DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Avropada iqtisadi tənəzzül üzündən bir çox investorlar ABŞ-a köçür

© AP Photo / Andy WongÇin bayrağı, arxiv şəkli
Çin bayrağı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 18.10.2022
Abunə olmaq
Çin ABŞ-ın Aİ ölkələrini Ukraynaya görə daha çox asılı vəziyyətə saldığını hesab edir.
BAKI, 18 oktyabr — Sputnik. Getdikcə daha çox Avropa biznesi Ukrayna böhranı səbəbindən çətin vəziyyətə düşür. "Huantszyu şibao" gündəlik nəşrinin yazdığına görə, ABŞ-ın "yardımı" Aİ ölkələrini daha çox asılı vəziyyətə salır.
Məqalədə deyilir ki, ABŞ bir tərəfdən Ukraynaya və Avropa İttifaqına dəstək verir, digər tərəfdən isə Avropanın bəlalarından qazanc əldə etməyə çalışır.
Bundan əlavə, Avropada iqtisadi tənəzzül və əsas sənaye sahələrinin itirilməsi səbəbindən Aİ-dən bir çox investorlar fəaliyyətlərini davam etdirmək üçün ABŞ-a köçməyə başlayıblar.
Daha əvvəl Federasiya Şurasının informasiya siyasəti üzrə komissiyasının rəhbəri Aleksey Puşkov Qərb ölkələri ilə Rusiya arasında qarşıdurmanın Aİ ölkələrində yaşıl enerjinin məhvinə səbəb olacağı barədə fikir bildirmişdi. Onun fikrincə, qaz və neft itkisi qarşısında yaşıl enerji ilə bağlı bəyanatlar demaqogiyadır.
İtaliyanın "Nomisma Energia" analitik şirkətinin rəhbəri Davide Tabarelli də bildirib ki, hazırda Avropa görünməmiş nisbətdə enerji şoku yaşayır. Onun sözlərinə görə, təkcə İtaliyada elektrik enerjisi ödənişləri demək olar ki, iki dəfə artıb.
Xəbər lenti
0