https://sputnik.az/20221018/azerbaycan-xalqini-tebrik-edirler-447572581.html
Azərbaycan xalqını təbrik edirlər
Azərbaycan xalqını təbrik edirlər
Sputnik Azərbaycan
Azərbaycan Respublikasının Müstəqilliyinin Bərpası Günü Azərbaycan tarixinin ən mühüm günlərindən biridir və hər il 18 oktyabrda qeyd edilir. 18.10.2022, Sputnik Azərbaycan
2022-10-18T11:24+0400
2022-10-18T11:24+0400
2022-10-18T12:03+0400
səfirlik
azərbaycan xəbərləri
azərbaycan
müstəqillik günü
https://cdnn1.img.sputnik.az/img/07e5/07/09/427427691_0:0:2000:1125_1920x0_80_0_0_bf02d3e5bbe289b53edc927629904e99.jpg
BAKI, 18 oktyabr — Sputnik. Birləşmiş Millətlər Təşkilatı (BMT) 18 oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan dövlətini və xalqını təbrik edib.Bu barədə təşkilatın Azərbaycan nümayəndəliyinin tviterində yazılıb.“Birləşmiş Millətlər Təşkilatı Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan xalqını təbrik edir! Əbədi müstəqillik, əmin-amanlıq və dayanıqlı inkişaf arzulayırıq!”, - paylaşımda bildirilib.Pakistan Xarici İşlər Nazirliyi 18 oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan dövlətini və xalqını təbrik edib.Bu barədə nazirliyin tviterində paylaşım edilib.“Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan hökumətinə və xalqına ürəkdən təbriklərimizi çatdırırıq”, - paylaşımda bildirilib.ABŞ-ın Azərbaycandakı səfirliyi də 18 oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan dövlətini və xalqını təbrik edib.Təbrik mesajı səfirliyin "Twiter" səhifəsində paylaşılıb.Qeyd olunub ki, ABŞ Azərbaycanda və ümumilikdə Cənubi Qafqazda dinc və firavan gələcəyin təmin olunmasına sadiqdir: “Bu il biz Birləşmiş Ştatlar və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü qeyd edirik"."Azərbaycan müstəqilliyini əldə etdikdən sonra keçən 31 il ərzində biz enerji təhlükəsizliyinin gücləndirilməsi, transmilli təhlükələrlə mübarizə, ikitərəfli ticarət və sərmayələrin inkişafı, habelə fundamental azadlıqların dəstəklənməsi kimi sahələrdə birgə çalışmağa davam edirik", - ABŞ-ın Azərbaycandakı səfirliyinin təbrikində qeyd olunub.Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld da 18 oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan dövlətini və xalqını təbrik edib.Diplomat təbrik mesajını tviter səhifəsində paylaşıb.“Otuz bir il əvvəl Azərbaycan müstəqilliyini bərpa etdikdən bəri Böyük Britaniya Azərbaycanın yanındadır. Bu gözəl ölkə 70 il SSRİ-nin tərkibində yaşayıb. Buna baxmayaraq, o, öz mədəniyyətini və dəyərlərini qoruyub saxlayıb”, - F.Auld vurğulayıb.Diplomat bildirib ki, Azərbaycan və Böyük Britaniya son 30 ildə mədəniyyət, iqtisadiyyat, ətraf mühit və bir çox başqa sahələrdə əməkdaşlıq edir: “Bizim bu əməkdaşlığımız hər il genişlənir. Ölkələrimiz və xalqlarımız arasında dostluq daha da güclənir. Bütün Azərbaycan xalqını Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edirəm”.Almaniya səfiri Ralf Horlemann Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.Bu barədə səfir "Twitter"də paylaşım edib.Fələstin Dövlətinin ölkəmizdəki səfirliyi Azərbaycan xalqını 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.Bu barədə səfirliyin sosial şəbəkədəki səhifəsində paylaşım edilib."Müstəqilliyinin bərpasının 31-ci ildönümü münasibətilə Azərbaycan Respublikasına ən səmimi təbriklərimi çatdırmaq istərdim. Müstəqilliyin Bərpası Gününüz mübarək!", diplomat paylaşımında bildirib.Qeyd edək ki, Azərbaycan Respublikasının Müstəqilliyinin Bərpası Günü Azərbaycan tarixinin ən mühüm günlərindən biridir və hər il 18 oktyabrda qeyd edilir.XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövlət müstəqilliyini bərpa etdi.Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında 1991-ci il avqustun 30-da "Azərbaycan Respublikasının Dövlət müstəqilliyini bərpa etmək haqqında" bəyannamə qəbul edildi. 1991-ci il oktyabrın 8-də Azərbaycan Ali Sovetinin işə başlanan növbədənkənar sessiyası isə 4 gün müzakirə apardı. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd — Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi.Həmin vaxt aktın lehinə Ali Sovetin 360 deputatından 258-i səs verdi, yerdə qalanlar ya sessiyaya qatılmadı, ya da onun əleyhinə səs verdilər.Konstitusiya Aktında göstərilib ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir. Konstitusiya Aktı 6 fəsil, 32 maddədən ibarətdir.1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyə çıxarıldı və əhalinin 95%-i səsvermədə iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verdi.Azərbaycanın müstəqilliyi bərpa olunandan sonra dövlət bayrağı, himni və gerbi haqqında da qanunlar qəbul edildi.Azərbaycan parlamentinin 15 oktyabr 2021-ci il tarixli plenar iclasında isə “Müstəqillik Günü haqqında” yeni qanun qəbul edilib. Elə həmin gün də Prezident İlham Əliyev tərəfindən "Müstəqillik Günü haqqında" qanun təsdiqlənib.Qanunun təsdiqlənməsi ilə 28 May - Respublika Gününün və 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilib. Belə ki, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilib.Həmin günlər isə hər il bayram kimi qeyd olunacaq. Bununla da Azərbaycanda Müstəqillik Günü qeyri-iş günü, Müstəqilliyin Bərpası Günü isə iş günü olan bayram sayılacaq.
https://sputnik.az/20221018/googleun-esas-sehifesinde-azerbaycanin-musteqilliyinin-berpasina-hesr-olunmus-bildiris-447572260.html
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/07/09/427427691_223:0:2000:1333_1920x0_80_0_0_918e07894a655e38293134697fa90dce.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
səfirlik, azərbaycan, müstəqillik günü
səfirlik, azərbaycan, müstəqillik günü
Azərbaycan xalqını təbrik edirlər
11:24 18.10.2022 (Yenilənib: 12:03 18.10.2022) Yenilənir
Azərbaycan Respublikasının Müstəqilliyinin Bərpası Günü Azərbaycan tarixinin ən mühüm günlərindən biridir və hər il 18 oktyabrda qeyd edilir.
BAKI, 18 oktyabr — Sputnik. Birləşmiş Millətlər Təşkilatı (BMT) 18 oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan dövlətini və xalqını təbrik edib.
Bu barədə təşkilatın Azərbaycan nümayəndəliyinin tviterində yazılıb.
“Birləşmiş Millətlər Təşkilatı Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan xalqını təbrik edir! Əbədi müstəqillik, əmin-amanlıq və dayanıqlı inkişaf arzulayırıq!”, - paylaşımda bildirilib.
Pakistan Xarici İşlər Nazirliyi 18 oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan dövlətini və xalqını təbrik edib.
Bu barədə nazirliyin tviterində paylaşım edilib.
“Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan hökumətinə və xalqına ürəkdən təbriklərimizi çatdırırıq”, - paylaşımda bildirilib.
ABŞ-ın Azərbaycandakı səfirliyi də 18 oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan dövlətini və xalqını təbrik edib.
Təbrik mesajı səfirliyin "Twiter" səhifəsində paylaşılıb.
Qeyd olunub ki, ABŞ Azərbaycanda və ümumilikdə Cənubi Qafqazda dinc və firavan gələcəyin təmin olunmasına sadiqdir: “Bu il biz Birləşmiş Ştatlar və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü qeyd edirik".
