https://sputnik.az/20221016/urek-dayananda-onun-berpasi-ucun-ne-etmeliyik-hekimlerin-tovsiyesi-447487199.html
Ürək dayananda onun bərpası üçün nə etməliyik? Həkimlərin tövsiyəsi
Ürək dayananda onun bərpası üçün nə etməliyik? Həkimlərin tövsiyəsi
Sputnik Azərbaycan
Bu gün Dünyada Ürəyin Fəaliyyətinin Yenidən Bərpası Günüdür. Həkimlər ürəyin yenidən döyünməsi üçün ilk hansı addımları atmaq lazım gəldiyini Sputnik... 16.10.2022, Sputnik Azərbaycan
2022-10-16T08:00+0400
2022-10-16T08:00+0400
2022-10-16T08:00+0400
ürək
səhiyyə
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/0e/447487045_0:0:1920:1080_1920x0_80_0_0_4ad6bf8d0f7909dc44e8369bd6b893a2.jpg
BAKI, 16 oktyabr — Sputnik. Bu gün Dünyada Ürəyin Fəaliyyətinin Yenidən Bərpası Günüdür.Ürəyin dayanması səbəbindən baş verən ölümlərin sayının azalmasına diqqət çəkmək üçün 2013-cü ildən etibarən hər ilin 16 oktyabrı Ürəyin Fəaliyyətinin Yenidən Bərpası Günü kimi qeyd olunur.Bu gün həm də "ürək masajı" günü kimi qeyd olunur. Aparılan araşdırmalar zamanı bəlli olub ki, ürək masajı vasitəsilə hər il 200 min insanın həyatını xilas etmək mümkündür.Bəs, qəfil ürək dayanması zamanı ilkin olaraq nələri etməliyik?Ürək cərrahı Elməddin Əliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ürəyin dayanması onun motor funksiyasının itməsidir. "Bizim ürəyimiz toxumalarımızı, beynimizi, qarın boşluğu orqanlarımızı, aşağı və yuxarı ətraf orqanlarımızı qanla, təmizlənmiş oksigen və qida maddələri ilə təmin edir. Ürəyin dayanması zamanı bütün bu fəaliyyətlər dayanır, geriyədönməz dəyişikliklər baş verə bilər. Bu dəyişikliklərin qarşısını almaq üçün ürəyin fəaliyyətinin dərhal bərpa edilməsinə başlamaq lazımdır".Həkim bildirir ki, belə vəziyyətdə insan şüurunu itirir, tənəffüs, nəbz dayanır, dəri səthi soyuyur. Xəstəni xəstəxanaya çatdırana qədər onun ürəyinin masajına başlamaq lazımdır: "Yəni, döş sümüyünün sol tərəfində - xəncərəbənzər çıxıntıya yaxın döş qəfəsi ilə onurğa arasında ürək sıxışdırılan tərzdə masaj olunur. Təxminən döş sümüyünün 2/3 hissəsi aşağı doğru basılır. Təxminən bir dəqiqədə yüzədək ürək masajı olunur. Hər 4-5 pressdən sonra bir dəfə nəfəs vermək lazımdır. Bu xəstələrdə təzyiq düşdüyü üçün mayelərlə təzyiqi qaldırmağa çalışmaq lazımdır".Həkimin sözlərinə görə, belə şəxslərdə ürəkdə ritm problemi olur ki, bu zaman da elektrokardioqramma monitorilizə olunur, ritmin bərpası üçün bəzi dərmanlardan, xüsusilə dopamin və adrenalin qrupuna daxil olan dərmanlardan istifadə olunur. Kardioloq Emin Hacıbalayev isə Sputnik Azərbaycan-a bildirib ki, qıcolmalar zamanı, nevrozdan qaynaqlanan müəyyən səbəblərlə əlaqədar ürək dayana bilər: "Belə olan halda müəyyən tibbi savadı olan şəxsin müdaxiləsi çox vacibdir. Bu zaman ilk olaraq ürək döyüntüsünə qulaq asmaq lazımdır. Ürək dayanarsa, həkimlər tərəfindən adrenalin vurulur, ürək ritminin bərpası üçün dərmanlar verilir. Lakin ilk olaraq şəxsin son durumu ilə bağlı düzgün məlumat toplanılmalıdır. Heç nə etməmək, gözləmək isə bu durumda ən səhv addımdır". E.Hacıbalayev bildirir ki, epilepsiya xəstələri daim üzərlərində spesifik dərmanlar gəzdirməlidirlər: "Hətta belə şəxslər üzərlərində bir məktub da saxlaya bilərlər ki, hər hansı hadisə baş verdikdə, lazımi nömrə ilə əlaqə saxlamaq mümkün olsun. Ürək xəstələrinin yanında isə qandurulducu dərmanlar olmalıdır".Bakıdakı sıxlıq ürəkgetmə hallarının artmasına təsir edirBakıdakı son vəziyyətdən danışan həkim bildirir ki, günün pik saatlarında ictimai nəqliyyatda sıxlıq müşahidə edildiyindən, oksigen çatışmazlığı yaranır: "Oksigen qıtlığı daha həssas şəxslərə pis təsir edir. Belə olan halda bədəndə oksigenin normal təminatı həyata keçirilməlidir. Ürəyi zəif olanlar günün pik saatlarında hərəkət etməməyə üstünlük verməlidirlər. İşlərini elə planlamalıdırlar ki, ictimai nəqliyyatda bashabasa düşməsinlər". Qeyd edək ki, bu gün insanlar öz şəxsi təcrübələri ilə bağlı hekayələri paylaşaraq örnək olmağa, maarifləndirmə səviyyəsini artırmağa çalışırlar.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/0e/447487045_211:0:1920:1282_1920x0_80_0_0_5dea12bf522022209a84060553bb773c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ürək
Ürək dayananda onun bərpası üçün nə etməliyik? Həkimlərin tövsiyəsi
Bu gün Dünyada Ürəyin Fəaliyyətinin Yenidən Bərpası Günüdür. Həkimlər ürəyin yenidən döyünməsi üçün ilk hansı addımları atmaq lazım gəldiyini Sputnik Azərbaycan-a açıqlayıblar.
