https://sputnik.az/20221017/hirkan-milli-parkinda-agaclari-kutlevi-sekilde-kesen-deste-uzvleri-saxlanilib---vdeo-447531506.html
“Hirkan” Milli Parkında ağacları kütləvi şəkildə kəsən dəstə üzvləri saxlanılıb - VİDEO
“Hirkan” Milli Parkında ağacları kütləvi şəkildə kəsən dəstə üzvləri saxlanılıb - VİDEO
Sputnik Azərbaycan
Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri aparılır. 17.10.2022, Sputnik Azərbaycan
2022-10-17T10:54+0400
2022-10-17T10:54+0400
2022-10-17T10:54+0400
hirkan milli parkı
cəmiyyət
ağacların kəsilməsi
cinayət
https://cdnn1.img.sputnik.az/img/42142/87/421428755_0:69:2001:1194_1920x0_80_0_0_f4050a19e4d8c90b6b895a6819b41040.jpg
BAKI, 17 oktyabr — Sputnik. Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin mütəxəssislərinin iştirakı ilə ölkə ərazisində meşə massivlərində ağacların qanunsuz olaraq kəsilməsi və emal edilməsi ilə məşğul olan daha bir mütəşəkkil dəstənin üzvlərinin saxlanılması istiqamətində əməliyyat keçiriblər.DİN-in mətbuat xidmətindən bildiriblər ki, Baş İdarəyə ölkənin cənub rayonlarında yerləşən meşə massivlərində, eləcə də "Hirkan" Milli Parkı ərazisində ağacların kütləvi olaraq qırılması barədə əməliyyat məlumatları daxil olub. Həmin məlumatlar Baş İdarədə nəzarətə götürülüb və araşdırılıb. Nəticədə qeyd olunan ərazilərdə fıstıq, ağcaqayın, qızılağac və s. ağacların kəsildiyi müəyyənləşdirilib.Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin ağacların kəsilməsi ilə məşğul olan mütəşəkkil dəstənin başçıları Anar İbrahimov, Ramin Qafarov, Rasif Ağayev, həmçinin onlar tərəfindən ağacların kəsilməsinə cəlb edilən Alim Əliyev, Emin Sadıxov, Rahim Rəhimov, Niyaməddin Nəbiyev və Ramin İbadov müəyyənləşdirilərək saxlanılıblar. Dəstə üzvlərinin qanunsuz əməlləri, onların ağacları kəsməsi və satması təkzibedilməz sübuta yetirilib.Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxslər ağacları kəsərək emal edəndən sonra satışını həyata keçiriblər. Dəstə üzvlərinin qanunsuz olaraq ağac emalı sexlərinə satdıqları oduncaqlar, eləcə də digər maddi sübutlar onlara məxsus anbarlardan aşkarlanaraq götürülüb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssislərinin rəyi əsasında müəyyən olunub ki, dəstə üzvləri tərəfindən kəsilən ağaclar yaş halda olub və nəticədə meşə massivlərinə külli miqdarda ziyan vurulub.Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri aparılır. Ağacların kəsilməsi və emalında iştirak edən dəstənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir."Hirkan" Milli ParkıXatırladaq ki, "Hirkan" Milli Parkı ətraf mühitin mühafizəsi, ondan səmərəli istifadə edilməsi və nəsli kəsilməkdə olan nadir bitki və heyvan növlərinin (Dəmirağacı, Hirkan şimşadı, şabalıdyarpaq palıd, Hirkan ənciri, Xəzər lələyi, Hirkan bigəvəri və İpək akasiya, bəbir, xallı maral, cüyür, Talış qırqovulu, Hirkan arıquşu, qara leylək, berkut və s.) qorunub saxlanılması və ekoturizmin inkişaf etdirilməsi məqsədilə «Hirkan Milli Parkının yaradılması haqqında » Azərbaycan Prezidentinin 2004-cü il 9 fevral tarixli 81 nömrəli Sərəncamı ilə Lənkəran və Astara rayonlarının inzibati ərazilərində yaradılıb.Milli Park xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin və obyektlərinin yerləşdiyi, təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarəsi statusuna malik ərazidir.Milli Parkın yaradılmasının məqsədləri aşağıdakılardır:
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42142/87/421428755_86:0:1863:1333_1920x0_80_0_0_b9feee553ee5572849db7f4ee01a54d8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
hirkan milli parkı, ağacların kəsilməsi, cinayət
hirkan milli parkı, ağacların kəsilməsi, cinayət
“Hirkan” Milli Parkında ağacları kütləvi şəkildə kəsən dəstə üzvləri saxlanılıb - VİDEO
Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri aparılır.
