https://sputnik.az/20221016/a-nin-alti-olkesi-rusiya-ile-ticareti-2022-ci-ilin-fevral-ayi-seviyyesine-qaytarib-447517334.html
Aİ-nin altı ölkəsi Rusiya ilə ticarəti 2022-ci ilin fevral ayı səviyyəsinə qaytarıb
Aİ-nin altı ölkəsi Rusiya ilə ticarəti 2022-ci ilin fevral ayı səviyyəsinə qaytarıb
Sputnik Azərbaycan
Rusiyadan mal idxalı Aİ-nin on ölkəsində qış göstəricilərindən yüksək olub. 16.10.2022, Sputnik Azərbaycan
2022-10-16T18:15+0400
2022-10-16T18:15+0400
2022-10-16T18:15+0400
ai
rusiya
ticarət
avropa ittifaqı
https://cdnn1.img.sputnik.az/img/07e6/05/1f/442371046_0:279:3037:1987_1920x0_80_0_0_240a482d773cc1a77f3e51c3cf034a11.jpg
BAKI, 16 oktyabr - Sputnik. Avropa İttifaqı ölkələrinin dörddə biri Rusiya ilə ticarəti 2022-ci ilin fevral ayı səviyyəsinə qədər bərpa edib. “RİA Novosti” tərəfindən aparılan milli statistika xidmətlərinin təhlili belə məlumatları nümayiş etdirilir.Məlumatlara görə, cari ilin iyun ayında Rusiyadan mal idxalı Aİ-nin on ölkəsində, o cümlədən, İspaniya, Belçika, Lüksemburq, Sloveniya, Xorvatiya, Malta, Kipr, Çexiya, həmçinin, Estoniya və Bolqarıstanda qış göstəricilərindən çox olub.Avropa İttifaqının yeddi üzv ölkəsində Rusiyaya ixrac bu ilin fevral ayı səviyyəsindən yüksək olub. Latviyanın ixracı isə 2022-ci ilin iyununda qış göstəricilərini 67% üstələyib. Fərqin maksimum azalması isə Avstriya və Yunanıstanda qeydə alınıb.Eyni zamanda, Rusiya ilə ixrac və idxal AB-nin altı ölkəsi, o cümlədən, Lüksemburq, Sloveniya, Bolqarıstan, Kipr, Xorvatiya və Estoniya tərəfindən bərpa edilib.Ümumilikdə, 2022-ci ilin birinci yarısında Avropa İttifaqından Rusiyaya mal ixracının bir il əvvəlki 41,1 milyard ilə müqayisədə 31% azalaraq 28,4 milyard avroya düşdüyü dəqiqləşdirilir. Bununla belə, idxal 83% artıb (66,4 milyard avroya qarşı 121,7 milyard avro).
https://sputnik.az/20221014/a-olkelerinin-texminen-yarisi-rusiyadan-mal-idxalini-artirib-447460745.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/1f/442371046_58:0:2787:2047_1920x0_80_0_0_1ee7e6a49bfb515f9973415cda693ceb.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
ai, ticarət, avropa ittifaqı
ai, ticarət, avropa ittifaqı
Aİ-nin altı ölkəsi Rusiya ilə ticarəti 2022-ci ilin fevral ayı səviyyəsinə qaytarıb
Rusiyadan mal idxalı Aİ-nin on ölkəsində qış göstəricilərindən yüksək olub.
BAKI, 16 oktyabr - Sputnik. Avropa İttifaqı ölkələrinin dörddə biri Rusiya ilə ticarəti 2022-ci ilin fevral ayı səviyyəsinə qədər bərpa edib. “RİA Novosti” tərəfindən aparılan milli statistika xidmətlərinin təhlili belə məlumatları nümayiş etdirilir.
Məlumatlara görə, cari ilin iyun ayında Rusiyadan mal idxalı Aİ-nin on ölkəsində, o cümlədən, İspaniya, Belçika, Lüksemburq, Sloveniya, Xorvatiya, Malta, Kipr, Çexiya, həmçinin, Estoniya və Bolqarıstanda qış göstəricilərindən çox olub.
Avropa İttifaqının yeddi üzv ölkəsində Rusiyaya ixrac bu ilin fevral ayı səviyyəsindən yüksək olub. Latviyanın ixracı isə 2022-ci ilin iyununda qış göstəricilərini 67% üstələyib. Fərqin maksimum azalması isə Avstriya və Yunanıstanda qeydə alınıb.
Eyni zamanda, Rusiya ilə ixrac və idxal AB-nin altı ölkəsi, o cümlədən, Lüksemburq, Sloveniya, Bolqarıstan, Kipr, Xorvatiya və Estoniya tərəfindən bərpa edilib.
Ümumilikdə, 2022-ci ilin birinci yarısında Avropa İttifaqından Rusiyaya mal ixracının bir il əvvəlki 41,1 milyard ilə müqayisədə 31% azalaraq 28,4 milyard avroya düşdüyü dəqiqləşdirilir. Bununla belə, idxal 83% artıb (66,4 milyard avroya qarşı 121,7 milyard avro).