DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Rusiya və Pakistan yüklərin İran və Azərbaycan üzərindən tranzit imkanlarını araşdırırlar

© Sputnik / Ilham MustafaAzərbaycan-Gürcüstan sərhədində TIR parkları doub
Azərbaycan-Gürcüstan sərhədində TIR parkları doub - Sputnik Azərbaycan, 1920, 17.10.2022
Abunə olmaq
Hazırda Rusiya və Pakistan tranzit yükləri Əfqanıstan ərazisindən keçirirlər
BAKI, 17 oktyabr — Sputnik. Rusiya və Pakistan malların tranziti üçün İran və Azərbaycan ərazisindən istifadə imkanlarını öyrənməyi planlaşdırırlar. Bunu TASS-a müsahibəsində Pakistanın Moskvadakı səfiri Şəfqət Əli Xan söyləyib.
Onun sözlərinə görə, Pakistandan mallar İrana, daha sonra Xəzər dənizi ilə Azərbaycana, oradan isə Rusiya ərazisinə çatdırılacaq.
"Mən indicə öyrəndim ki, bəzi hallarda kiçik həcmdə ticarət də Çin vasitəsilə gedirmiş. Tez xarab olmayan mallar Çin limanlarına, oradan da Moskvaya göndərilirdi", - deyə diplomat bildirib.
Xan qeyd edib ki, Rusiya və Pakistan yüklərin tranzitini Əfqanıstan ərazisindən həyata keçirirlər.
"Yeri gəlmişkən, bir vacib məsələni söyləyə bilərəm - ilk dəfədir ki, əhəmiyyətli ticarət həcmi Əfqanıstan ərazisindən keçir", - deyə o vurğulayıb.
Onun sözlərinə görə, malların daşınması çətinləşdiyinə görə bu gün bir çox pakistanlı təchizatçılar mallarını Əfqanıstandan yük maşını ilə göndərirlər.
"Bu mallar sonra Mərkəzi Asiyaya daxil olur, Avrasiya İqtisadi İttifaqında, məsələn, Qazaxıstan və ya Qırğızıstanda gömrük rəsmiləşdirilməsindən keçir və sonra Moskvaya gedirlər. Bütün proses 25-35 gün çəkir. Bu, uğurla işləyir. Rusiyadan yüklərin bir hissəsi də bu marşrutla Pakistana göndərilir", - deyə səfir əlavə edib.
Xəbər lenti
0