci Qarabağı Ermənistanın ərazisində yaradıb müharibəni düşmən coğrafiyasına keçirməsi qaçılmaz olacaq.
Əgər bu ssenariləri istəmirlərsə, “Sülh müqaviləsi”ni başqa paytaxtlarda deyil, Zəngəzurda imzalamaq olar!".