https://sputnik.az/20221018/elektron-qolbaq-dasiyan-sexs-kirayede-qaldigi-evden-ogurluq-edib-447581701.html
Elektron qolbaq daşıyan şəxs kirayədə qaldığı evdən oğurluq edib
Elektron qolbaq daşıyan şəxs kirayədə qaldığı evdən oğurluq edib
Sputnik Azərbaycan
Hadisəni törətməkdə şübhəli bilinən rayon sakini, həmin ünvanda kirayədə yaşayan Məftun Məmmədrəhimli əməlini etiraf edib 18.10.2022, Sputnik Azərbaycan
2022-10-18T13:56+0400
2022-10-18T13:56+0400
2022-10-18T13:56+0400
məhkum
hadisə
oğurluq
https://cdnn1.img.sputnik.az/img/07e4/08/0e/424676657_0:368:2987:2048_1920x0_80_0_0_a15e16e703520a84a35a6bcccc77c2b7.jpg
BAKI, 18 oktyabr — Sputnik. Şəki şəhərində yerləşən fərdi yaşayış evlərinin birindən oğurluq edilib. Şəhər rayon Polis Şöbəsinə müraciət edən zərərçəkən 3500 manat dəyərində müxtəlif məişət əşyalarının naməlum şəxs tərəfindən oğurlandığını bildirib.DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayon sakini, həmin ünvanda kirayədə yaşayan Məftun Məmmədrəhimli tutularaq istintaqa təhvil verilib. O, əməlini etiraf edib və oğurladıqlarını sataraq əldə etdiyi pulu xərclədiyini bildirib.Qeyd edilib ki, M.Məmmədrəhimli ötən ilin əvvəllərində də törətdiyi cinayət əməlinə görə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilərək elektron qolbaqla təchiz olunub.Xatırladaq ki, bir müddət öncə Azərbaycanda elektron qolbağlı şəxs məscidlərdəki nəzir qutularını qarət edib. O, Lənkəranın Tütəpeştə kənd məscidinin içərisindəki nəzir qutusunu sındıraraq içərisindəki 120 manat pulu oğurlayıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/08/0e/424676657_122:0:2853:2048_1920x0_80_0_0_dab822bdef781a65bfb6bc940d4375f3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
məhkum, oğurluq
Elektron qolbaq daşıyan şəxs kirayədə qaldığı evdən oğurluq edib
Hadisəni törətməkdə şübhəli bilinən rayon sakini, həmin ünvanda kirayədə yaşayan Məftun Məmmədrəhimli əməlini etiraf edib
BAKI, 18 oktyabr — Sputnik. Şəki şəhərində yerləşən fərdi yaşayış evlərinin birindən oğurluq edilib. Şəhər rayon Polis Şöbəsinə müraciət edən zərərçəkən 3500 manat dəyərində müxtəlif məişət əşyalarının naməlum şəxs tərəfindən oğurlandığını bildirib.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayon sakini, həmin ünvanda kirayədə yaşayan Məftun Məmmədrəhimli tutularaq istintaqa təhvil verilib. O, əməlini etiraf edib və oğurladıqlarını sataraq əldə etdiyi pulu xərclədiyini bildirib.
Qeyd edilib ki, M.Məmmədrəhimli ötən ilin əvvəllərində də törətdiyi cinayət əməlinə görə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilərək elektron qolbaqla təchiz olunub.
Xatırladaq ki, bir müddət öncə Azərbaycanda elektron qolbağlı şəxs məscidlərdəki nəzir qutularını qarət edib. O, Lənkəranın Tütəpeştə kənd məscidinin içərisindəki nəzir qutusunu sındıraraq içərisindəki 120 manat pulu oğurlayıb.