Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Poliklinikalarda qripə qarşı peyvənd qəhətə çəkilib - Araşdırma

© AFP 2024 / CHAIDEER MAHYUDDINTibbi işçısı peyvənd vurur
Tibbi işçısı peyvənd vurur - Sputnik Azərbaycan, 1920, 17.10.2022
Abunə olmaq
Ötən il respublikada qripə yoluxma ilə bağlı cəmi üç fakt laboratoriyada təsdiqlənib. Yoluxanlardan biri Bakı, digərləri isə Gəncə və Ucar sakinləridir.
BAKI, 17 oktyabr — Sputnik. Havalar soyuyan kimi metroda, avtobusda, eləcə də, digər ictimai yerlərdə tez-tez qrip əlamətləri olan insanlara rast gəlinir. Qarşıdan qış mövsümünün gəlməsi respirator xəstəliklərin, qrip virusunun yayılmasına münbit şərait yaradır. Koronavirus yayıldıqdan sonra qrip virusları bir qədər arxa plana keçsə də, xəstələr arasında hələ də qripə yoluxanlara rast gəlinir. Hazırda koronavirusa qarşı vaksinasiya davam edir. Lakin bundan əvvəl insanlar mövsümi qripə qarşı da peyvənd olunurdular. Bəs görəsən hazırda ölkəmizdə qripə qarşı peyvəndləmə aparılırmı?
Polikilinikalarda qripə qarşı vaksinasiya dayandırılıb?
Elə bu sualla əvvəlcə uşaq polikilinikalarına müraciət etdik. Paytaxtdakı 20 saylı Uşaq Poliklinikasından Sputnik Azərbaycan-a bildirdilər ki, qripə qarşı vaksinlərin istifadə müddəti başa çatıb. Ona görə də müraciət edən valideynlərə tövsiyə edilir ki, oktyabrın sonunda təkrar müraciət etsinlər. Bakının 15 saylı Uşaq Poliklinikasından da qripə qarşı peyvəndin istifadə müddətinin başa çatdığını söylədilər. Əlaqə saxladığımız digər uşaq poliklinikalarından da təxminən eyni cavab aldıq:

"Qripə qarşı peyvəndlərin istifadə müddəti başa çatıb, yeniləri isə hələ ki, gəlməyib".

