DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Avropa görünməmiş miqyasda enerji şokunu yaşayır

© AFP 2023 / INA FASSBENDERАЭС Эмсланд, фото из архива
АЭС Эмсланд, фото из архива - Sputnik Azərbaycan, 1920, 16.10.2022
Abunə olmaq
İtaliyada elektrik enerjisi haqqı demək olar ki, iki dəfə artıb.
BAKI, 16 oktyabr - Sputnik. Avropa görünməmiş miqyasda enerji şoku yaşayır. “la Repubblica” bu barədə İtaliyanın “Nomisma Energia” analitik şirkətinin rəhbəri Davide Tabarellinin sözlərinə istinadən xəbər verir.
Analitik onu da qeyd edib ki, İtaliyada elektrik enerjisi haqqı demək olar ki, iki dəfə artıb.
"Əvvəllər heç vaxt görülməmiş şeylər baş verir. Oktyabr ayında biz ilin əvvəlindən bəri eyni səviyyədə qalan tariflərin, demək olar ki, ikiqat artmasını müşahidə edirik", - deyə qeyd edib.
Tabarelli onu da bildirib ki, italyanlar qarşıdakı qışda normallaşdırılmış qaz istehlakına hazırlaşmalıdırlar.
Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putinin Avropa İttifaqına regionda enerji böhranının həlli üçün dörd variant təklif etdiyi bildirilib.
Neft buruğu, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 14.10.2022
NEFT-QAZ
Neft hələ 50 ildən artıq bir müddətdə qlobal enerji balansında hökmranlıq edəcək
Xəbər lenti
0