Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Şagirdlərin yerdəyişməsinə başlanılıb

© Sputnik / Murad OrujovMəktəbdə dərs prosesi, arxiv şəkli
Məktəbdə dərs prosesi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 17.10.2022
Abunə olmaq
Şagirdlərin elektron yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.
BAKI, 17 oktyabr — Sputnik. Bu gündən ümumtəhsil məktəblərində şagirdlərin elektron yerdəyişməsi prosesinə yenidən start verilib. Proses www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.
Bu barədə Elm və Təhsil Nazirliyindən xəbər verilib.
Qeyd edək ki, sentyabrın 5-də şagirdlərin yerdəyişməsi prosesi müvəqqəti olaraq dayandırılmışdı.
Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir.
Müxtəlif səbəblərdən X siniflərə qeydiyyat üçün gecikən şagirdlər də 17-31 oktyabrda ümumi təhsil müəssisələrinə qəbul üçün müraciət edə bilərlər.
Qəbul şagird yerdəyişməsi elektron sistemi üzərindən həyata keçirilir.
Xəbər lenti
0