https://sputnik.az/20221017/xn-ermenilerin-azerbaycanlilarin-qebirlerine-qarsi-etdiyi-vandalliq-aktlarini-pisleyib-447532692.html
XİN ermənilərin Azərbaycan qəbirlərinə qarşı etdiyi vandallıq aktlarını pisləyib - VİDEO
XİN ermənilərin Azərbaycan qəbirlərinə qarşı etdiyi vandallıq aktlarını pisləyib - VİDEO
Sputnik Azərbaycan
“Radikal ermənilər tərəfindən törədilən bu vandallıq əməlləri kövrək post-münaqişə mərhələsində iki dövlət arasında normallaşma prosesinə zərbədir,” ... 17.10.2022, Sputnik Azərbaycan
2022-10-17T11:03+0400
2022-10-17T11:03+0400
2022-10-17T11:09+0400
qəbiristanlıq
siyasət
erməni
radikal
vandal
azərbaycan
azərbaycan xin
ermənistan
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/1d/425595783_0:42:3059:1763_1920x0_80_0_0_d502d6f2d4739daa2aecc7fb884a4547.jpg
BAKI, 17 oktyabr — Sputnik. "Son günlər sosial şəbəkələrdə radikal ermənilər tərəfindən Azərbaycan qəbiristanlıqlarının dağıdılması videoları yayılıb. Təhqiramiz ifadələrlə azərbaycanlıların qəbirlərinə qarşı vandallıq aktlarının törədildiyi, qəbir daşlarının yük maşını ilə dağıdıldığı bu görüntülər Ermənistan tərəfindən uzun illər ərzində həyata keçirilən Azərbaycan irsinin məhv edilməsi siyasətinin növbəti bariz nümunəsidir".Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin ermənilərin azərbaycanlıların qəbirlərinə qarşı edilən vandallıq aktları ilə bağlı şərhində bildirilib."Məlum olduğu kimi Ermənistan, ərazisində tarixən məskunlaşan Azərbaycanlılara məxsus tarixi,mədəni, dini irsi məqsədyönlü şəkildə məhv etməklə yanaşı, 30 ilə yaxın işğal altında saxladığı Qarabağ və ətraf rayonlarda da misligörünməmiş dağıntılar törədib, tarixi-dini abidələri yerlə yeksan edib, qəbirstanlıqlara qarşı vandallıq aktları həyata keçirib, beləliklə də bu ərazilərdəki Azərbaycanlı izlərini tamamilə silməyə çalışıb. Ermənistanın həyata keçirdiyi qeyri-qanuni fəaliyyət, o cümlədən müəllifi olduğu urbisid, ekosid və kultursid aktları ilə bağlı faktlar toplanaraq beynəlxalq təşkilatlara təqdim olunub", - nazirlikdən bildirilib.Qeyd olunub ki, Azərbaycan ərazilərində qanunsuz məskunlaşan erməni əhali, hətta hərbi əməliyyatlar bitdikdən sonra Azərbaycan ərazilərini tərk edən zaman infrastruktura, abidələrə, ətraf mühitə zərər vurub:Daha sonra sənəddə bildirilir ki, radikal ermənilər tərəfindən törədilən bu vandallıq əməlləri kövrək post-münaqişə mərhələsində iki dövlət arasında normallaşma prosesinə zərbədir:"Azərbaycan tərəfindən, azad olunmuş ərazilərdəki böyük dağıntıları, video görüntülər şəklində yayılmış vandallıq əməllərini müvafiq şəkildə toplanıb, sənədləşdirilir və bu əməllərə, o cümlədən vurulmuş zərərə görə Ermənistan tərəfinin cavab verməsi üçün müvafiq addımlar atılır. "Beynəlxalq ictimaiyyət Ermənistan tərəfindən yalnız Azərbaycanın deyil, eləcə də bəşəriyyətin irsinə qarşı törədilən vəhşiliklərlə bağlı susmamalıdır", - nazirlikdən bildirilib.Xatırladaq ki, Xankəndi yaxınlığında azərbaycanlılara aid məzarlar ermənilər tərəfindən dağıdılıb.Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Görüntülərdə yük maşınının köməyi ilə azərbaycanlılara məxsus məzar daşları dağıdılır.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/1d/425595783_124:0:2855:2048_1920x0_80_0_0_84c1f249b443f68321e26a32c3bce966.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
qəbiristanlıq, erməni, radikal, vandal, azərbaycan, azərbaycan xin, ermənistan
qəbiristanlıq, erməni, radikal, vandal, azərbaycan, azərbaycan xin, ermənistan
XİN ermənilərin Azərbaycan qəbirlərinə qarşı etdiyi vandallıq aktlarını pisləyib - VİDEO
11:03 17.10.2022 (Yenilənib: 11:09 17.10.2022) “Radikal ermənilər tərəfindən törədilən bu vandallıq əməlləri kövrək post-münaqişə mərhələsində iki dövlət arasında normallaşma prosesinə zərbədir,” - Azərbaycan Xarici İşlər Nazirliyinin şərhində deyilir.
