Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Su kəmərində qəza: Bakı-Qazax avtomagistralını su basıb

© Photo : REPORTKür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisində baş vermiş qəza
Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisində baş vermiş qəza - Sputnik Azərbaycan, 1920, 15.10.2022
Abunə olmaq
Bakı-Qazax avtomagistralında hərəkətin tam bərpa olunması üçün Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi," Azərsu" ASC birlikdə tədbirlər görür.
BAKI, 15 oktyabr - Sputnik. Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisində baş vermiş qəza nəticəsində ətraf əraziləri, o cümlədən Bakı-Qazax avtomagistralını subasma halı baş verib.
Fövqəladə Hallar Nazirliyindən Sputnik Azərbaycan-a bildirilib ki, nazirliyin Mülki müdafiə qoşunları, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri suçəkmə, zərurət yarandığı təqdirdə təxliyə və digər müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi üçün əraziyə cəlb olunub.
“Azərsu” ASC-dən isə Sputnik Azərbaycan-a məlumat verilib ki, Bakı-Qazax avtomagistralında hərəkətin tam bərpa olunması üçün Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi," Azərsu" ASC birlikdə tədbirlər görür.
Xəbər lenti
0