https://sputnik.az/20221018/serhedyani-erazilerde-on-bes-tona-yaxin-narkotik-bitki-mehv-edilib-447575498.html
Sərhədyanı ərazilərdə on beş tona yaxın narkotik bitki məhv edilib
Sərhədyanı ərazilərdə on beş tona yaxın narkotik bitki məhv edilib
Sputnik Azərbaycan
5768 kq xaşxaş (21977 ədəd) və 8804 kq çətənə kolları (28099 ədəd) müvafiq qaydada məhv olunub 18.10.2022, Sputnik Azərbaycan
2022-10-18T12:46+0400
2022-10-18T12:46+0400
2022-10-18T12:47+0400
narkotik
cəmiyyət
məhv
https://cdnn1.img.sputnik.az/img/42136/35/421363529_0:160:3073:1888_1920x0_80_0_0_94b44fd588b314b891d7d79a2a678228.jpg
BAKI, 18 oktyabr — Sputnik. Sərhədyanı ərazilərdə 14,5 ton narkotik bitki məhv edilib."Xaşxaş-2022" şərti adı altında Dövlət Sərhəd Xidməti tərəfindən aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə birgə cari ilin aprel-oktyabr ayları ərzində Lerik, Qazax, Yardımlı, Zaqatala, Qax, Qubadlı və Zəngilan rayonlarının sərhədyanı ərazisində keçirilmiş tədbirlər nəticəsində 24,6 hektar sahədən yabanı halda bitən 5768 kq xaşxaş (21977 ədəd) və 8804 kq çətənə kolları (28099 ədəd) müvafiq qaydada məhv edilib.Bu barədə APA-ya Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Üzrə Dövlət Komissiyasından məlumat verilib.Qeyd edək ki, oktyabrın 16-da Dövlət Sərhəd Xidməti (DSX) və Dövlət Gömrük Komitəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Füzuli rayonunun Arayatılı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində bir ədəd sahibsiz bağlamanın içərisində təxmini çəkisi 3 kiloqram 340 qram narkotik vasitə marixuanaya bənzər maddə və 1796 ədəd psixotrop tərkibli “Metadon-40” həbi aşkar olunaraq götürülüb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42136/35/421363529_170:0:2901:2048_1920x0_80_0_0_f3f4536a57025b2e5741fb7acbbc1937.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
narkotik, məhv
Sərhədyanı ərazilərdə on beş tona yaxın narkotik bitki məhv edilib
12:46 18.10.2022 (Yenilənib: 12:47 18.10.2022) 5768 kq xaşxaş (21977 ədəd) və 8804 kq çətənə kolları (28099 ədəd) müvafiq qaydada məhv olunub
BAKI, 18 oktyabr — Sputnik. Sərhədyanı ərazilərdə 14,5 ton narkotik bitki məhv edilib.
"Xaşxaş-2022" şərti adı altında Dövlət Sərhəd Xidməti tərəfindən aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə birgə cari ilin aprel-oktyabr ayları ərzində Lerik, Qazax, Yardımlı, Zaqatala, Qax, Qubadlı və Zəngilan rayonlarının sərhədyanı ərazisində keçirilmiş tədbirlər nəticəsində 24,6 hektar sahədən yabanı halda bitən 5768 kq xaşxaş (21977 ədəd) və 8804 kq çətənə kolları (28099 ədəd) müvafiq qaydada məhv edilib.
Bu barədə APA-ya Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Üzrə Dövlət Komissiyasından məlumat verilib.
Qeyd edək ki, oktyabrın 16-da Dövlət Sərhəd Xidməti (DSX) və Dövlət Gömrük Komitəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Füzuli rayonunun Arayatılı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində bir ədəd sahibsiz bağlamanın içərisində təxmini çəkisi 3 kiloqram 340 qram narkotik vasitə marixuanaya bənzər maddə və 1796 ədəd psixotrop tərkibli “Metadon-40” həbi aşkar olunaraq götürülüb.