https://sputnik.az/20221018/ermenistan-serhede-musahideciler-gonderilmesi-ucun-atet-e-muraciet-edib-447597609.html
Ermənistan sərhədə müşahidəçilər göndərilməsi üçün ATƏT-ə müraciət edib
Ermənistan sərhədə müşahidəçilər göndərilməsi üçün ATƏT-ə müraciət edib
Sputnik Azərbaycan
Ölkənin xarici işlər naziri bildirib ki, Ermənistan ərazisindən Ermənistan-Azərbaycan sərhədinə ATƏT müşahidəçilərinin göndərilməsi mövzusu müzakirə olunur. 18.10.2022, Sputnik Azərbaycan
2022-10-18T17:07+0400
2022-10-18T17:07+0400
2022-10-18T17:07+0400
azərbaycan-ermənistan sərhədində vəziyyət
ermənistan
azərbaycan
atət
sərhəd
müşahidəçi
https://cdnn1.img.sputnik.az/img/07e6/02/17/439478975_0:48:2623:1523_1920x0_80_0_0_46f6c93937f6cbe6511aded1ad8f43e4.jpg
BAKI, 18 oktyabr — Sputnik. Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan ölkələrdən Azərbaycanla sərhəddəki vəziyyətə siyasi qiymət verilməsini gözləyir. Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Yerevanda Norveçin xarici işlər naziri Anniken Huitfeldtlə birgə mətbuat konfransında bildirib.Xarici işlər nazirinin sözlərinə görə, Ermənistan hakimiyyəti ATƏT-ə müraciət edib ki, vəziyyətə nəzarət etmək üçün bu təşkilatdan Azərbaycanla sərhədə müşahidəçilər göndərilsin."Ermənistan ərazisindən Ermənistan-Azərbaycan sərhədinə ATƏT müşahidəçilərinin göndərilməsi mövzusu müzakirə olunur. Biz bu məsələyə yaxın vaxtlarda aydınlıq gətirəcəyik", - o, jurnalistin müvafiq sualını cavablandırarkən deyib.Aİ-nin 27 ölkəsinin xarici işlər nazirləri bazar ertəsi Lüksemburqda Ermənistan və Azərbaycan sərhədindəki problemlərin həlli üçün mülki missiya barədə razılığa gəliblər. Onlar regiondakı vəziyyəti izləmək, təhlil etmək və hesabat hazırlamaq üçün 40-a qədər Aİ ekspertini Azərbaycanla sərhədin Ermənistan tərəfinə göndərmək qərarına gəliblər.Ermənistanın baş naziri Nikol Paşinyan, Azərbaycan prezidenti İlham Əliyev, Fransa lideri Emmanuel Makron və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel oktyabrın 7-də Praqada danışıqlardan sonra Aİ-nin Ermənistan-Azərbaycan sərhədinə missiya göndərəcəyini bəyan ediblər.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/17/439478975_171:0:2503:1749_1920x0_80_0_0_bed976e71e1fca9a96a6ec6afef22c74.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ermənistan, azərbaycan, atət, sərhəd, müşahidəçi
ermənistan, azərbaycan, atət, sərhəd, müşahidəçi
Ermənistan sərhədə müşahidəçilər göndərilməsi üçün ATƏT-ə müraciət edib
Ölkənin xarici işlər naziri bildirib ki, Ermənistan ərazisindən Ermənistan-Azərbaycan sərhədinə ATƏT müşahidəçilərinin göndərilməsi mövzusu müzakirə olunur.
BAKI, 18 oktyabr — Sputnik. Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan ölkələrdən Azərbaycanla sərhəddəki vəziyyətə siyasi qiymət verilməsini gözləyir. Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Yerevanda Norveçin xarici işlər naziri Anniken Huitfeldtlə birgə mətbuat konfransında bildirib.
Xarici işlər nazirinin sözlərinə görə, Ermənistan hakimiyyəti ATƏT-ə müraciət edib ki, vəziyyətə nəzarət etmək üçün bu təşkilatdan Azərbaycanla sərhədə müşahidəçilər göndərilsin.
"Ermənistan ərazisindən Ermənistan-Azərbaycan sərhədinə ATƏT müşahidəçilərinin göndərilməsi mövzusu müzakirə olunur. Biz bu məsələyə yaxın vaxtlarda aydınlıq gətirəcəyik", - o, jurnalistin müvafiq sualını cavablandırarkən deyib.
Aİ-nin 27 ölkəsinin xarici işlər nazirləri bazar ertəsi Lüksemburqda Ermənistan və Azərbaycan sərhədindəki problemlərin həlli üçün mülki missiya barədə razılığa gəliblər. Onlar regiondakı vəziyyəti izləmək, təhlil etmək və hesabat hazırlamaq üçün 40-a qədər Aİ ekspertini Azərbaycanla sərhədin Ermənistan tərəfinə göndərmək qərarına gəliblər.
Ermənistanın baş naziri Nikol Paşinyan, Azərbaycan prezidenti İlham Əliyev, Fransa lideri Emmanuel Makron və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel oktyabrın 7-də Praqada danışıqlardan sonra Aİ-nin Ermənistan-Azərbaycan sərhədinə missiya göndərəcəyini bəyan ediblər.