Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycana elektromobil idxalı 3 dəfədən çox artıb

© AP Photo / David ZalubowskiElektromobil
Elektromobil - Sputnik Azərbaycan, 1920, 18.10.2022
Abunə olmaq
İdxal olunan minik avtomobillərinin sayı 16%, hibrid avtomobillərin sayı 2,5% azalsa da, ölkəyə idxal edilən elektromobillərin sayı 3,2 dəfə artıb.
BAKI, 18 oktyabr — Sputnik. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 744 milyon ABŞ dolları dəyərində 55 199 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub. Bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.
Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə idxal edilən avtomobillərin dəyəri 12,7% artsa da, sayı 15% azalıb. Qeyd olunan dövrdə idxal edilən minik avtomobillərinin sayı 51 055 ədəd, hibrid mühərrikli avtomobillərin sayı 8999, elektrik mühərrikli avtomobillərin sayı isə 301 ədəd təşkil edib.
Avtomobillərin 8 999-u (105,4 milyon ABŞ dolları dəyərində) daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 301-i (10 milyon ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir.
Bu o deməkdir ki, minik avtomobillərinin sayı 16%, hibrid avtomobillərin sayı 2,5% azalsa da, ölkəyə idxal edilən elektromobillərin sayı 3,2 dəfə artıb.
Xəbər lenti
0