https://sputnik.az/20221016/bir-sira-olkeler-avroviziya-2023de-istirakdan-imtina-edib-447526005.html
Bir sıra ölkələr “Avroviziya-2023”də iştirakdan imtina edib
Bir sıra ölkələr “Avroviziya-2023”də iştirakdan imtina edib
Sputnik Azərbaycan
Bolqarıstandan olan “OGAE Greece” yayımçısı ölkənin bu il iştirak etməyəcəyini vurğulayıb. 16.10.2022, Sputnik Azərbaycan
2022-10-16T19:19+0400
2022-10-16T19:19+0400
2022-10-16T18:16+0400
mədəniyyət
"eurovision"
eurovision
imtina
iştirak
https://cdnn1.img.sputnik.az/img/07e6/04/1c/441505828_0:0:2338:1316_1920x0_80_0_0_2bc61f21db75cc0382b84b5fed20bdc6.jpg
BAKI, 16 oktyabr - Sputnik. Dünyanın bir sıra ölkələri Liverpulda keçiriləcək “Avroviziya-2023” beynəlxalq mahnı müsabiqəsində iştirakdan imtina etmək qərarına gəlib."Report" xəbər verir ki, bu barədə “Eurovisionwolrd.com” məlumat yayıb.Onlar Monteneqro, Bosniya və Herseqovina, Şimali Makedoniya və Bolqarıstandır.Müsabiqədə iştirakdan imtina edən ilk ölkə Monteneqro olub. Yerli yayım şirkəti RTCG bu qərarı onunla əsaslandırıb ki, ölkənin sadəcə iştirak etmək üçün kifayət qədər büdcəsi yoxdur.Şimali Makedoniyanın MRT telekanalının məlumatına görə, ölkə iqtisadi və enerji böhranlarının yaratdığı yüksək xərclərə görə İngiltərəyə də müsabiqə iştirakçısı göndərməyəcək. Eyni zamanda Şimali Makedoniya “Junior Eurovision” mahnı müsabiqəsində iştirakdan imtina etməyib.Bunun ardınca Bosniya və Herseqovinanın BHRT yayım şirkəti də ölkənin müsabiqədə iştirak etməyəcəyini bildirib. Ölkə 2017-ci ildən maliyyə problemlərinə görə müsabiqədə iştirak etmir və bu il də, gələn il də musiqi yarışmasına “qayıtmaq şansı” yoxdur.Bolqarıstandan olan “OGAE Greece” yayımçısı ölkənin bu il iştirak etməyəcəyini vurğulayıb. Əlavə edib ki, “bu proqram artıq onun üçün maraqlı deyil”, ona görə də yəqin ki, müsabiqədən həmişəlik imitna edəcək.Bundan əlavə, Sloveniyadan olan iştirakçının da qarşıdakı müsabiqədə çıxışı şübhə altındadır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/1c/441505828_235:0:2122:1415_1920x0_80_0_0_ca4d9bff6773a1ec6beebc34c9f4d794.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
"eurovision", eurovision, imtina, iştirak
"eurovision", eurovision, imtina, iştirak
Bir sıra ölkələr “Avroviziya-2023”də iştirakdan imtina edib
Bolqarıstandan olan “OGAE Greece” yayımçısı ölkənin bu il iştirak etməyəcəyini vurğulayıb.
BAKI, 16 oktyabr - Sputnik. Dünyanın bir sıra ölkələri Liverpulda keçiriləcək “Avroviziya-2023” beynəlxalq mahnı müsabiqəsində iştirakdan imtina etmək qərarına gəlib.
"Report" xəbər verir ki, bu barədə “Eurovisionwolrd.com” məlumat yayıb.
Onlar Monteneqro, Bosniya və Herseqovina, Şimali Makedoniya və Bolqarıstandır.
Müsabiqədə iştirakdan imtina edən ilk ölkə Monteneqro olub. Yerli yayım şirkəti RTCG bu qərarı onunla əsaslandırıb ki, ölkənin sadəcə iştirak etmək üçün kifayət qədər büdcəsi yoxdur.
Şimali Makedoniyanın MRT telekanalının məlumatına görə, ölkə iqtisadi və enerji böhranlarının yaratdığı yüksək xərclərə görə İngiltərəyə də müsabiqə iştirakçısı göndərməyəcək. Eyni zamanda Şimali Makedoniya “Junior Eurovision” mahnı müsabiqəsində iştirakdan imtina etməyib.
Bunun ardınca Bosniya və Herseqovinanın BHRT yayım şirkəti də ölkənin müsabiqədə iştirak etməyəcəyini bildirib. Ölkə 2017-ci ildən maliyyə problemlərinə görə müsabiqədə iştirak etmir və bu il də, gələn il də musiqi yarışmasına “qayıtmaq şansı” yoxdur.
Bolqarıstandan olan “OGAE Greece” yayımçısı ölkənin bu il iştirak etməyəcəyini vurğulayıb. Əlavə edib ki, “bu proqram artıq onun üçün maraqlı deyil”, ona görə də yəqin ki, müsabiqədən həmişəlik imitna edəcək.
Bundan əlavə, Sloveniyadan olan iştirakçının da qarşıdakı müsabiqədə çıxışı şübhə altındadır.