Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Ömrünün 44 ilini mozaika sənətinə həsr edən sənətkar

© Photo : courtesy of Amirxan MammadvaliyevƏmirxan Məmmədvəliyevin əl işi
Əmirxan Məmmədvəliyevin əl işi - Sputnik Azərbaycan, 1920, 16.10.2022
Abunə olmaq
Ömrünün ən gözəl illərini Bakı və bölgələrimizin gözəlləşməsinə vəsilə olan Əmirxan Məmmədvəliyev mozaika sənətinin zamanla unudulduğunu deyir
BAKI, 16 oktyabr — Sputnik. Əmirxan Məmmədvəliyev 71 illik ömrünün böyük bir hissəsini mozaika sənətinə həsr edib. 44 il bu sənətdə külüng vuran sənətkarın əl işləri təkcə paytaxt Bakını yox, bölgələri də bəzəyib. Təəssüf ki, müəyyən səbəblərdən sənətkarın əl işlərinin çox az hissəsi qalıb. Sənətkar yaradıcılğından, mozaika sənətinin bugünki vəziyyyətdindən bəhs edərkən bildirdi ki, illərlə üzərində işlədiyi sənət yox olmaq üzrədir.
Unudulmaqda olan mozaika sənətindən ürəkağrısı ilə danışan sənətkar bildirir ki, Sovet dönəmindən sonra xarici ölkələrdən tikinti şirkətləri Azərbaycana gəldi. Köhnə binaların əksəriyyətini söküb, yerində müasir binalar tikdilər. O binalarla birlikdə mozaikalar da məhv oldu: "İndiki Heydər Əliyev prospektində ayaqqabı fabriki var idi. Onun qarşısında böyük mozaika yığmışdım, onu sökdülər. Onun yerinə saxta üzlük vurdular. Bakı Slavyan Universitetinin binasının fasadındakı mozaikanı misal çəkmək olar. Rektor təmir-bərpa adı ilə mozaikanı məhv etdi. Bundan başqa, Dəmiryol vağzalının arxasında turist mehmanxanası var idi, onun fasadında mozaika var idi. O da məhv oldu".
© Photo : courtesy of Amirxan MammadvaliyevƏmirxan Məmmədvəliyevin əl işi
Əmirxan Məmmədvəliyevin əl işləri - Sputnik Azərbaycan, 1920, 14.10.2022
Əmirxan Məmmədvəliyevin əl işi
İndiki gənc rəssamların, heykəltaraşların vəziyyətinə acıdığını söyləyən Əmirxan müəllim, Sovet dönəmin xiffətini çəkdiyini etiraf edir. Deyir ki, o dönəmlərdə dövlət rəssalara, heykəltaraşlara, mozaika ustalarına diqqət yetirilirdi. Hər tikiləcək binanın tərtibatı üçün vəsait ayrılırdı. İndi isə bu ənənə ləğv olunub. Tikinti şirkətləri ucuzluğa qaçırlar. Bunun da əziyyətini xalq çəkir: "Rəssamlar İttifaqının nəznində bədii yaradıcılıq kombinatı var idi. Əslində indi də var, amma sadəcə adı var. Lakin, Sovet dönəmində o kombinatda xeyli işçi var idi. Orada xeyli sayda rəssam, heykəltaraş işləyirdi. Mozaika, heykəllər, suvenirlər hazırlayırdıq. İşsiz bir günümüz olmurdu. İndiki gənc rəssamlara, heykəltaraşlara yazığım gəlir. Öz bacarıqlarını göstərmək üçün heç bir imkan yoxdur. Əvvəllər bir bina tikəndə tikintinin summasından tərtibatı üçün pul ayırırdılar".
Əmirxan müəllim işğaldan azad olunmuş bölgələrdə tikiləcək binaların fasadlarında mozaikanın qurulmasını arzulayır. Amma bu, onun sadəcə arzusudur, reallaşacağına inanmır: "1984-cü ildə Sibirdə Baykal-Amur Magiatralında Vulkan qəsəbəsi var idi. Orada stansiyanın, ticarət mərkəzinin, məktəbin, klubun içində mozaika yığdıq. Özü də maddi təminatını Azərbaycan ödəyirdi. İndi işğaldan azad olunmuş bölgələrdə "ağıllı kənd" lahiyəsi qururlar. Mən ölü, siz diri. Görün bir dəfə də olsun bir yerə mozaika quracaqlar? -Yox, etməyəcəklər. Yenə də ucuz, saxta materiallarla binalar ucaldıb, dövlətin pullarını havaya uçuracaqlar. Nə olar ki, hansısa məmurun cibinə gedən puldan birazını versinlər hansısa kasıb memara, rəssama. Onlar da biraz çörəkpulu qazansınlar. Həm də o bölgələrimiz göz oxşasın. Rəssamların, memarların tikib-qurduqları əsirlərlə qalır. Qoy gələcək nəsillərə də ötürülsün də".
