https://sputnik.az/20221015/serhedlerin-delimitasiyasi-uzre-komissiyalarin-iclasi-oktyabrda-brusselde-kecirile-biler--447504208.html
Sərhədlərin delimitasiyası üzrə komissiyaların iclası oktyabrda Brüsseldə keçirilə bilər
Sərhədlərin delimitasiyası üzrə komissiyaların iclası oktyabrda Brüsseldə keçirilə bilər
Sputnik Azərbaycan
Paşinyan bildirib ki, Ermənistan Azərbaycana oktyabrın 31-də Brüsseldə sərhədin delimitasiyası və sərhəd təhlükəsizliyi üzrə komissiyaların iclasının... 15.10.2022, Sputnik Azərbaycan
2022-10-15T19:30+0400
2022-10-15T19:30+0400
2022-10-15T19:30+0400
siyasət
ermənistanın baş naziri nikol paşinyan
nikol paşinyan
delimitasiya
nazirlər kabineti
brüssel
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/0d/447435932_0:0:2915:1640_1920x0_80_0_0_1396018eb66194d4fe9350a88978b0ac.jpg
BAKI, 15 oktyabr - Sputnik. Ermənistan Azərbaycana sərhədlərin delimitasiyası üzrə komissiyaların iclasının Brüsseldə oktyabrın sonunda keçirilməsini təkilf edib.Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan "Twitter"də bildirib."Ermənistan Azərbaycana oktyabrın 31-də Brüsseldə sərhədin delimitasiyası və sərhəd təhlükəsizliyi üzrə komissiyaların iclasının keçirilməsini təklif edib", - deyə Ermənistan hökumət başçısı qeyd edib.Xatırladaq ki, oktyabrın 13-də Azərbaycan Nazirlər Kabineti "Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə yaradılmış Dövlət Komissiyasının fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər barədə" qərar verib.Qərara əsasən, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının (bundan sonra – Komissiya) cari fəaliyyətinin təşkili məqsədilə Komissiyanın Katibliyi yaradılıb.Komissiyanın Katibliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatında şöbə hüququnda və 5 ştat vahidindən ibarət olmaqla təşkil edilir.Katiblik:Komissiyanın, ekspert qrupunun və işçi qrupun fəaliyyət planını, Komissiyanın, ekspert qrupunun və işçi qrupun iclaslarında baxılacaq məsələlərin layihələrini, həmçinin hüquqi aktların layihə- lərini ekspert qrupunun və ya işçi qrupun üzvlərinin iştirakı ilə hazırlayır və müzakirəsini təşkil edir;Komissiyanın səlahiyyətlərinə aid məsələləri baxılmaq üçün Komissiyanın, ekspert qrupunun və ya işçi qrupun iclaslarına çıxarır;Aidiyyəti dövlət orqanlarından (qurumlarından), mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, müəssisə və təşkilatlardan iclaslarda baxılan məsələlərlə bağlı məlumat, rəy və təkliflər alır;Komissiyanın, ekspert qrupunun və işçi qrupun fəaliyyətini təşkil və koordinasiya edir, Komissiyanın kargüzarlıq işlərini aparır, iclasların protokollarını tərtib edir və iclasların yekun sənədlərinin layihələrini Komissiyanın sədrinə təqdim edir;Komissiyanın qəbul etdiyi qərarların həyata keçirilməsi ilə əlaqədar zəruri tədbirlər görür, Komissiya tərəfindən həyata keçirilməli olan tədbirlərin monitorinqini aparır, nəticələri barədə aidiyyəti üzrə təqdim edilməsi üçün hesabatlar hazırlayır;Komissiyanın iclaslarında baxılan məsələlər və qəbul edilən qərarlar barədə məlumatların Komissiyanın sədrinin razılığı ilə kütləvi informasiya vasitələrində yayılmasını təmin edir;Komissiyanın fəaliyyətinin həyata keçirilməsi ilə bağlı digər işləri həyata keçirir.Nazirlər Kabinetindən verilən xəbərə görə, qərar "Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 23 may tarixli 3272 nömrəli Sərəncamının 2-ci hissəsinin icrasını təmin etmək məqsədilə hazırlanıb.Qərara