https://sputnik.az/20221017/ran-ordusu-araz-cayi-sahillerinde-herbi-telime-baslayib-447544264.html
İran ordusu Araz çayı sahillərində hərbi təlimə başlayıb
İran ordusu Araz çayı sahillərində hərbi təlimə başlayıb
Sputnik Azərbaycan
Bu barədə SEPAH-ın quru qoşunlarının komandanı general Məhəmməd Pakpur məlumat verib. 17.10.2022, Sputnik Azərbaycan
2022-10-17T14:38+0400
2022-10-17T14:38+0400
2022-10-17T14:38+0400
iran
hərbi
azərbaycan
sərhəd
təlim
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/01/433721727_0:250:2400:1600_1920x0_80_0_0_da66c1aac7502d72b23914f7451e4ac7.jpg
BAKI, 17 oktyabr — Sputnik. Bu gün səhər İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ölkənin Şərqi Azərbaycan və Ərdəbil vilayətlərindən keçən Araz çayı sahillərində hərbi təlimlərə başlayıb.AZƏRTAC xəbər verir ki, bu barədə SEPAH-ın quru qoşunlarının komandanı general Məhəmməd Pakpur məlumat verib. O bildirib ki, hərbi təlimləri SEPAH-ın "Aşura" qərargahı keçirir. Təlimlər 3 gün davam edəcək. Təlimlərdə üzən körpü quraşdıracaq şəxsi heyətin və hərbi avadanlıqların su hövzəsindən keçirilməsi məşq ediləcək.Xatırladaq ki, 15 oktyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub.Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.Nazirlər iki dövlətin liderlərinin Astanada baş tutmuş görüşünün davamı olaraq bir sıra məsələlər, o cümlədən ikitərəfli gündəliyin aktual mövzuları üzrə fikir mübadiləsi aparıblar.Tərəflər, həmçinin regionda mövcud olan cari vəziyyəti müzakirə ediblər.Telefon danışığı zamanı beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, habelə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/01/433721727_267:0:2400:1600_1920x0_80_0_0_3240f83a7340e3eb2e22726e97d37ef3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
iran, azərbaycan, sərhəd, təlim
iran, azərbaycan, sərhəd, təlim
İran ordusu Araz çayı sahillərində hərbi təlimə başlayıb
Bu barədə SEPAH-ın quru qoşunlarının komandanı general Məhəmməd Pakpur məlumat verib.
BAKI, 17 oktyabr — Sputnik. Bu gün səhər İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ölkənin Şərqi Azərbaycan və Ərdəbil vilayətlərindən keçən Araz çayı sahillərində hərbi təlimlərə başlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə SEPAH-ın quru qoşunlarının komandanı general Məhəmməd Pakpur məlumat verib. O bildirib ki, hərbi təlimləri SEPAH-ın "Aşura" qərargahı keçirir. Təlimlər 3 gün davam edəcək. Təlimlərdə üzən körpü quraşdıracaq şəxsi heyətin və hərbi avadanlıqların su hövzəsindən keçirilməsi məşq ediləcək.
Xatırladaq ki, 15 oktyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Nazirlər iki dövlətin liderlərinin Astanada baş tutmuş görüşünün davamı olaraq bir sıra məsələlər, o cümlədən ikitərəfli gündəliyin aktual mövzuları üzrə fikir mübadiləsi aparıblar.
Tərəflər, həmçinin regionda mövcud olan cari vəziyyəti müzakirə ediblər.
Telefon danışığı zamanı beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, habelə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.