https://sputnik.az/20221016/naftalan-neftinin-cixarilmasinda-mutereqqi-qazma-usullarindan-istifade-edilecek-447201236.html
Naftalan neftinin çıxarılmasında mütərəqqi qazma üsullarından istifadə ediləcək
Naftalan neftinin çıxarılmasında mütərəqqi qazma üsullarından istifadə ediləcək
Sputnik Azərbaycan
SOCAR-ın vitse-prezidentinin sözlərinə görə, ilk belə quyunun 2023-cü ildə 3500 metr dərinliyində qazılması planlaşdırılır. 16.10.2022, Sputnik Azərbaycan
2022-10-16T23:39+0400
2022-10-16T23:39+0400
2022-10-16T23:49+0400
naftalan
azərbaycan xəbərləri
neft
milli
sərvət
sərvət
https://cdnn1.img.sputnik.az/img/42177/01/421770170_0:321:3071:2048_1920x0_80_0_0_1166fb8a745114a1a854b2842cf47971.jpg
BAKI, 16 oktyabr - Sputnik. Naftalan neftini ilkin balans ehtiyatı 1 milyon 165 min ton olub, ilkin çıxarıla bilən ehtiyatları 117 min tondur. Bunu SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov deyib.O bildirib ki, Naftalan neftinin çıxarılmasında mütərəqqi qazma üsullarından istifadə edilməsi nəzərdə tutulub. İlk belə quyunun 2023-cü ildə 3500 metr dərinliyində qazılmasını planlayırıq.Xatırladaq ki, Naftalan nefti Azərbaycanın təbii sərvətlərindən biridir. Onun insan orqanizmindəki xəstəliklərin müalicəsində faydası çox böyükdür. Naftalan neftindən əsasən sümük-oynaq, əsəb, sinir, ginekoloji, uroloji və dəri xəstəliklərinin müalicəsində istifadə edilir.Naftalan nefti güclü iltihab əlyhinə, ağrıkəsici, allergiya əleyhinə təsirlərə malik olmaqla yanaşı digər effektiv təsirlərə də malikdir.Naftalanla müalicə sonsuzluğun aradan qaldırılmasında da effektli təsir göstərir. Dərmandan fərqli olaraq naftalan neftinin insan orqanizminə heç bir mənfi təsiri yoxdur.Naftalan müalicəvi neft yatağı Kiçik Qafqazın ətəklərində, Goran dəmir yolu stansiyasından, Gəncə şəhərindən cənub-şərqdə aralıda yerləşir. Dünyada müalicəvi xassəli yeganə neft yatağıdır və özü də çoxdan məlumdur.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42177/01/421770170_0:0:2731:2048_1920x0_80_0_0_1d00636cb1be27d9e19ff3ac9b81a93f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
naftalan, neft, milli, sərvət, sərvət
naftalan, neft, milli, sərvət, sərvət
Naftalan neftinin çıxarılmasında mütərəqqi qazma üsullarından istifadə ediləcək
23:39 16.10.2022 (Yenilənib: 23:49 16.10.2022) SOCAR-ın vitse-prezidentinin sözlərinə görə, ilk belə quyunun 2023-cü ildə 3500 metr dərinliyində qazılması planlaşdırılır.
BAKI, 16 oktyabr - Sputnik. Naftalan neftini ilkin balans ehtiyatı 1 milyon 165 min ton olub, ilkin çıxarıla bilən ehtiyatları 117 min tondur. Bunu SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov deyib.
O bildirib ki, Naftalan neftinin çıxarılmasında mütərəqqi qazma üsullarından istifadə edilməsi nəzərdə tutulub. İlk belə quyunun 2023-cü ildə 3500 metr dərinliyində qazılmasını planlayırıq.
Xatırladaq ki, Naftalan nefti Azərbaycanın təbii sərvətlərindən biridir. Onun insan orqanizmindəki xəstəliklərin müalicəsində faydası çox böyükdür. Naftalan neftindən əsasən sümük-oynaq, əsəb, sinir, ginekoloji, uroloji və dəri xəstəliklərinin müalicəsində istifadə edilir.
Naftalan nefti güclü iltihab əlyhinə, ağrıkəsici, allergiya əleyhinə təsirlərə malik olmaqla yanaşı digər effektiv təsirlərə də malikdir.
Naftalanla müalicə sonsuzluğun aradan qaldırılmasında da effektli təsir göstərir. Dərmandan fərqli olaraq naftalan neftinin insan orqanizminə heç bir mənfi təsiri yoxdur.
Naftalan müalicəvi neft yatağı Kiçik Qafqazın ətəklərində, Goran dəmir yolu stansiyasından, Gəncə şəhərindən cənub-şərqdə aralıda yerləşir. Dünyada müalicəvi xassəli yeganə neft yatağıdır və özü də çoxdan məlumdur.