https://sputnik.az/20221018/merkezi-asiya-olkeleri-terrorizmle-mubarize-ucun-ortaq-fikre-geldiler-447592874.html
Mərkəzi Asiya ölkələri terrorizmlə mübarizə üçün ortaq fikrə gəldilər
Mərkəzi Asiya ölkələri terrorizmlə mübarizə üçün ortaq fikrə gəldilər
Sputnik Azərbaycan
BMT Baş Assambleyası tərəfindən Özbəkistanın və regionun digər dövlətlərinin təşəbbüsü ilə bir sıra qətnamələrin qəbul edilməsi region ölkələrinin dərinləşən... 18.10.2022, Sputnik Azərbaycan
2022-10-18T16:34+0400
2022-10-18T16:34+0400
2022-10-18T16:40+0400
mərkəzi asiya
dünya xəbərləri
özbəkistan
terrorla mübarizə
https://cdnn1.img.sputnik.az/img/07e5/04/1e/426828127_0:123:2500:1529_1920x0_80_0_0_a85256f679ebc81d3c64025c24c6d081.jpg
BAKI, 18 oktyabr — Sputnik. Mərkəzi Asiya ölkələri terrorizmlə mübarizənin ümumi prinsipləri üzrə regional konsensusa nail olublar. Bunu Özbəkistanın xarici işlər naziri Vladimir Norov Düşənbədə keçirilən "Terrorizmlə mübarizə və terrorçuların fəaliyyətinin qarşısının alınması üçün sərhəd təhlükəsizliyi və sərhəd nəzarəti sahəsində beynəlxalq və regional əməkdaşlıq" adlı beynəlxalq konfransda deyib."Özbəkistanın xarici işlər naziri tədbirdəki çıxışında son illərdə Mərkəzi Asiyada terrorizmlə mübarizədə ümumi prinsiplər və yanaşmalar üzrə regional konsensusun möhkəmləndirilməsi, bu sahədə ikitərəfli və çoxtərəfli əməkdaşlığın səmərəli mexanizmlərinin yaradılması, təcrübə və məlumat mübadiləsinin genişləndirilməsi sahəsində əldə olunan uğurlara diqqət çəkib", - məlumatda deyilir.Mətbuat xidmətinin məlumatına görə, Norov çıxışında vurğulayıb ki, Mərkəzi Asiya ölkələri BMT-nin qlobal antiterror strategiyasının uğurlu regionallaşdırılması nümunəsi göstərib."Mərkəzi Asiya BMT-nin Qlobal Terrorla Mübarizə Strategiyasının həyata keçirilməsi üçün Birgə Fəaliyyət Planı qəbul etməklə onun regionallaşdırılmasının ilk uğurlu nümunəsini göstərdi. Terrorla mübarizə üzrə milli sistemlər formalaşdırılıb və ölkənin fəaliyyət strategiyaları hazırlanıb. BMT-nin tövsiyələri yerinə yetirilir", - Norov bildirib.Onun fikrincə, BMT Baş Assambleyası tərəfindən Özbəkistanın və regionun digər dövlətlərinin təşəbbüsü ilə bir sıra qətnamələrin qəbul edilməsi region ölkələrinin dərinləşən tərəfdaşlığının beynəlxalq səviyyədə tanınması deməkdir.Sonda o qeyd edib ki, Özbəkistan tərəfi Mərkəzi Asiya ölkələri arasında yaxınlaşma və əməkdaşlıq proseslərinə, regionun qlobal iqtisadi və nəqliyyat əlaqələrinə inteqrasiyasına beynəlxalq ictimaiyyətin gələcək dəstəyinə ümid edir.Mətbuat xidmətinin məlumatına görə, Düşənbədə keçirilən konfransın təşkilatçıları Tacikistan hökuməti, BMT-nin Terrorla Mübarizə İdarəsi, BMT-nin Mərkəzi Asiya üçün Preventiv Diplomatiya üzrə Regional Mərkəzi, Avropa İttifaqı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, həmçinin Səudiyyə Ərəbistanı Krallığı və Qətər Dövlətidir.
