DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Fransızlar “Danone” şirkətinin Rusiya bazarından ayrılmasını dəstəkləməyiblər

© AP Photo / Michel EulerМужчина возле Эйфелевой башни, фото из архива
Мужчина  возле Эйфелевой башни, фото из архива - Sputnik Azərbaycan, 1920, 16.10.2022
Abunə olmaq
Şirkət Rusiyada "Prostokvaşino", “Aktivia”, "Actimel", "Rastişka", "Danissimo", “Danone”, "Bio Balans", "Rastişka", "Tema", “Nutrilon”, "Malyutka" brendləri ilə təmsil olunur.
BAKI, 16 oktyabr - Sputnik. Fransanın “Le Figaro” nəşrinin oxucuları “Danone” şirkətinin Rusiyadan getmək qərarına münasibət bildiriblər.
İstifadəçilərdən biri, “Danone”nin gedişinin Rusiyada insanlar üçün itki olmayacağını yazıb, digəri isə qeyd edib ki, mövcud hadisə - "növbəti fransız şirkətinin məhv edilməsi üçün amerikalı dostlarımıza təşəkkür edirəm" demək lazımdır.
"Yalnız “Danone” olsaydı nə vardı ki! Münaqişədən əvvəl Aİ Rusiyaya 60 milyard dollar ixrac edirdi. Hələ Rusiya investisiyalarından danışmıram", - deyə başqa biri əlavə edib.
Daha əvvəl “Danone” süd məhsulları istehsalı şirkəti Rusiya bazarından ayrıldığını bildirmişdi.
Rusiyada şirkət "Prostokvaşino", “Aktivia”, "Actimel", "Rastişka", "Danissimo", “Danone”, "Bio Balans", "Rastişka", "Tema", “Nutrilon”, "Malyutka" brendləri ilə təmsil olunur.
Şirkətdə isə izah ediblər ki, bu qərarı "yerli biznesin öz əməkdaşları, istehlakçıları və tərəfdaşları üçün uzunmüddətli davamlılığını təmin etməkdən ötrü" ən yaxşı variant hesab edirlər.
Xəbər lenti
0