CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ötən həftə üç yüzədək partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidANAMA əməkdaşı Qarabağda əraziləri minalardan təmzləyir
ANAMA əməkdaşı Qarabağda əraziləri minalardan təmzləyir  - Sputnik Azərbaycan, 1920, 17.10.2022
Abunə olmaq
Ötən həftə beş yüz hektaradək ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib
BAKI, 17 oktyabr — Sputnik. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları barədə həftəlik məlumatı açıqlayıb.
ANAMA-dan verilən məlumata görə, oktyabrın 10-dan 15-dək Tərtər, Ağdam, Şuşa, Xocavənd, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 33, tank əleyhinə 111 mina və 271 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Həftə ərzində 435 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.
ANAMA-nın oktyabrın 4-də açıqladığı məlumata görə, Daşkəsən rayonu ərazisində erməni diversiya qruplarının basdırdığı Ermənistanda istehsal edilmiş 452 ədəd Э-001 М tipli piyada əleyhinə mina mühəndis-istehkamçılarımız tərəfindən aşkar edilərək təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.
Xəbər lenti
0