DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Aİ ölkələrinin təxminən yarısı Rusiyadan mal idxalını artırıb

© AP Photo / Michael SohnAİ bayrağı
Aİ bayrağı - Sputnik Azərbaycan, 1920, 14.10.2022
Abunə olmaq
Bolqarıstan, Danimarka, Latviya, Malta, Rumıniya, Slovakiya, Xorvatiya və Estoniya Rusiya Federasiyasından mal idxalını artıran Aİ ölkələri arasındadırlar.
BAKI, 14 oktyabr — Sputnik. 2022-ci ilin iyun ayında Avropa İttifaqının üzvü olan 27 ölkədən 13-də Rusiya Federasiyasından idxalda artım qeydə alınıb. Bu barədə "RİA Novosti" milli statistika xidmətlərinin məlumatlarına istinadən xəbər verir.
Xüsusilə, Rusiya mallarının Sloveniyaya idxalı may ayı ilə müqayisədə, təxminən, iki dəfə, İspaniyaya - 69%, İsveçə - 48%, Belçikaya - 25% artıb.
Bolqarıstan, Danimarka, Latviya, Malta, Rumıniya, Slovakiya, Xorvatiya və Estoniya da Rusiya Federasiyasından mal idxalını artıran Aİ ölkələri arasında olub.
Daha əvvəl Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin professoru Vitali Şarov internet saytlarının birinə verdiyi müsahibədə Aİ ilə əməkdaşlığın azaldılmasının Rusiya iqtisadiyyatına necə təsir edəcəyini izah edib.
Xəbər lenti
0