mərkəzi asiya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/1e/426828127_150:0:2350:1650_1920x0_80_0_0_5967b733ed5a3f0ea94b3a3140ea1fcc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
mərkəzi asiya, özbəkistan, terrorla mübarizə
mərkəzi asiya, özbəkistan, terrorla mübarizə
Mərkəzi Asiya ölkələri terrorizmlə mübarizə üçün ortaq fikrə gəldilər
16:34 18.10.2022 (Yenilənib: 16:40 18.10.2022) BMT Baş Assambleyası tərəfindən Özbəkistanın və regionun digər dövlətlərinin təşəbbüsü ilə bir sıra qətnamələrin qəbul edilməsi region ölkələrinin dərinləşən tərəfdaşlığının beynəlxalq səviyyədə tanınması deməkdir.
BAKI, 18 oktyabr — Sputnik. Mərkəzi Asiya ölkələri terrorizmlə mübarizənin ümumi prinsipləri üzrə regional konsensusa nail olublar. Bunu Özbəkistanın xarici işlər naziri Vladimir Norov Düşənbədə keçirilən "Terrorizmlə mübarizə və terrorçuların fəaliyyətinin qarşısının alınması üçün sərhəd təhlükəsizliyi və sərhəd nəzarəti sahəsində beynəlxalq və regional əməkdaşlıq" adlı beynəlxalq konfransda deyib.
"Özbəkistanın xarici işlər naziri tədbirdəki çıxışında son illərdə Mərkəzi Asiyada terrorizmlə mübarizədə ümumi prinsiplər və yanaşmalar üzrə regional konsensusun möhkəmləndirilməsi, bu sahədə ikitərəfli və çoxtərəfli əməkdaşlığın səmərəli mexanizmlərinin yaradılması, təcrübə və məlumat mübadiləsinin genişləndirilməsi sahəsində əldə olunan uğurlara diqqət çəkib", - məlumatda deyilir.
Mətbuat xidmətinin məlumatına görə, Norov çıxışında vurğulayıb ki, Mərkəzi Asiya ölkələri BMT-nin qlobal antiterror strategiyasının uğurlu regionallaşdırılması nümunəsi göstərib.
"Mərkəzi Asiya BMT-nin Qlobal Terrorla Mübarizə Strategiyasının həyata keçirilməsi üçün Birgə Fəaliyyət Planı qəbul etməklə onun regionallaşdırılmasının ilk uğurlu nümunəsini göstərdi. Terrorla mübarizə üzrə milli sistemlər formalaşdırılıb və ölkənin fəaliyyət strategiyaları hazırlanıb. BMT-nin tövsiyələri yerinə yetirilir", - Norov bildirib.
Onun fikrincə, BMT Baş Assambleyası tərəfindən Özbəkistanın və regionun digər dövlətlərinin təşəbbüsü ilə bir sıra qətnamələrin qəbul edilməsi region ölkələrinin dərinləşən tərəfdaşlığının beynəlxalq səviyyədə tanınması deməkdir.
Sonda o qeyd edib ki, Özbəkistan tərəfi Mərkəzi Asiya ölkələri arasında yaxınlaşma və əməkdaşlıq proseslərinə, regionun qlobal iqtisadi və nəqliyyat əlaqələrinə inteqrasiyasına beynəlxalq ictimaiyyətin gələcək dəstəyinə ümid edir.
Mətbuat xidmətinin məlumatına görə, Düşənbədə keçirilən konfransın təşkilatçıları Tacikistan hökuməti, BMT-nin Terrorla Mübarizə İdarəsi, BMT-nin Mərkəzi Asiya üçün Preventiv Diplomatiya üzrə Regional Mərkəzi, Avropa İttifaqı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, həmçinin Səudiyyə Ərəbistanı Krallığı və Qətər Dövlətidir.