Yaşı 18-dən yuxarı olan əhaliyə tibbi xidmət göstərən poliklinikalarda da vəziyyət eynidir. Belə ki, Bakının 27 saylı Şəhər Poliklinikasından Sputnik Azərbaycan-a bildirdilər ki, qripə qarşı vaksin yeni qurtarıb. Paytaxtın 25 saylı Şəhər Poliklinikasından isə dedilər ki, qripə qarşı peyvənd hazırda yoxdur.
© AFP 2024 / PHILIPPE DESMAZESMəktəbliyə peyvənd vurulur
Вакцинация подростка от коронавируса, фото из архива - Sputnik Azərbaycan, 1920, 17.10.2022
Məktəbliyə peyvənd vurulur
S.M.Əfəndiyev adına 2 saylı Şəhər Poliklinikasından bildirildi ki, qripə qarşı peyvənd qurtarıb, oktyabrın sonunda olacaq.
4 saylı Şəhər Poliklinikasından da bildirdilər ki, hazırda müəssisədə qripə qarşı peydənd yoxdur.
Apardığımız araşdırma zamanı məlum oldu ki, ölkəmizdə hazırda heç bir dövlət tibb müəssisəsində qripə qarşı peyvənd vurdurmaq mümkün deyil.
Özəl klinikalarda qripə qarşı vaksin vurulurmu?
Məlumat üçün bildirək ki, nazirin ötən il imzaladığı əmrə əsasən ambulator-poliklinik xidməti göstərən özəl tibb müəssisələrinin rəhbərlərinə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) prekvalifikasiyasından keçmiş qripə qarşı vaksinlərin alınması və ölkə əhalisinin digər kateqoriyalarına ödənişli əsaslarla vurulması tövsiyə edilir.
Sputnik Azərbaycan-ın apardığı araşdırma zamanı məlum oldu ki, Azərbaycanda özəl klinikaların da çoxu qripə qarşı peyvəndləmə aparmır. Özəl klinikalardan bildirdilər ki, qripə qarşı peyvənd oktyabr ayının sonunda gətiriləcək.
© Sputnik / Murad OrujovTibbi işçısı qadına peyvənd vurur
Вакцинация от коронавируса в Азербайджане - Sputnik Azərbaycan, 1920, 17.10.2022
Tibbi işçısı qadına peyvənd vurur
"Baku Medical Plaza"dan Sputnik Azərbaycan-a verilə məlumata görə, qripə qarşı əsasən Fransa istehsalı olan "Vaksi-qrip" peyvəndindən istifadə edilir. Ötən il bu peyvəndin qiyməti 70 manat olsa da, bu il, hələ ki, qiymətin nə qədər olacağı bəlli deyil.
Bundan əlavə əlaqə saxladığımız özəl klinikalardan qeyd etdilər ki, hər bir şəxsin qripə qarşı peyvənd olunması mümkündür. Kimsə öz səhhətindən şübhələnirsə, vaksin etdirməzdən əvvəl infeksionistə müraciət etməli, allergiyasının olub-olmadığını yoxlatdırmalıdır.
Mütəxəssis peyvəndin sentyabr ayında vurulmasını tövsiyyə edir, amma...
Mütəxəssislər isə qripə qarşı vaksinin sentyabr ayından vurulmasını tövsiyə edirlər. Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və Sanitar-Epidemioloji Nəzarət Şöbəsinin müdiri Nəzifə Mürsəlova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qripə qarşı peyvəndin sentyabr ayının əvvəlində vurulması tövsiyə edilir. Onun sözlərinə görə, qrip viruslarından daha çox əziyyət çəkənlər azyaşlı uşaqlar və yaşlılardır. Ona görə də əhalinin bu təbəqəsinin vaksinasiyası xüsusi olaraq əhəmiyyətlidir. N.Mürsəlova onu da qeyd edib ki, təhsil ilinin başlanmazdan öncə qripə qarşı vaksinasiya olarsa daha yaxşı olar.
© AFP 2024 / OLI SCARFFTibbi işçısı qadına peyvənd vurur
Вакцинация от коронавируса, фото из архива - Sputnik Azərbaycan, 1920, 17.10.2022
Tibbi işçısı qadına peyvənd vurur
Onun sözlərinə görə, qripin bir sıra növləri olsa da, onlardan xüsusilə biri epidemiyaya və pandemiyaya səbəb ola bilir. Bu, qripin "A" ştammıdır:

"Biz bunu qrip adlandırsaq da, törədicisi influenza virusudur. Bu virusa yoluxmanın yüngül tərəfi ondadır ki, onun qarşısını almaq üçün peyvəndlər var. Bunlar RNT tərkibli viruslardır və mutasiyaya uğrayırlar. Bu səbəbdən yeni vaksinlər istehsal olunur. Həmin vaksinlər daha çox yayılmış ştammlara qarşı hazırlanır. Hər kəsi qripə qarşı vaksin olunmağa dəvət edirəm".

Həmsöhbətimiz onu da deyir ki, bəzi insanlar koronavirus olduğu müddətdə qripə qarşı vaksin vurdurmağı lazımsız hesab edirlər, lakin bu heç də belə deyil. Çünki, insan COVİD-ə qriplə paralel yoluxarsa, xəstəlik daha ağır keçir. Onun sözlərinə görə, hər kəs peyvənd olunmalı olsa da, xüsusilə ürək qüsuru, xroniki ağciyər xəstəliyi, şəkəri və təyziqi olanlara qrip peyvəndinin vurulması tövsiyə edilir.
N.Mürsəlova qeyd edir ki, mövsümi qripə qarşı vaksinasiya həm uşaqlar, həmçinin də böyüklər üçün nəzərdə tutulub.
Şöbə müdiri bildirir ki, qripə qarşı ölkəmizə gətirilən peyvəndlərin keyfiyyəti şübhə yarada bilməz. Onun sözlərinə görə, influenza virusları mövsümi qripin ən ağır xəstəlik törədənidir:

"Bizim istifadə etdiyimiz qripə qarşı peyvəndlər də influenza virusuna qarşı hazırlanır".