əsasən Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının cari fəaliyyətinin təşkili məqsədilə Komissiyanın Katibliyinin yaradılması, fəaliyyət istiqamətləri və təşkili müəyyən edilib.Qeyd edək ki, Nazirlər Kabineti bu qərarı “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 23 may tarixli 3272 nömrəli Sərəncamının 2-ci hissəsinin icrasını təmin etmək məqsədilə verib.Həmin Sərəncamın 2-ci hissəsində deyilir ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti Dövlət Komissiyasının Katibliyinin və aidiyyəti dövlət orqanlarının (qurumlarının) mütəxəssislərindən ibarət müntəzəm fəaliyyət göstərəcək ekspert qrupunun yaradılmasını təmin etsin.Xatırladaq ki, həmin Sərəncamala Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə aşağıdakı tərkibdə Dövlət Komissiyası yaradılıb.Komissiyanın sədri Şahin Mustafayev – Azərbaycan Respublikası Baş nazirinin müaviniKomissiyanın üzvləri Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Baş nazirinin müaviniAzərbaycan Respublikası xarici işlər nazirinin müavini Azərbaycan Respublikası daxili işlər nazirinin müaviniAzərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini Azərbaycan Respublikası ədliyyə nazirinin müaviniAzərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müaviniAzərbaycan Respublikası müdafiə nazirinin müaviniAzərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin birinci müaviniAzərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müaviniAzərbaycan Respublikası Xarici Kəşfiyyat Xidməti rəisinin müaviniAzərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin müaviniAzərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisiAzərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin sektor müdiriQazax Rayon İcra Hakimiyyətinin başçısı Ağstafa Rayon İcra Hakimiyyətinin başçısıTovuz Rayon İcra Hakimiyyətinin başçısıGədəbəy Rayon İcra Hakimiyyətinin başçısıDaşkəsən Rayon İcra Hakimiyyətinin başçısıKəlbəcər Rayon İcra Hakimiyyətinin başçısıLaçın Rayon İcra Hakimiyyətinin başçısıQubadlı Rayon İcra Hakimiyyətinin başçısıZəngilan Rayon İcra Hakimiyyətinin başçısı.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/0d/447435932_92:0:2823:2048_1920x0_80_0_0_f3eb25fde1e1d8bd74802185e58a979a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ermənistanın baş naziri nikol paşinyan, nikol paşinyan, delimitasiya, nazirlər kabineti, brüssel
ermənistanın baş naziri nikol paşinyan, nikol paşinyan, delimitasiya, nazirlər kabineti, brüssel
Sərhədlərin delimitasiyası üzrə komissiyaların iclası oktyabrda Brüsseldə keçirilə bilər
Paşinyan bildirib ki, Ermənistan Azərbaycana oktyabrın 31-də Brüsseldə sərhədin delimitasiyası və sərhəd təhlükəsizliyi üzrə komissiyaların iclasının keçirilməsini təklif edib.
BAKI, 15 oktyabr - Sputnik. Ermənistan Azərbaycana sərhədlərin delimitasiyası üzrə komissiyaların iclasının Brüsseldə oktyabrın sonunda keçirilməsini təkilf edib.
Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan "
Twitter"də bildirib.
"Ermənistan Azərbaycana oktyabrın 31-də Brüsseldə sərhədin delimitasiyası və sərhəd təhlükəsizliyi üzrə komissiyaların iclasının keçirilməsini təklif edib", - deyə Ermənistan hökumət başçısı qeyd edib.
Xatırladaq ki, oktyabrın 13-də Azərbaycan Nazirlər Kabineti "Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə yaradılmış Dövlət Komissiyasının fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər barədə" qərar verib.
