https://sputnik.az/20221018/turkiye-ordusu-ballistik-raketin-sinagini-kecirib---kv-447597750.html
Türkiyə ordusu ballistik raketin sınağını keçirib - KİV
Türkiyə ordusu ballistik raketin sınağını keçirib - KİV
Sputnik Azərbaycan
Anonim qalmaq istəyən mənbələrə görə, “Tayfun” raketi səhər saat 7:00 radələrində Rizə liman şəhəri yaxınlığındakı hava limanından mobil platformadan... 18.10.2022, Sputnik Azərbaycan
2022-10-18T18:50+0400
2022-10-18T18:50+0400
2022-10-18T18:51+0400
dünya xəbərləri
türkiyə
ballistik raket
sınaq
https://cdnn1.img.sputnik.az/img/07e6/03/0f/440178261_0:0:2049:1153_1920x0_80_0_0_24b02471da7076021208c3a67e488eec.jpg
BAKI, 18 oktyabr — Sputnik. Türkiyə ordusu yaxın mənzilli ballistik raketin sınağını keçirib. Bu barədə "Bloomberg"ə vəziyyətlə tanış olan iki şəxs məlumat verib.Anonim qalmaq istəyən mənbələrə görə, “Tayfun” raketi səhər saat 7:00 radələrində Rizə liman şəhəri yaxınlığındakı hava limanından mobil platformadan buraxılıb. Raket 561 km uçaraq Qara dənizdə Sinop şəhəri yaxınlarında sahilə düşüb.Raketin hazırlanması bir neçə il gizli şəkildə həyata keçirilib."Bloomberg" qeyd edir ki, Türkiyə hakimiyyəti raketlə bağlı hər hansı məlumat verməkdən imtina edib.Son illər müdafiə sənayesində sıçrayışlı inkişaf xətti tutan Türkiyə hərbi təyinatlı texnika və avadanlıqlarının ixracatını da genişləndirib.Türkiyənin "T129 Atak" döyüş və taktiki kəşfiyyat helikopterinə olan maraq artmaqdadır. “Anadolu” Agentliyinin məlumatına görə, "T129 Atak" helikopterini Türkiyədən idxal edən ilk ölkə Filippin olub. Bildirilir ki, Filippinin Hərbi Hava Qüvvələri Türkiyədən iki ədəd "T129 Atak" və bir "C-295" təyyarəsi alaraq silahlı qüvvələrinin arsenalına daxil edib.Mütəxəssislər hesab edirlər ki, Türkiyə müdafiə sənayesində istehsalını NATO standartlarına uyğun qurduğu üçün onun hərbi təyinatlı məhsullarına maraq sürətlə artmaqdadır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/0f/440178261_0:0:1873:1405_1920x0_80_0_0_f78de90b6d9b45658c8b95bbb19143e9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
türkiyə, ballistik raket, sınaq
türkiyə, ballistik raket, sınaq
Türkiyə ordusu ballistik raketin sınağını keçirib - KİV
18:50 18.10.2022 (Yenilənib: 18:51 18.10.2022) Anonim qalmaq istəyən mənbələrə görə, “Tayfun” raketi səhər saat 7:00 radələrində Rizə liman şəhəri yaxınlığındakı hava limanından mobil platformadan buraxılıb.
BAKI, 18 oktyabr — Sputnik. Türkiyə ordusu yaxın mənzilli ballistik raketin sınağını keçirib. Bu barədə "Bloomberg"ə vəziyyətlə tanış olan iki şəxs məlumat verib.
Anonim qalmaq istəyən mənbələrə görə, “Tayfun” raketi səhər saat 7:00 radələrində Rizə liman şəhəri yaxınlığındakı hava limanından mobil platformadan buraxılıb. Raket 561 km uçaraq Qara dənizdə Sinop şəhəri yaxınlarında sahilə düşüb.
Raketin hazırlanması bir neçə il gizli şəkildə həyata keçirilib.
"Bloomberg" qeyd edir ki, Türkiyə hakimiyyəti raketlə bağlı hər hansı məlumat verməkdən imtina edib.
Son illər müdafiə sənayesində sıçrayışlı inkişaf xətti tutan Türkiyə hərbi təyinatlı texnika və avadanlıqlarının ixracatını da genişləndirib.
Türkiyənin "T129 Atak" döyüş və taktiki kəşfiyyat helikopterinə olan maraq artmaqdadır. “Anadolu” Agentliyinin məlumatına görə, "T129 Atak" helikopterini Türkiyədən idxal edən ilk ölkə Filippin olub. Bildirilir ki, Filippinin Hərbi Hava Qüvvələri Türkiyədən iki ədəd "T129 Atak" və bir "C-295" təyyarəsi alaraq silahlı qüvvələrinin arsenalına daxil edib.
Mütəxəssislər hesab edirlər ki, Türkiyə müdafiə sənayesində istehsalını NATO standartlarına uyğun qurduğu üçün onun hərbi təyinatlı məhsullarına maraq sürətlə artmaqdadır.