BAKI, 17 oktyabr — Sputnik. "Son günlər sosial şəbəkələrdə radikal ermənilər tərəfindən Azərbaycan qəbiristanlıqlarının dağıdılması videoları yayılıb. Təhqiramiz ifadələrlə azərbaycanlıların qəbirlərinə qarşı vandallıq aktlarının törədildiyi, qəbir daşlarının yük maşını ilə dağıdıldığı bu görüntülər Ermənistan tərəfindən uzun illər ərzində həyata keçirilən Azərbaycan irsinin məhv edilməsi siyasətinin növbəti bariz nümunəsidir".
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin ermənilərin azərbaycanlıların qəbirlərinə qarşı edilən vandallıq aktları ilə bağlı şərhində bildirilib.
"Məlum olduğu kimi Ermənistan, ərazisində tarixən məskunlaşan Azərbaycanlılara məxsus tarixi,mədəni, dini irsi məqsədyönlü şəkildə məhv etməklə yanaşı, 30 ilə yaxın işğal altında saxladığı Qarabağ və ətraf rayonlarda da misligörünməmiş dağıntılar törədib, tarixi-dini abidələri yerlə yeksan edib, qəbirstanlıqlara qarşı vandallıq aktları həyata keçirib, beləliklə də bu ərazilərdəki Azərbaycanlı izlərini tamamilə silməyə çalışıb. Ermənistanın həyata keçirdiyi qeyri-qanuni fəaliyyət, o cümlədən müəllifi olduğu urbisid, ekosid və kultursid aktları ilə bağlı faktlar toplanaraq beynəlxalq təşkilatlara təqdim olunub", - nazirlikdən bildirilib.
Qeyd olunub ki, Azərbaycan ərazilərində qanunsuz məskunlaşan erməni əhali, hətta hərbi əməliyyatlar bitdikdən sonra Azərbaycan ərazilərini tərk edən zaman infrastruktura, abidələrə, ətraf mühitə zərər vurub:
"Bu, nifrət zəminində törədilmiş cinayətlərin qarşısının alınması, cinayətkarların cəzalandırılması istiqamətində indiyədək Ermənistanın aidiyyəti qurumları tərəfindən heç bir addım atılmayıb. Bunun səbəbi, Azərbaycan irsinin məhv edilməsi siyasətinin Ermənistanda dövlət səviyyəsində aparılmasıdır. Ermənistan tərəfindən 30 illik işğal dövründə UNESCO missiyasının bölgəyə səfərinin qarşısının alınması, Azərbaycan ərazilərini azad etdikdən sonra missiyanı bölgəyə dəvət etsə də yenidən Ermənistanın destruktiv mövqeyinə görə UNESCO missiyasının səfərinin hələ də baş tutmaması dərin təəssüf doğurur. Yayılan videogörüntülər Ermənistanın nədən beynəlxalq missiyanın bölgəyə səfərində maraqlı olmadığını aydın şəkildə göstərir".
Daha sonra sənəddə bildirilir ki, radikal ermənilər tərəfindən törədilən bu vandallıq əməlləri kövrək post-münaqişə mərhələsində iki dövlət arasında normallaşma prosesinə zərbədir:
"Azərbaycan tərəfindən, azad olunmuş ərazilərdəki böyük dağıntıları, video görüntülər şəklində yayılmış vandallıq əməllərini müvafiq şəkildə toplanıb, sənədləşdirilir və bu əməllərə, o cümlədən vurulmuş zərərə görə Ermənistan tərəfinin cavab verməsi üçün müvafiq addımlar atılır. "Beynəlxalq ictimaiyyət Ermənistan tərəfindən yalnız Azərbaycanın deyil, eləcə də bəşəriyyətin irsinə qarşı törədilən vəhşiliklərlə bağlı susmamalıdır", - nazirlikdən bildirilib.
Xatırladaq ki, Xankəndi yaxınlığında azərbaycanlılara aid məzarlar ermənilər tərəfindən dağıdılıb.
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Görüntülərdə yük maşınının köməyi ilə azərbaycanlılara məxsus məzar daşları dağıdılır.