Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Hansı ölkələr Eurovision 2023-də iştirakdan imtina edib

© Sem van der Wal / ANP / AFPAvroviziya-nın 4 metrlik 3D çaplı kuboku, arxiv şəkli
Avroviziya-nın 4 metrlik 3D çaplı kuboku, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 17.10.2022
Abunə olmaq
Bəzi dövlətlər beynəlxalq musiqi layihəsinə öz nümayəndələrini göndərməmək qərarına gəliblər.
BAKI, 17 oktyabr - Sputnik. Bəzi ölkələr Liverpulda keçiriləcək "Eurovision 2023" beynəlxalq mahnı müsabiqəsində iştirakdan imtina edib.
Bolqarıstan layihədə iştirak etmək istəmir, çünki müsabiqə artıq bu ölkə üçün maraq kəsb etmir.
Monteneqronun imtinası müsabiqə xərcləri ilə bağlıdır. Bundan əlavə, Monteneqronun RTCG yayım şirkəti xəbər verib ki, sponsorlar bu tədbirə investisiya qoymaq niyyətində deyillər.
Şimali Makedoniya imtinanın əsas səbəbi kimi iqtisadi və enerji böhranını, həmçinin yüksək xərcləri göstərib. Bundan əlavə, Bosniya və Herseqovina da maliyyə problemləri ilə üzləşib.
Bu günə kimi “Eurovision 2023”də 34 ölkə, o cümlədən gələn il müsabiqədə təmsilçisi müəyyənləşəcək Azərbaycan da iştirakını təsdiqləyib.
Qeyd edək ki, müsabiqənin birinci və ikinci yarımfinalları 9 və 11 may, final isə 2023-cü il mayın 13-də keçiriləcək.
Xəbər lenti
0