© Photo : courtesy of Amirxan MammadvaliyevƏmirxan Məmmədvəliyevin əl işi
Əmirxan Məmmədvəliyevin əl işləri - Sputnik Azərbaycan, 1920, 14.10.2022
Əmirxan Məmmədvəliyevin əl işi
Bakını "boz şəhər" adlanıdıran müsahibimiz təəssüf hissi ilə qeyd edir ki, indi tərtibatı olan binaları da sökürlər, onu penoplasla əvəz etdilər. Ona görə də Bakı darıxdırcıdır. 2015-ci ilin 19 may tarixində Azadlıq prospektində baş verən dəhşətli yanğını xatırladan həmsöhbətimiz bildirir ki, tikinti şirkətlərinin məsuliyyətsizliyi və pula hərisliyi ucbatından xeyli insan məhv oldu. Di gəl ki, həmin faciə aidiyyatı qurumlara dərs olmadı: "Özümüzün gül kimi, daşımız, mərmərimiz var. Onlardan istifadə eləmirlər. Ucuz materiallarla xalqın evini yıxırlar. Neçə insan məhv oldu həmin hadislərdə. Fikir verin, vaxtaşırı hansısa yeni tikilidə yanğın baş verir. Səbəbi də odur ki, süni, ucuz materiallardan istifadə edirlər".
Mozaika sənətini gənc nəsilə öyrətmək üçün Əmirxan müəllimə təklif verilib. Sənətkar təklifi qəbul etsə də, layihə yarımçıq qalıb:
"Özəl şirkətlərdən biri Təhsil nazirliyinə təklif etmişdi ki, peşə məktəblərində mozaika ustaları yetişdirilsin. Məni də bu lahiyəyə dəvət etdilər. Mənə dedilər ki, açılsa, siz müəllim kimi şagirdlərə bu sənəti öyrədərsiniz. Mən də razılaşdım. Üstündən iki keçib, o layihədən səs-soraq yoxdur. Utanmadan mənə "təşəkkürnamə" diplomu da verdilər. Dedim "mənim nəyimə lazımdır bu diplom? Mən şagird yetişdirmək istəyirəm".
© Photo : courtesy of Amirxan MammadvaliyevƏmirxan Məmmədvəliyevin əl işi
Əmirxan Məmmədvəliyevin əl işləri - Sputnik Azərbaycan, 1920, 14.10.2022
Əmirxan Məmmədvəliyevin əl işi
Xarici ölklərdə, xüsusən də Meksikada mozaika sənətinə böyük dəyər verdiyini söyləyən həmsöhbətimiz, ölkəmizdə bunun əski ilə qarşılaşdığını vurğulayır: "Bizdə sökəni sökürlər, qalanı da toz içində itir batır. Hər dəfə Nəşriyyatın yanından keçəndə ürəyim ağrayır. 1972-ci ildə hazırlamışam. İlk işimdir. Toz içində itib. Bir dəfə də olsun yuyulmayıb. Axı onu adi bir su ilə yumaq üçün böyük bir maddiyyat tələb olunmur. "Amay" tərəfdə Nizaminin "Xəmsə"sini hazırlamışdım, o da pis vəziyyətdə idi. Dostum getdi onu təmir etdi. Amma bunu dostum Bəxtiyar etməməli idi, oranın İcra Hakimiyyəti etməli idi".
Ağdam çörək muzeyi və Ağdamın girəcəyində "Uzundərə" deyilən ərazidə, üzərində "Ağdam" yazısı olan mozaika da onun əl işlərindənir. Çörək muzeyinin üzərindəki mozaika qalsa da digəri müharibə dönəmində məhv olub: "Onu yerli-dibli uçurdublar. Mənim mozaikamın arxasında Xocalıda şəhid olanların tabutları yerləşdirmişdilər. O fotonu görəndə çox pis olmuşdum. Təəssüf ki, Ağdam işğaldan azad olunandan sonra gedə bilmədim. Çörək muzeyini görmək istəyərdim".
Ramana kəndində yaşayan sənətkar kəndinin şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün bir layihənin üzərində işləyir: "Kəndimizin meydanında bir divar var, orada istəyirəm Ramana qalasının mozaikasını yığım, yanında da kəndimizin şəhidlərinin portretlərini yaradım. İcra Hakimiyyəti razılıq versə, pul ayırsa, mən bu lahiyəni tamamlamaq istəyirəm. Həm də istəyirəm ki, məndən kəndimizə bir xatirə qalsın".
© Photo : courtesy of Amirxan MammadvaliyevƏmirxan Məmmədvəliyevin əl işi
Əmirxan Məmmədvəliyevin əl işləri - Sputnik Azərbaycan, 1920, 14.10.2022
Əmirxan Məmmədvəliyevin əl işi
Heydər Əliyevin bu peşə olan diqqətindən söz açan Əmirxan Məmmədvəliyev ümummilli liderlə olan görüşünü belə xatırlayır: "Biz Sibirdə olanda xəbər gəld ki, bəs H.Əliyev BAM-a (Baykal-Amur Magiatralı) gəlir və sizinlə görüşəcək. Bizə tapşırdılar ki, yalnız rus dilində danışmalısız. H.Əliyev gəldi, bizə öz dilimizdə salam verdi. O, hal-əhval tutandan sonra - "bu işlərdən Bakıda niyə hazırlamırsız? Bakıda da belə işlər görün",- dedi. Sonra başladı rusca danışmağa, vəziyyətimizlə maraqlandı.
BAM-da Azərbaycanın müxtəlif bölgələrindən olan azərbaycanlılar işləyirdi. Heydər Əliyev birdən belə bir söz dedi: " Burada işləyirsiz ola bilər ki, rus qızları ilə evlənəsiz. Ancaq uşaqlarınıza azərbaycanlı adları qoyun".
Qeyd edək ki, Əmirxan müəllimin son işi Milli Qəhrəman Polad Həşimovun portretidir. Sənətkar əli işini generalın ailəsinə bağışlayıb.
Xəbər lenti
0