https://sputnik.az/20221018/ermenistan-xn-rehberi-movlud-cavusoglu-ile-gorusmeye-haziram-447594662.html
Ermənistan XİN rəhbəri: Mövlud Çavuşoğlu ilə görüşməyə hazıram
Ermənistan XİN rəhbəri: Mövlud Çavuşoğlu ilə görüşməyə hazıram
Sputnik Azərbaycan
Ermənistanın xarici işlər naziri bildirib ki, belə görüşlər zamanı tərəflər diplomatik münasibətlərin qurulması üçün səmimi və ciddi addımlar atmalıdırlar. 18.10.2022, Sputnik Azərbaycan
2022-10-18T16:53+0400
2022-10-18T16:53+0400
2022-10-18T16:53+0400
ararat mirzoyan
dünya xəbərləri
türkiyə
görüş
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/0e/434196270_0:0:2815:1583_1920x0_80_0_0_a5474a9b896b3472fa313d39a299ac76.jpg
BAKI, 18 oktyabr — Sputnik. “Türkiyəli həmkarım Mövlud Çavuşoğlu ilə görüşməyə hazıram və belə görüşlərdən diplomatik münasibətlərin qurulması və sərhədlərin açılması istiqamətində real addımlar gözləyirik”.Bunu Norveç Xarici İşlər Nazirliyinin rəhbəri Anniken Huitfeldt ilə birgə mətbuat konfransında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib."Biz Türkiyə ilə dialoqun uğurla başa çatmasında maraqlıyıq. Faydalı olacaq istənilən görüşü keçirə bilərik. Mən heç vaxt belə görüşlərin əleyhinə olmamışam. Başqa bir şey odur ki, belə görüşlər zamanı tərəflər diplomatik münasibətlərin qurulması üçün səmimi və ciddi addımlar atmalıdırlar", - XİN rəhbəri jurnalistin türkiyəli həmkarı ilə görüşə hazır olub-olmaması ilə bağlı sualını cavablandırarkən deyib.Ermənistanla Türkiyə arasında diplomatik əlaqələr yoxdur. 2009-cu ildə Sürixdə iki dövlətin xarici işlər nazirləri diplomatik münasibətlərin qurulması və münasibətlərin prinsipləri haqqında protokollar imzalasalar da, bu sənədlər sözügedən ölkələr tərəfindən ratifikasiya olunmayıb. 2018-ci il martın 1-də Ermənistan protokolların ləğvini elan edib. 2021-ci ildə Ermənistan və Türkiyə münasibətlərin tənzimlənməsi üçün xüsusi nümayəndələr təyin ediblər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/0e/434196270_86:0:2815:2047_1920x0_80_0_0_92efc779343217ae73abb9b81560409e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ararat mirzoyan, türkiyə, görüş
ararat mirzoyan, türkiyə, görüş
Ermənistan XİN rəhbəri: Mövlud Çavuşoğlu ilə görüşməyə hazıram
Ermənistanın xarici işlər naziri bildirib ki, belə görüşlər zamanı tərəflər diplomatik münasibətlərin qurulması üçün səmimi və ciddi addımlar atmalıdırlar.
BAKI, 18 oktyabr — Sputnik. “Türkiyəli həmkarım Mövlud Çavuşoğlu ilə görüşməyə hazıram və belə görüşlərdən diplomatik münasibətlərin qurulması və sərhədlərin açılması istiqamətində real addımlar gözləyirik”.
Bunu Norveç Xarici İşlər Nazirliyinin rəhbəri Anniken Huitfeldt ilə birgə mətbuat konfransında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
"Biz Türkiyə ilə dialoqun uğurla başa çatmasında maraqlıyıq. Faydalı olacaq istənilən görüşü keçirə bilərik. Mən heç vaxt belə görüşlərin əleyhinə olmamışam. Başqa bir şey odur ki, belə görüşlər zamanı tərəflər diplomatik münasibətlərin qurulması üçün səmimi və ciddi addımlar atmalıdırlar", - XİN rəhbəri jurnalistin türkiyəli həmkarı ilə görüşə hazır olub-olmaması ilə bağlı sualını cavablandırarkən deyib.
Ermənistanla Türkiyə arasında diplomatik əlaqələr yoxdur. 2009-cu ildə Sürixdə iki dövlətin xarici işlər nazirləri diplomatik münasibətlərin qurulması və münasibətlərin prinsipləri haqqında protokollar imzalasalar da, bu sənədlər sözügedən ölkələr tərəfindən ratifikasiya olunmayıb. 2018-ci il martın 1-də Ermənistan protokolların ləğvini elan edib. 2021-ci ildə Ermənistan və Türkiyə münasibətlərin tənzimlənməsi üçün xüsusi nümayəndələr təyin ediblər.