Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Azərbaycan Vatikana səfir təyin edib

© Sputnik / Владимир Астапкович / Mediabanka keçidVatikan, arxiv şəkli
Vatikan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 17.10.2022
Abunə olmaq
Ötən il Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda səfirliyi təsis edilib.
BAKI, 17 oktyabr — Sputnik. İlqar Yusif oğlu Muxtarov Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Xatırladaq ki, ötən il Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda səfirliyinin təsis edilməsi haqqında" qanunu imzalayıb.
Qanuna əsasən Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda səfirliyi təsis edilib.
Bundan başqa, Prezident İlham Əliyev ötən il noyabrın 22-də Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda Səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında sərəncam imzalayıb.
Milli Məclis ötən ilin oktyabrın 29-da keçirilən iclasında “Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda səfirliyinin təsis edilməsi haqqında” qanun layihəsini səsə qoyaraq təsdiqləyib.
Milli Məclis sədrinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli bildirib ki, dini sahədə dünya siyasətinə böyük təsiri olan bir dövlətlə - Vatikanla diplomatik münasibətlərin səfirlər müstəvisində qurulması birmənalı şəkildə Azərbaycan dövlətinin və xalqının mənafeyinə xidmət edir.
Onu da bildirək ki, İlqar Yusif oğlu Muxtarov 1969-ci ildə, sentyabr ayının 29-da Bakıda anadan olub. O, əvvəlcə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində ərəb dili və tarixi üzrə təhsil alıb. Daha sonra təhsilini Beynəlxlaq hüquq ixtisası üzrə davam etdirib. 1996-1998-ci illərdə Xarici İşlər Nazirliyinin Avropa, ABŞ və Kanada şöbələrində çalışıb. 1998-2005-ci illərdə Azərbaycanın Amerikadakı səfirliyində işləyib. 2005-ci ildə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində birinci katib vəzifəsində çalışıb.
2006-cı ilin iyun ayından Azərbaycan Xarici İşlər Nazirliyinin Amerika şöbəsinin müdiri olub. 2007-ci ildən Azərbaycanın Amerikadakı Səfirliyinin siyasi məsələlər şöbəsində çalışıb. 2007-2009-cu illərdə Azərbaycanın Amerikadakı səfirliyinin müvəqqəti işlər vəkili olub. İlqar Muxtarov 14 aprel 2009-cu ildə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın Meksikadakı fövqaladə və səlahiyyətli səfir təyin edilib.
Həmin vaxt İ.Muxtarova Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri diplomatik rütbəsi verilib. İ.Muxtarov Azərbaycan səfiri kimi eyni zamanda Kosta Rika, Qvatemala, Kolumbiya, Panama və Peruda akkreditə olunub. 2012-ci il iyulun 7-də Prezidenti İlham Əliyev diplomatik xidmət orqanları əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb. Həmin sərəncamla İlqar Muxtarov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Xəbər lenti
0