https://sputnik.az/20221018/ermeni-herbci-dovlet-sirrini-370-dollara-satdi-447575259.html
Erməni hərbçi dövlət sirrini 370 dollara satdı
Erməni hərbçi dövlət sirrini 370 dollara satdı
Sputnik Azərbaycan
Araşdırmaya görə, həmin şəxs 2021-ci ilin noyabrında "Odnoklassniki" sosial şəbəkəsində xarici kəşfiyyat xidmətinin əməkdaşı ilə tanış olub. 18.10.2022, Sputnik Azərbaycan
2022-10-18T11:40+0400
2022-10-18T11:40+0400
2022-10-18T11:49+0400
erməni
dünya xəbərləri
casus
sosial şəbəkə
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/19/425289386_0:0:3001:1688_1920x0_80_0_0_dedfae2b21704f2e680a6ddbd3da5a16.jpg
BAKI, 18 oktyabr — Sputnik. Ermənistan Milli Təhlükəsizlik Xidməti dövlət əhəmiyyətli mühüm məlumatları xarici kəşfiyyat xidmətinə ötürən müqaviləli hərbçini aşkar edib.Araşdırmaya görə, həmin şəxs 2021-ci ilin noyabrında "Odnoklassniki" sosial şəbəkəsində xarici kəşfiyyat xidmətinin əməkdaşı ilə tanış olub və altı ay ərzində "Whatsapp" sosial şəbəkəsi vasitəsilə hərbi hissəsinin yeri, döyüş mövqeləri, habelə hərbi hissənin balansında olan nəqliyyat vasitələri barədə məlumatlar ötürüb. Bunun müqabilində hərbi qulluqçu 370 dollar alıb.O, dövlətə xəyanətdə ittiham olunaraq, həbs olunub. Məlumat verilib ki, fakt üzrə ibtidai istintaq tədbirləri davam etdirilir.Xatırladaq ki, son bir ildə Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən dövlətə xəyanət və casusluqla bağlı 8 fakt aşkar edilib, 8 cinayət işi üzrə 26 nəfər təqsirləndirilən şəxs qismində cəlb edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/19/425289386_0:0:2667:2000_1920x0_80_0_0_fe8bc02270551bd8e8c727e515cb7820.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
erməni, casus, sosial şəbəkə
erməni, casus, sosial şəbəkə
Erməni hərbçi dövlət sirrini 370 dollara satdı
11:40 18.10.2022 (Yenilənib: 11:49 18.10.2022) Araşdırmaya görə, həmin şəxs 2021-ci ilin noyabrında "Odnoklassniki" sosial şəbəkəsində xarici kəşfiyyat xidmətinin əməkdaşı ilə tanış olub.
BAKI, 18 oktyabr — Sputnik. Ermənistan Milli Təhlükəsizlik Xidməti dövlət əhəmiyyətli mühüm məlumatları xarici kəşfiyyat xidmətinə ötürən müqaviləli hərbçini aşkar edib.
Araşdırmaya görə, həmin şəxs 2021-ci ilin noyabrında "Odnoklassniki" sosial şəbəkəsində xarici kəşfiyyat xidmətinin əməkdaşı ilə tanış olub və altı ay ərzində "Whatsapp" sosial şəbəkəsi vasitəsilə hərbi hissəsinin yeri, döyüş mövqeləri, habelə hərbi hissənin balansında olan nəqliyyat vasitələri barədə məlumatlar ötürüb. Bunun müqabilində hərbi qulluqçu 370 dollar alıb.
O, dövlətə xəyanətdə ittiham olunaraq, həbs olunub. Məlumat verilib ki, fakt üzrə ibtidai istintaq tədbirləri davam etdirilir.
Xatırladaq ki, son bir ildə Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən dövlətə xəyanət və casusluqla bağlı 8 fakt aşkar edilib, 8 cinayət işi üzrə 26 nəfər təqsirləndirilən şəxs qismində cəlb edilib.