https://sputnik.az/20221017/azerbaycanda-akkredite-olunmus-diplomatik-korpusun-rehberleri-genceye-sefer-edibler-447548560.html
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun rəhbərləri Gəncəyə səfər ediblər
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun rəhbərləri Gəncəyə səfər ediblər
Sputnik Azərbaycan
Xarici diplomatların iştirakı ilə Gəncə terroru qurbanlarının anım tədbiri keçirilir. 17.10.2022, Sputnik Azərbaycan
2022-10-17T15:08+0400
2022-10-17T15:08+0400
2022-10-17T15:09+0400
azərbaycan
video
gəncə
terror
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/11/447548167_0:0:566:318_1920x0_80_0_0_ccc5ba51d0ac81b52d6529f712df125d.jpg
BAKI, 17 oktyabr — Sputnik. Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun rəhbərləri Gəncəyə səfər ediblər. Diplomatik korpusun rəhbərləri burada Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin raket hücumları nəticəsində həlak olmuş mülki şəxslərin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət ediblər.Abidə kompleksi önünə gül dəstələri düzülüb, raket zərbələri nəticəsində həlak olanların xatirəsini ehtiramla anıblar.Sonra xarici diplomatların iştirakı ilə Gəncə terroru qurbanlarının anım tədbiri keçirilir.Anım tədbirində diplomatlarla yanaşı, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Baş Prokurorluğun nümayəndələri, Gəncə şəhər İcra Hakimiyyətinin rəhbərliyi iştirak edir.Gəncə şəhər icra hakimiyyətinin rəhbəri Niyazi Bayramov bildirib ki, 2020-ci il Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri oldu. Azərbaycan Silahlı Qüvvələri Ali baş Komandanın rəhbərliyi altında 30 ilə yaxın davam edən erməni işğalına son qoydular. O bildirib ki, 44 günlük vətən müharibəsində Gəncə şəhəri ağır sınaqlarla üzləşib:"Gəncə şəhəri dəfələrlə raket atəşinə tutuldu. Gördüyünüz kimi raket zərbələri endirilmiş ərazilərdə hər hansı hərbi infrastruktur yerləşmir. Bu da Ermənistan tərəfinin bu cinayətləri qəsdən törətdiyini bir daha təsdiqləyir. Gəncəyə edilən hücumlar nəticəsində 26 dinc sakin həyatını itirib, 142 nəfər yaralanıb. Eyni zamanda bu hücumlar nəticəsində 3 mindən çox obyektə ziyan dəyib. Ermənistan tərəfi bu təcavüzkar hücumları ilə ölkəmizdə xaos yaratmaq istəyirdi".Xatırladaq ki, 2020-ci il oktyabrın 17-də gecə saatlarında Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə Ermənistan silahlı qüvvələrinin 5-ci raket hücumunun iki ili tamam olur. Bu hücum nəticəsində 15 nəfər həlak olub, 79 nəfər yaralanıb.Qeyd edək ki, 44 günlük müharibə dövründə Ermənistan cəbhədən aralıda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri, çoxsaylı tarixi və mədəni abidələri olan qədim Gəncəni 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriyadan atəşə tutub, nəticədə 10 qadın, 6 azyaşlı olmaqla 26 dinc sakin həlak olub, 32 azyaşlı olmaqla 175 nəfər yaralanıb.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/11/447548167_0:0:440:330_1920x0_80_0_0_636ec4f0766b95b4f9f602629669d0a8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
azərbaycan, видео, gəncə, terror
azərbaycan, видео, gəncə, terror
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun rəhbərləri Gəncəyə səfər ediblər
15:08 17.10.2022 (Yenilənib: 15:09 17.10.2022) Xarici diplomatların iştirakı ilə Gəncə terroru qurbanlarının anım tədbiri keçirilir.
BAKI, 17 oktyabr — Sputnik. Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun rəhbərləri Gəncəyə səfər ediblər. Diplomatik korpusun rəhbərləri burada Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin raket hücumları nəticəsində həlak olmuş mülki şəxslərin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət ediblər.
Abidə kompleksi önünə gül dəstələri düzülüb, raket zərbələri nəticəsində həlak olanların xatirəsini ehtiramla anıblar.
Sonra xarici diplomatların iştirakı ilə Gəncə terroru qurbanlarının anım tədbiri keçirilir.
Anım tədbirində diplomatlarla yanaşı, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Baş Prokurorluğun nümayəndələri, Gəncə şəhər İcra Hakimiyyətinin rəhbərliyi iştirak edir.
Gəncə şəhər icra hakimiyyətinin rəhbəri Niyazi Bayramov bildirib ki, 2020-ci il Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri oldu. Azərbaycan Silahlı Qüvvələri Ali baş Komandanın rəhbərliyi altında 30 ilə yaxın davam edən erməni işğalına son qoydular. O bildirib ki, 44 günlük vətən müharibəsində Gəncə şəhəri ağır sınaqlarla üzləşib:
"Gəncə şəhəri dəfələrlə raket atəşinə tutuldu. Gördüyünüz kimi raket zərbələri endirilmiş ərazilərdə hər hansı hərbi infrastruktur yerləşmir. Bu da Ermənistan tərəfinin bu cinayətləri qəsdən törətdiyini bir daha təsdiqləyir. Gəncəyə edilən hücumlar nəticəsində 26 dinc sakin həyatını itirib, 142 nəfər yaralanıb. Eyni zamanda bu hücumlar nəticəsində 3 mindən çox obyektə ziyan dəyib. Ermənistan tərəfi bu təcavüzkar hücumları ilə ölkəmizdə xaos yaratmaq istəyirdi".
Xatırladaq ki, 2020-ci il oktyabrın 17-də gecə saatlarında Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə Ermənistan silahlı qüvvələrinin 5-ci raket hücumunun iki ili tamam olur. Bu hücum nəticəsində 15 nəfər həlak olub, 79 nəfər yaralanıb.
Qeyd edək ki, 44 günlük müharibə dövründə Ermənistan cəbhədən aralıda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri, çoxsaylı tarixi və mədəni abidələri olan qədim Gəncəni 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriyadan atəşə tutub, nəticədə 10 qadın, 6 azyaşlı olmaqla 26 dinc sakin həlak olub, 32 azyaşlı olmaqla 175 nəfər yaralanıb.