BAKI, 16 oktyabr — Sputnik. Bu gün Dünyada Ürəyin Fəaliyyətinin Yenidən Bərpası Günüdür.
Ürəyin dayanması səbəbindən baş verən ölümlərin sayının azalmasına diqqət çəkmək üçün 2013-cü ildən etibarən hər ilin 16 oktyabrı Ürəyin Fəaliyyətinin Yenidən Bərpası Günü kimi qeyd olunur.
Bu gün həm də "ürək masajı" günü kimi qeyd olunur. Aparılan araşdırmalar zamanı bəlli olub ki, ürək masajı vasitəsilə hər il 200 min insanın həyatını xilas etmək mümkündür.
Bəs, qəfil ürək dayanması zamanı ilkin olaraq nələri etməliyik?
Ürək cərrahı Elməddin Əliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ürəyin dayanması onun motor funksiyasının itməsidir. "Bizim ürəyimiz toxumalarımızı, beynimizi, qarın boşluğu orqanlarımızı, aşağı və yuxarı ətraf orqanlarımızı qanla, təmizlənmiş oksigen və qida maddələri ilə təmin edir. Ürəyin dayanması zamanı bütün bu fəaliyyətlər dayanır, geriyədönməz dəyişikliklər baş verə bilər. Bu dəyişikliklərin qarşısını almaq üçün ürəyin fəaliyyətinin dərhal bərpa edilməsinə başlamaq lazımdır".
Həkim bildirir ki, belə vəziyyətdə insan şüurunu itirir, tənəffüs, nəbz dayanır, dəri səthi soyuyur. Xəstəni xəstəxanaya çatdırana qədər onun ürəyinin masajına başlamaq lazımdır:
"Yəni, döş sümüyünün sol tərəfində - xəncərəbənzər çıxıntıya yaxın döş qəfəsi ilə onurğa arasında ürək sıxışdırılan tərzdə masaj olunur. Təxminən döş sümüyünün 2/3 hissəsi aşağı doğru basılır. Təxminən bir dəqiqədə yüzədək ürək masajı olunur. Hər 4-5 pressdən sonra bir dəfə nəfəs vermək lazımdır. Bu xəstələrdə təzyiq düşdüyü üçün mayelərlə təzyiqi qaldırmağa çalışmaq lazımdır".
Həkimin sözlərinə görə, belə şəxslərdə ürəkdə ritm problemi olur ki, bu zaman da elektrokardioqramma monitorilizə olunur, ritmin bərpası üçün bəzi dərmanlardan, xüsusilə dopamin və adrenalin qrupuna daxil olan dərmanlardan istifadə olunur.
Kardioloq Emin Hacıbalayev isə Sputnik Azərbaycan-a bildirib ki, qıcolmalar zamanı, nevrozdan qaynaqlanan müəyyən səbəblərlə əlaqədar ürək dayana bilər:
"Belə olan halda müəyyən tibbi savadı olan şəxsin müdaxiləsi çox vacibdir. Bu zaman ilk olaraq ürək döyüntüsünə qulaq asmaq lazımdır. Ürək dayanarsa, həkimlər tərəfindən adrenalin vurulur, ürək ritminin bərpası üçün dərmanlar verilir. Lakin ilk olaraq şəxsin son durumu ilə bağlı düzgün məlumat toplanılmalıdır. Heç nə etməmək, gözləmək isə bu durumda ən səhv addımdır".
E.Hacıbalayev bildirir ki, epilepsiya xəstələri daim üzərlərində spesifik dərmanlar gəzdirməlidirlər: "Hətta belə şəxslər üzərlərində bir məktub da saxlaya bilərlər ki, hər hansı hadisə baş verdikdə, lazımi nömrə ilə əlaqə saxlamaq mümkün olsun. Ürək xəstələrinin yanında isə qandurulducu dərmanlar olmalıdır".
Bakıdakı sıxlıq ürəkgetmə hallarının artmasına təsir edir
Bakıdakı son vəziyyətdən danışan həkim bildirir ki, günün pik saatlarında ictimai nəqliyyatda sıxlıq müşahidə edildiyindən, oksigen çatışmazlığı yaranır:
"Oksigen qıtlığı daha həssas şəxslərə pis təsir edir. Belə olan halda bədəndə oksigenin normal təminatı həyata keçirilməlidir. Ürəyi zəif olanlar günün pik saatlarında hərəkət etməməyə üstünlük verməlidirlər. İşlərini elə planlamalıdırlar ki, ictimai nəqliyyatda bashabasa düşməsinlər".
Qeyd edək ki, bu gün insanlar öz şəxsi təcrübələri ilə bağlı hekayələri paylaşaraq örnək olmağa, maarifləndirmə səviyyəsini artırmağa çalışırlar.