https://sputnik.az/20221017/butun-telimler-sulh-meqsedi-dasiyir---sefir--447552312.html
Bütün təlimlər sülh məqsədi daşıyır - Səfir
Bütün təlimlər sülh məqsədi daşıyır - Səfir
Sputnik Azərbaycan
Diplomat bildirib ki, İran Azərbaycan və Ermənistana yanaşmasında öz strateji maraqları çərçivəsində hərəkət edir. 17.10.2022, Sputnik Azərbaycan
2022-10-17T16:51+0400
2022-10-17T16:51+0400
2022-10-17T16:51+0400
siyasət
iran
səfir
gəncə
təlim
https://cdnn1.img.sputnik.az/img/07e5/06/12/427251046_0:0:3072:1728_1920x0_80_0_0_431c47154742cc119a9a48f970b7b3c0.jpg
BAKI, 17 oktyabr - Sputnik. "Günahsız insanlara, diplomatik missiyalara qarşı törətdilmiş bütün terror hücumlarını qətiyyətlə qınayırıq". Bu sözləri oktyabrın 17-də Gəncəyə səfər zamanı İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi jurnalistlərə açıqlamasında deyib."Biz indi Gəncədəyik. Burada Ermənistan tərəfindən edilmiş terror hücumlarını da qınayırıq".İran səfiri ölkəsinin şimalında Azərbaycan sərhədləri yaxılığında keçirdiyi təlimlərə də münasibət bildirib.O qeyd edib ki, bütün təlimlər sülh məqsədi daşıyır və qardaş Azərbaycan dövləti bu barədə məlumatlandırılıb.Diplomat İranın Azərbaycan və Ermənistana yanaşmasında öz strateji maraqları çərçivəsində hərəkət etdiyini diqqətə çatdırıb.Qeyd edək ki, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Gəncə şəhərinə səfəri başlayıb. Səfər Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərində törədilmiş terror hadisələrinin qurbanlarının anım tədbirində iştirak etmək məqsədi daşıyır.Onu da qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi dünyanı Ermənistanı törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb etməyə çağırıb. Qeyd olunub ki, Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinin dinc mülki əhalinə qarşı iyrənc hücumundan 2 il ötür.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/12/427251046_242:0:2973:2048_1920x0_80_0_0_27298cd55544d771b4a738a4c0a25fb4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
iran, səfir, gəncə, təlim
iran, səfir, gəncə, təlim
Bütün təlimlər sülh məqsədi daşıyır - Səfir
Diplomat bildirib ki, İran Azərbaycan və Ermənistana yanaşmasında öz strateji maraqları çərçivəsində hərəkət edir.
BAKI, 17 oktyabr - Sputnik. "Günahsız insanlara, diplomatik missiyalara qarşı törətdilmiş bütün terror hücumlarını qətiyyətlə qınayırıq". Bu sözləri oktyabrın 17-də Gəncəyə səfər zamanı İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi jurnalistlərə açıqlamasında deyib.
"Biz indi Gəncədəyik. Burada Ermənistan tərəfindən edilmiş terror hücumlarını da qınayırıq".
İran səfiri ölkəsinin şimalında Azərbaycan sərhədləri yaxılığında keçirdiyi təlimlərə də münasibət bildirib.
O qeyd edib ki, bütün təlimlər sülh məqsədi daşıyır və qardaş Azərbaycan dövləti bu barədə məlumatlandırılıb.
Diplomat İranın Azərbaycan və Ermənistana yanaşmasında öz strateji maraqları çərçivəsində hərəkət etdiyini diqqətə çatdırıb.
Qeyd edək ki, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Gəncə şəhərinə səfəri başlayıb. Səfər Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərində törədilmiş terror hadisələrinin qurbanlarının anım tədbirində iştirak etmək məqsədi daşıyır.
Onu da qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi dünyanı Ermənistanı törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb etməyə çağırıb. Qeyd olunub ki, Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinin dinc mülki əhalinə qarşı iyrənc hücumundan 2 il ötür.