DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Arktika Rusiya ilə hipotetik münaqişənin mərkəzinə çevrilə bilər

© Sputnik / Ilya Timin / Mediabanka keçidArktika
Arktika - Sputnik Azərbaycan, 1920, 18.10.2022
Abunə olmaq
ABŞ senatoru Kinq qlobal istiləşmə fonunda bu regionun əhəmiyyətinin artdığına diqqət çəkib.
BAKI, 18 oktyabr — Sputnik. Qlobal istiləşmə fonunda Arktika Rusiya və ABŞ arasında hipotetik münaqişənin mərkəzinə çevrilə bilər. Məhz bu səbəbdən regionun əhəmiyyəti artır. Bu fikri amerikalı senator Anqus Kinq "CNN" telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, regionda buzların həcmi ildən-ilə azalır ki, bu da resursların hasilatı və bəzilərinin səfər müddəti 15 gün azalacağı daha qısa dəniz yollarının tərtibi üçün yeni imkanlar açır.
"Bununla belə, Arktika sahillərinin yarıdan çoxu Rusiyaya məxsusdur və bununla əlaqədar iki güc arasında münaqişə təhlükəsi var", - deyə siyasətçi qeyd edib.
İnternet saytlarında daha əvvəl yazıldığı kimi, Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, Arktika Şurasının yüksək vəzifəli şəxslər komitəsinin sədri Nikolay Korçunov belə bir fikir bildirib ki, Arktika regionu beynəlmiləl hərbi əməliyyatlar teatrına çevrilir.
Diplomat əlavə edib ki, NATO-ya üzv olmaq niyyətini açıqlayan İsveç və Finlandiyanın planları vəziyyəti daha da gərginləşdirir. Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri əmin olduğunu bildirib ki, bu, Arktikada sülh və sabitliyin qorunmasına töhfə verməyəcək.
Xəbər lenti
0