© AP Photo / Ted S. WarrenTibbi işçısı məktəbli qıza peyvənd vurur
Вакцинация ребенка от коронавируса, фото из архива - Sputnik Azərbaycan, 1920, 17.10.2022
Tibbi işçısı məktəbli qıza peyvənd vurur
Azərbaycanda qripə yoluxma və ölüm göstəricisi
Azərbaycanda əhalinin çox hissəsi qripə təhlükəli xəstəlik kimi yanaşmasa da, hər il xeyli sayda insan qripə yoluxur. Hətta bu xəstəlik ağırlaşaraq ölümə belə səbəb ola bilər.
Dövlət Statistika Komitəsinin məlumatlarına görə, 18 yaşadək əhalinin xəstəlik siniflərinə görə xəstələnməsi statistikasında 2020-ci ildə qrip və yuxarı tənəffüs yollarının kəskin infeksiyasına yoluxma sayı 7601 nəfər təşkil edib. Apardığımız araşdırmaya görə, koronavirus yayılanadək əhali arasında qrip infeksiyasına yoluxma sayı daha çox olub. Belə ki, 2019-cu ildə bu rəqəm 13504, 2018-ci ildə isə 13 182 təşkil edib. Əhalinin hər 100 nəfərinə qrip və yuxarı tənəffüs yollarının kəskin infeksiyasına yoluxma 2020-ci ildə 2 297,4, 2019-cu ildə 3 404,0, 2018-ci ildə isə 3 538,7 təşkil edib. Əhalinin bəzi infeksion və parazitar xəstəliklərdən ölüm göstəricisi isə 2020-ci ildə 75647 nəfər təşkil edib. 2019-cu ildə bu rəqəm 55916, 2018-ci ildə isə 5250 olub.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən (RGEM) Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirildi 2021-ci ilin dekabr ayında respublika üzrə 63 min doza qrip vaksini alınıb:

"Bundan 48 min 475 nəfər peyvənd olunub. Yerdə qalan vaksinlərin istifadə müddəti başa çatdığından geri qaytarılıb. Hal-hazırda vaksin yoxdur. Gətirildikdə yenidən əhalinin qripə qarşı pulsuz vaksinasiyası aparılacaq".

