Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

COVID-19-un fəsadları ilə mübarizədə sahibkarlara dövlət dəstəyi

Abunə olmaq
Ölkə iqtisadiyyatının COVID-19 pandemiyasının nəticələrindən zərər çəkmiş sahələrində çalışan sahibkarlara kredit subsidiyaları verilib. Sahibkarlara nə qədər subsidiya verilməsi ilə bağlı məlumatlara Sputnik Azərbaycan-ın infoqrafikasında baxa bilərsiniz.
BAKI, 17 oktyabr — Sputnik. COVID-19-un sahibkarlar üçün fəsadları ilə mübarizə çərçivəsində 2020-ci ilin iyun ayından 2022-ci il sentyabrın 1-dək ümumilikdə 69,4 milyon manat məbləğində kredit subsidiyaları təsdiq edilib.
Ümumilikdə, sahibkarlardan 850,3 mln. manat məbləğində kredit zəmanəti ilə bağlı 5,023 min müraciət daxil olub.
İdarə rəisi qeyd edib ki, artıq 5 005 min müraciətə 65,9 milyon manat subsidiya verilib.
2020-ci ilin iyulunda Azərbaycan Nazirlər Kabineti sahibkarlara kreditlər üzrə faizlərin subsidiyalaşdırılması qaydalarını təsdiq edib, ancaq bu şərtlə ki, biznes pandemiyanın nəticələrindən zərər çəkən sahələrdə fəaliyyət göstərsin.
Qeyd edək ki, banklarla əlaqəli şəxslərə, biznesində dövlətin payı 50%-dən çox olan sahibkarlıq subyektlərinə zəmanət verilmir.
Xəbər lenti
0