BAKI, 17 oktyabr — Sputnik. Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin mütəxəssislərinin iştirakı ilə ölkə ərazisində meşə massivlərində ağacların qanunsuz olaraq kəsilməsi və emal edilməsi ilə məşğul olan daha bir mütəşəkkil dəstənin üzvlərinin saxlanılması istiqamətində əməliyyat keçiriblər.
DİN-in mətbuat xidmətindən bildiriblər ki, Baş İdarəyə ölkənin cənub rayonlarında yerləşən meşə massivlərində, eləcə də "Hirkan" Milli Parkı ərazisində ağacların kütləvi olaraq qırılması barədə əməliyyat məlumatları daxil olub. Həmin məlumatlar Baş İdarədə nəzarətə götürülüb və araşdırılıb. Nəticədə qeyd olunan ərazilərdə fıstıq, ağcaqayın, qızılağac və s. ağacların kəsildiyi müəyyənləşdirilib.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin ağacların kəsilməsi ilə məşğul olan mütəşəkkil dəstənin başçıları Anar İbrahimov, Ramin Qafarov, Rasif Ağayev, həmçinin onlar tərəfindən ağacların kəsilməsinə cəlb edilən Alim Əliyev, Emin Sadıxov, Rahim Rəhimov, Niyaməddin Nəbiyev və Ramin İbadov müəyyənləşdirilərək saxlanılıblar. Dəstə üzvlərinin qanunsuz əməlləri, onların ağacları kəsməsi və satması təkzibedilməz sübuta yetirilib.
Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxslər ağacları kəsərək emal edəndən sonra satışını həyata keçiriblər. Dəstə üzvlərinin qanunsuz olaraq ağac emalı sexlərinə satdıqları oduncaqlar, eləcə də digər maddi sübutlar onlara məxsus anbarlardan aşkarlanaraq götürülüb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssislərinin rəyi əsasında müəyyən olunub ki, dəstə üzvləri tərəfindən kəsilən ağaclar yaş halda olub və nəticədə meşə massivlərinə külli miqdarda ziyan vurulub.
Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri aparılır. Ağacların kəsilməsi və emalında iştirak edən dəstənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Xatırladaq ki, "Hirkan" Milli Parkı ətraf mühitin mühafizəsi, ondan səmərəli istifadə edilməsi və nəsli kəsilməkdə olan nadir bitki və heyvan növlərinin (Dəmirağacı, Hirkan şimşadı, şabalıdyarpaq palıd, Hirkan ənciri, Xəzər lələyi, Hirkan bigəvəri və İpək akasiya, bəbir, xallı maral, cüyür, Talış qırqovulu, Hirkan arıquşu, qara leylək, berkut və s.) qorunub saxlanılması və ekoturizmin inkişaf etdirilməsi məqsədilə «Hirkan Milli Parkının yaradılması haqqında » Azərbaycan Prezidentinin 2004-cü il 9 fevral tarixli 81 nömrəli Sərəncamı ilə Lənkəran və Astara rayonlarının inzibati ərazilərində yaradılıb.
Milli Park xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin və obyektlərinin yerləşdiyi, təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarəsi statusuna malik ərazidir.
Milli Parkın yaradılmasının məqsədləri aşağıdakılardır:
təbiət komplekslərini, genetik fondu, bioloji müxtəlifliyi, nadir və etalon təbiət ərazilərini, tarix-mədəniyyət obyektlərini qoruyub saxlamaq;
turizm və istirahət (rekreasiya) üçün şərait yaratmaq;
təbiəti mühafizənin və ekoloji maarifçiliyin elmi metodlarını hazırlamaq və tətbiq etmək;
əhalini ekoloji maarifləndirmək;
ekoloji monitorinqi həyata keçirmək;
zədələnmiş təbiət, tarix-mədəniyyət komplekslərini və obyektlərini bərpa etmək.