Qərara əsasən, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının (bundan sonra – Komissiya) cari fəaliyyətinin təşkili məqsədilə Komissiyanın Katibliyi yaradılıb.
Komissiyanın Katibliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatında şöbə hüququnda və 5 ştat vahidindən ibarət olmaqla təşkil edilir.
Komissiyanın, ekspert qrupunun və işçi qrupun fəaliyyət planını, Komissiyanın, ekspert qrupunun və işçi qrupun iclaslarında baxılacaq məsələlərin layihələrini, həmçinin hüquqi aktların layihə- lərini ekspert qrupunun və ya işçi qrupun üzvlərinin iştirakı ilə hazırlayır və müzakirəsini təşkil edir;
Komissiyanın səlahiyyətlərinə aid məsələləri baxılmaq üçün Komissiyanın, ekspert qrupunun və ya işçi qrupun iclaslarına çıxarır;
Aidiyyəti dövlət orqanlarından (qurumlarından), mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, müəssisə və təşkilatlardan iclaslarda baxılan məsələlərlə bağlı məlumat, rəy və təkliflər alır;
Komissiyanın, ekspert qrupunun və işçi qrupun fəaliyyətini təşkil və koordinasiya edir, Komissiyanın kargüzarlıq işlərini aparır, iclasların protokollarını tərtib edir və iclasların yekun sənədlərinin layihələrini Komissiyanın sədrinə təqdim edir;
Komissiyanın qəbul etdiyi qərarların həyata keçirilməsi ilə əlaqədar zəruri tədbirlər görür, Komissiya tərəfindən həyata keçirilməli olan tədbirlərin monitorinqini aparır, nəticələri barədə aidiyyəti üzrə təqdim edilməsi üçün hesabatlar hazırlayır;
Komissiyanın iclaslarında baxılan məsələlər və qəbul edilən qərarlar barədə məlumatların Komissiyanın sədrinin razılığı ilə kütləvi informasiya vasitələrində yayılmasını təmin edir;
Komissiyanın fəaliyyətinin həyata keçirilməsi ilə bağlı digər işləri həyata keçirir.
Nazirlər Kabinetindən verilən xəbərə görə, qərar "Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 23 may tarixli 3272 nömrəli Sərəncamının 2-ci hissəsinin icrasını təmin etmək məqsədilə hazırlanıb.
Qərara əsasən Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının cari fəaliyyətinin təşkili məqsədilə Komissiyanın Katibliyinin yaradılması, fəaliyyət istiqamətləri və təşkili müəyyən edilib.
Qeyd edək ki, Nazirlər Kabineti bu qərarı “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 23 may tarixli 3272 nömrəli Sərəncamının 2-ci hissəsinin icrasını təmin etmək məqsədilə verib.
Həmin Sərəncamın 2-ci hissəsində deyilir ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti Dövlət Komissiyasının Katibliyinin və aidiyyəti dövlət orqanlarının (qurumlarının) mütəxəssislərindən ibarət müntəzəm fəaliyyət göstərəcək ekspert qrupunun yaradılmasını təmin etsin.
Xatırladaq ki, həmin Sərəncamala Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə aşağıdakı tərkibdə Dövlət Komissiyası yaradılıb.
Komissiyanın sədri Şahin Mustafayev – Azərbaycan Respublikası Baş nazirinin müavini
Komissiyanın üzvləri Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Baş nazirinin müavini
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Azərbaycan Respublikası daxili işlər nazirinin müavini
Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini Azərbaycan Respublikası ədliyyə nazirinin müavini
Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini
Azərbaycan Respublikası müdafiə nazirinin müavini
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin birinci müavini
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini
Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidməti rəisinin müavini
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin sektor müdiri
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı
Tovuz Rayon İcra Hakimiyyətinin başçısı
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı
Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı
Laçın Rayon İcra Hakimiyyətinin başçısı
Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı
Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı.