CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hər ailəyə 200 dollar verilsin - Deputat

© AP Photo / Burhan OzbiliciDollar, arxiv şəkli
Dollar, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 18.10.2022
Abunə olmaq
Tahir Kərimli şagird sıxlığı müşahidə olunan məktəblər üçün əlavə korpusların tikilməsini də təklif edib
BAKI, 18 oktyabr - Sputnik. Azərbaycanda əhalinin kommunal ödənişləri həyata keçirməsində müəyyən problemlər var. Azərbaycanda 2 milyon 200 minə yaxın ailə var. Təklif edirəm ki, hər bir ailənin hesabına 200 dollar ekvivalentində pul qoyulsun. Bu da onlara kommunal ödənişləri ödəməyə kömək etsin.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Kərimli deyib.
Deputat hesab edir ki, bu, Dövlət Neft Fondu üçün böyük məbləğ olmaz: "Finlandiyada ali təhsil pulsuzdur. Təklif edirəm ki, bütün dövlət ali məktəblərində təhsil pulsuz olsun. Azərbaycan öz vətəndaşlarına təhsili pulsuz versin. Neft Fondunda kifayət qədər pul var. Azərbaycanda 2021-ci ildə 112 min uşaq doğulub. Onlara hesab açılsın və onların hesabına 2000 dollar pul keçirilsin".
Tahir Kərimli şagird sıxlığı müşahidə olunan məktəblər üçün əlavə korpusların tikilməsini də təklif edib.
O bildirib ki, seçildiyi ərazidə fəaliyyət göstərən məktəblərdəki siniflərdə 40-42 şagird təhsil alır: “Həmkarlarımın seçildiyi dairələrdə də vəziyyət eynidir. Bu barədə düşünmək lazımdır. Mövcud problemi yoluna qoymaq mütləqdir. Elm və Təhsil Nazirliyinə, Nazirlər Kabinetinə müracət edilsin. Müvafiq dövlət proqramı tutulsun, məktəblərdə əlavə korpuslar tikilsin və beləliklə şagird sıxlığı aradan qaldırılsın”.
Səməd Seyidov - Sputnik Azərbaycan, 1920, 18.10.2022
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Səməd Seyidov: "Azərbaycana qarşı müqavimət və təhdidlər var"
Xəbər lenti
0