"Azərbaycan müstəqilliyini əldə etdikdən sonra keçən 31 il ərzində biz enerji təhlükəsizliyinin gücləndirilməsi, transmilli təhlükələrlə mübarizə, ikitərəfli ticarət və sərmayələrin inkişafı, habelə fundamental azadlıqların dəstəklənməsi kimi sahələrdə birgə çalışmağa davam edirik", - ABŞ-ın Azərbaycandakı səfirliyinin təbrikində qeyd olunub.
Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld da 18 oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan dövlətini və xalqını təbrik edib.
Diplomat təbrik mesajını tviter səhifəsində paylaşıb.
“Otuz bir il əvvəl Azərbaycan müstəqilliyini bərpa etdikdən bəri Böyük Britaniya Azərbaycanın yanındadır. Bu gözəl ölkə 70 il SSRİ-nin tərkibində yaşayıb. Buna baxmayaraq, o, öz mədəniyyətini və dəyərlərini qoruyub saxlayıb”, - F.Auld vurğulayıb.
Diplomat bildirib ki, Azərbaycan və Böyük Britaniya son 30 ildə mədəniyyət, iqtisadiyyat, ətraf mühit və bir çox başqa sahələrdə əməkdaşlıq edir: “Bizim bu əməkdaşlığımız hər il genişlənir. Ölkələrimiz və xalqlarımız arasında dostluq daha da güclənir. Bütün Azərbaycan xalqını Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edirəm”.
Almaniya səfiri Ralf Horlemann Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
Bu barədə səfir "Twitter"də paylaşım edib.
Fələstin Dövlətinin ölkəmizdəki səfirliyi Azərbaycan xalqını 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.
Bu barədə səfirliyin sosial şəbəkədəki səhifəsində paylaşım edilib.
"Müstəqilliyinin bərpasının 31-ci ildönümü münasibətilə Azərbaycan Respublikasına ən səmimi təbriklərimi çatdırmaq istərdim. Müstəqilliyin Bərpası Gününüz mübarək!", diplomat paylaşımında bildirib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Müstəqilliyinin Bərpası Günü Azərbaycan tarixinin ən mühüm günlərindən biridir və hər il 18 oktyabrda qeyd edilir.
XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövlət müstəqilliyini bərpa etdi.
Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında 1991-ci il avqustun 30-da "Azərbaycan Respublikasının Dövlət müstəqilliyini bərpa etmək haqqında" bəyannamə qəbul edildi. 1991-ci il oktyabrın 8-də Azərbaycan Ali Sovetinin işə başlanan növbədənkənar sessiyası isə 4 gün müzakirə apardı. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd — Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi.
Həmin vaxt aktın lehinə Ali Sovetin 360 deputatından 258-i səs verdi, yerdə qalanlar ya sessiyaya qatılmadı, ya da onun əleyhinə səs verdilər.
Konstitusiya Aktında göstərilib ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir. Konstitusiya Aktı 6 fəsil, 32 maddədən ibarətdir.
1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyə çıxarıldı və əhalinin 95%-i səsvermədə iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verdi.
Azərbaycanın müstəqilliyi bərpa olunandan sonra dövlət bayrağı, himni və gerbi haqqında da qanunlar qəbul edildi.
Azərbaycan parlamentinin 15 oktyabr 2021-ci il tarixli plenar iclasında isə “Müstəqillik Günü haqqında” yeni qanun qəbul edilib. Elə həmin gün də Prezident İlham Əliyev tərəfindən "Müstəqillik Günü haqqında" qanun təsdiqlənib.
Qanunun təsdiqlənməsi ilə 28 May - Respublika Gününün və 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilib. Belə ki, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilib.
Həmin günlər isə hər il bayram kimi qeyd olunacaq. Bununla da Azərbaycanda Müstəqillik Günü qeyri-iş günü, Müstəqilliyin Bərpası Günü isə iş günü olan bayram sayılacaq.