https://sputnik.az/20221018/azerbaycanda-qarabag-muharibesinden-behs-eden-en-bahali-serial-cekilir-447598396.html
Azərbaycanda Qarabağ müharibəsindən bəhs edən ən bahalı serial çəkilir
Azərbaycanda Qarabağ müharibəsindən bəhs edən ən bahalı serial çəkilir
Sputnik Azərbaycan
Azərbaycan və Türkiyə kinematoqrafçıları 44 günlük müharibədən bəhs edən filmin çəkilişlərində iştirak edəcəklər. 18.10.2022, Sputnik Azərbaycan
2022-10-18T17:42+0400
2022-10-18T17:42+0400
2022-10-18T17:42+0400
mədəniyyət
qarabağ
vətən müharibəsi
serial
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/12/447594263_0:120:1280:840_1920x0_80_0_0_cd08faa163f9463ba9b13c05f2b85c37.jpg
BAKI, 18 oktyabr - Sputnik. Gələn ilin martında Azərbaycanda səkkiz seriyalı “Qarabağ Vətən Müharibəsi”nin çəkilişlərinə başlanacaq, bir seriyanın büdcəsi 212 min dollar təşkil edəcək. Bunu Beynəlxalq Muğam Mərkəzində keçirilən brifinqdə Azərbaycan Mədəniyyət Nazirliyinin Audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Həsənov deyib.Tədbirdə Audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Əliyev, Türkiyənin tanınmış kino şirkəti olan "Bozdağ Film"in nümayəndələri Ozan Bilkahan və Osman Albayrak da iştirak ediblər. 44 günlük Vətən Müharibəsindən bəhs edən filmin istehsalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Türkiyənin “Bozdağ Film” kino şirkətinin dəstəyi ilə həyata keçirilir. Filmin istehsalına 1,7 milyon manata yaxın vəsait ayrılıb.Onun sözlərinə görə, hər seriya təxminən bir saat davam edəcək. O, hazırda serialın hansı telekanalın göstəriləcəyi məsələsinin həll olunmadığını diqqətə çatdırıb.“Məqsədimiz filmi beynəlxalq platformada nümayiş etdirməkdir. Layihənin adını hələlik açıqlamaq istəmirik”, - deyə Həsənov əlavə edib.Öz növbəsində, Osman Albayrak qeyd edib ki, onların şirkətinin nümayəndələri artıq 3 aydır Azərbaycandadırlar və artıq Qarabağda işğaldan azad edilmiş ərazilərin bir hissəsinə baş çəkiblər.“Çəkilişləri təkcə Quba, İsmayıllı, Bakıda deyil, Qarabağda da aparmağı planlaşdırırıq. Aktyorlar hazırda Azərbaycan ordusunda hərbi təlim keçirlər. Tezliklə onların adlarını açıqlamağı planlaşdırırıq”, - Türkiyə kino şirkətinin nümayəndəsi izah edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Kəmalə Əliyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241105_0:0:640:641_100x100_80_0_0_5dbc84add6e6f16e92f3dc6b604e67db.jpg
Kəmalə Əliyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241105_0:0:640:641_100x100_80_0_0_5dbc84add6e6f16e92f3dc6b604e67db.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/12/447594263_0:0:1280:960_1920x0_80_0_0_17e08aced46936ac046f8f6225098ef8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Kəmalə Əliyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241105_0:0:640:641_100x100_80_0_0_5dbc84add6e6f16e92f3dc6b604e67db.jpg
qarabağ, vətən müharibəsi, serial
qarabağ, vətən müharibəsi, serial
Azərbaycanda Qarabağ müharibəsindən bəhs edən ən bahalı serial çəkilir
Azərbaycan və Türkiyə kinematoqrafçıları 44 günlük müharibədən bəhs edən filmin çəkilişlərində iştirak edəcəklər.
BAKI, 18 oktyabr - Sputnik. Gələn ilin martında Azərbaycanda səkkiz seriyalı “Qarabağ Vətən Müharibəsi”nin çəkilişlərinə başlanacaq, bir seriyanın büdcəsi 212 min dollar təşkil edəcək. Bunu Beynəlxalq Muğam Mərkəzində keçirilən brifinqdə Azərbaycan Mədəniyyət Nazirliyinin Audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Həsənov deyib.
Tədbirdə Audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Əliyev, Türkiyənin tanınmış kino şirkəti olan "Bozdağ Film"in nümayəndələri Ozan Bilkahan və Osman Albayrak da iştirak ediblər.
44 günlük Vətən Müharibəsindən bəhs edən filmin istehsalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Türkiyənin “Bozdağ Film” kino şirkətinin dəstəyi ilə həyata keçirilir. Filmin istehsalına 1,7 milyon manata yaxın vəsait ayrılıb.
“Biz artıq bir neçə aydır ki, bu layihə üzərində işləyirik. Tamaşada Azərbaycan və Türkiyə kinematoqrafçıları iştirak edirlər. Ssenari müəlliflərindən biri İsmayıl İmandır. Aktyorların əksəriyyəti Azərbaycandan olacaq. Çəkilişlərin 2023-cü ilin martında başlanması planlaşdırılır", - deyə Rüfət Həsənov bildirib.
Onun sözlərinə görə, hər seriya təxminən bir saat davam edəcək. O, hazırda serialın hansı telekanalın göstəriləcəyi məsələsinin həll olunmadığını diqqətə çatdırıb.
“Məqsədimiz filmi beynəlxalq platformada nümayiş etdirməkdir. Layihənin adını hələlik açıqlamaq istəmirik”, - deyə Həsənov əlavə edib.
Öz növbəsində, Osman Albayrak qeyd edib ki, onların şirkətinin nümayəndələri artıq 3 aydır Azərbaycandadırlar və artıq Qarabağda işğaldan azad edilmiş ərazilərin bir hissəsinə baş çəkiblər.
“Çəkilişləri təkcə Quba, İsmayıllı, Bakıda deyil, Qarabağda da aparmağı planlaşdırırıq. Aktyorlar hazırda Azərbaycan ordusunda hərbi təlim keçirlər. Tezliklə onların adlarını açıqlamağı planlaşdırırıq”, - Türkiyə kino şirkətinin nümayəndəsi izah edib.