RGEM-dən onu da birldiriblər ki, ötən il respublikada qripə yoluxma ilə bağlı cəmi üç fakt laboratoriyada təsdiqlənib. Qripə yoluxanlardan biri Bakının Binəqədi rayonu, digərləri isə Gəncə və Ucarda qeydə alınıb. Həmin şəxslərdən ikisi 5-13 yaşlı şəxslərdir. Digər 1 nəfər isə böyük yaşlı əhali qrupuna aiddir.
© AFP 2024 / JACK GUEZTibbi işçısı məktəbliyə peyvənd vurur
Мальчик получает дозу вакцины от коронавируса, фото из архива - Sputnik Azərbaycan, 1920, 17.10.2022
Tibbi işçısı məktəbliyə peyvənd vurur
Müqayisə üçün bildirək ki, "Rospotrebnadzor"un saytının verdiyi məlumata görə, qonşu Rusiyada 2021-ci il payız-qış mövsümündə 65 milyondan çox rusiyalı və ya ölkə əhalisinin 44,5%-i qripə qarşı peyvənd olunub. Türkiyədə isə qripə qarşı peyvəndlənmə ailə həkiminin göndərişi ilə baş tutur.
Sputnik Azərbaycan-ın Səhiyyə Nazirliyinə ünvanladığı sorğuya verilən cavabda bildirlib ki, nazir hər il qripə qarşı vaksinasiya barədə əmr imzalayır.
"Qeyd edək ki, Səhiyyə naziri Teymur Musayev bu gün “2022-2023-cü ilin payız-qış mövsümünün başlaması ilə əlaqədar əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əksepidemik tədbirlərin, həmçinin infeksiya üzərində epidemioloji gücləndirilməsi məqsədilə” əmr imzalayıb.
Payız-qış mövsümünün başlanması ilə əlaqədar əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əksepidemik tədbirlərin, həmçinin infeksiya üzərində epidemioloji monitorinqin gücləndirilməsi məqsədilə Səhiyyə Nazirliyinin tibb idarə və müəssisələrinin rəhbərlərinə müvafiq tapşırıqlar, eləcə də digər dövlət tibb müəssisələrinə tövsiyələr verilib.
Respublikanın bütün şəhər və rayonlarında müəyyən olunmuş əhali qrupları arasında qrip əleyhinə vaksinasiya tədbirləri 2022-ci ilin oktyabrın 10-dən başlayaraq bir ay ərzində həyata keçirilməsi eləcə də əhali arasında qrip və kəskin respirator virus xəstəliklərinin profilaktikası məqsədilə sanitariya-maarifi işinin aparılması, ümumtəhsil və məktəbəqədər uşaq müəssisələrində tibbi müşahidələr aparılmasının təşkili, qripə şübhəli xəstələrin, xüsusən uşaqlar və yaşlı əhalinin hospitalizasiyasının təmini, zəruri hallarda tibb müəssisələrində məhdudlaşdırıcı rejimin tətbiqi, tibb personalının fərdi qoruyucu vasitələrdən istifadə edilməsinin təmini göstərişləri əmrdə əks olunub.
© AP Photo / Lynne SladkyTibbi işçısı qadına peyvənd vurur
Медицинский работник получает дозу вакцины Pfizer от COVID-19 - Sputnik Azərbaycan, 1920, 17.10.2022
Tibbi işçısı qadına peyvənd vurur
Əmrə görə, müəyyən olunmuş əhali qrupları üzrə peyvəndə cəlb olunacaq şəxslərin və xidmət göstərdikləri ərazilərdə vaksinasiya tədbirləri aparılacaq ambulator-poliklinik müəssisələrin siyahıları hazırlanır. Vaksinasiya tədbirləri həyata keçiriləcək ambulator-poliklinik müəssisələrdə həkim-terapevt, orta tibb işçisi (vaksinator) və tibb qeydiyyatçısından ibarət briqadalar təşkil edilir. Peyvənd aparılacaq tibb məntəqələrində peyvənd otaqları ayrılır və hər biri, o cümlədən tədbirdə iştirak edəcək peyvənd briqadaları termoçantalarla və peyvənd zamanı ilkin tibbi yardım tələb olunarsa dərman preparatları dəsti ilə təchiz edilir.
Peyvənddən sonra xoşagəlməz reaksiya və ya ağırlaşmalar qeyd edilərsə, bu barədə məlumatın operativ şəkildə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə verilməsi təmin edilir. Qrip və kəskin respirator virus infeksiyalarının profilaktikası məqsədilə təhsil müəssisələrində tibbi müşahidələr gücləndirilir. Kəskin qrip əlamətləri olan xəstələrin, xüsusən uşaqların və yaşlı əhalinin hospitalizasiyası təmin edilir. Zəruri hallarda tibb müəssisələrində məhdudlaşdırıcı rejimin tətbiq edilməsi, tibb personalının fərdi mühafizə vasitələrindən istifadə etməsi təmin olunur. Tibb müəssisələrində sanitariya-gigiyena və əks-epidemik tədbirlərin gücləndirilməsi üzrə tədbirlər həyata keçirilir. Ağır kəskin respirator xəstəlik halları barədə məlumat dərhal ərazi gigiyena və epidemiologiya mərkəzlərinə verilir və şübhəli xəstələrdən götürülmüş nümunələr Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə çatdırılır.
Qripə qarşı peyvəndləmə pulsuzdur!
Nazirlikdən bildilib ki, qripə qarşı peyvəndin vurulması ayrılmış dövlət tibb müəssisələrində pulsuz aparılır. Qripə qarşı vaksinasiyada yaş məhdudiyyəti qoyulmur. Həmçinin qripə qarşı peyvənd ildə bir dəfə vurulur. Qripə qarşı hansı peyvəndin vurulduğuna gəldikdə, Nazirlikdən bildirdilər ki, vaksinlər keyfiyyət baxımından ÜST-ün prekvalikasiyasından keçən preparatlar olur. Nazirlikdən onu da bildiriblər ki, əmrə əsasən qrip və kəskin respirator virus xəstəliklərinin müalicəsi üçün dərman preparatlarının ehtiyatının yaradılması təmin edilir.
Xəbər lenti
0