https://sputnik.az/20221015/sahin-mustafayev-magistral-su-kemerinde-qezanin-bas-verdiyi-eraziye-gedib-447492582.html
Şahin Mustafayev magistral su kəmərində qəzanın baş verdiyi əraziyə gedib
Şahin Mustafayev magistral su kəmərində qəzanın baş verdiyi əraziyə gedib
Sputnik Azərbaycan
Baş nazirin müavini qeyd edib ki, hazırda hadisənin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görülür. 15.10.2022, Sputnik Azərbaycan
2022-10-15T12:25+0400
2022-10-15T12:25+0400
2022-10-15T12:25+0400
azərbaycan xəbərləri
su
bakı-qazax
kür-bakı magistral su xətti
şahin mustafayev
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/0f/447489595_102:0:1819:966_1920x0_80_0_0_2e433d18b10a19aa0b73f3610bc74fd9.jpg
BAKI, 15 oktyabr - Sputnik. Baş nazirin müavini Şahin Mustafayev magistral su kəmərində baş vermiş partlayışla əlaqədar hadisə yerinə gedib."Su borusunda baş verən partlayışa görə şəhər ərazisində, həmçinin Lökbatan qəsəbəsində suyun verilməsində problem yaranmayıb".Bunu Bakı-Qazax yolunda magistral su kəmərindəki qəza zamanı ərziyə gələn Baş nazirin müavini Şahin Mustafayev deyib.Baş nazirin müavini qeyd edib ki, hazırda hadisənin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görülür.***Bu gün Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisində baş vermiş qəza nəticəsində ətraf əraziləri, o cümlədən Bakı-Qazax avtomagistralını subasma halı baş verib.Fövqəladə Hallar Nazirliyindən Sputnik Azərbaycan-a bildirilib ki, nazirliyin Mülki müdafiə qoşunları, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri suçəkmə, zərurət yarandığı təqdirdə təxliyə və digər müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi üçün əraziyə cəlb olunub.“Azərsu” ASC-dən isə Sputnik Azərbaycan-a məlumat verilib ki, Bakı-Qazax avtomagistralında hərəkətin tam bərpa olunması üçün Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi," Azərsu" ASC birlikdə tədbirlər görür.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/0f/447489595_316:0:1604:966_1920x0_80_0_0_cef7386f3e67a4102fce0c7dfad2c80a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
su, bakı-qazax, kür-bakı magistral su xətti, şahin mustafayev
su, bakı-qazax, kür-bakı magistral su xətti, şahin mustafayev
Şahin Mustafayev magistral su kəmərində qəzanın baş verdiyi əraziyə gedib
Baş nazirin müavini qeyd edib ki, hazırda hadisənin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görülür.
BAKI, 15 oktyabr - Sputnik. Baş nazirin müavini Şahin Mustafayev magistral su kəmərində baş vermiş partlayışla əlaqədar hadisə yerinə gedib.
"Su borusunda baş verən partlayışa görə şəhər ərazisində, həmçinin Lökbatan qəsəbəsində suyun verilməsində problem yaranmayıb".
Bunu Bakı-Qazax yolunda magistral su kəmərindəki qəza zamanı ərziyə gələn Baş nazirin müavini Şahin Mustafayev deyib.
Baş nazirin müavini qeyd edib ki, hazırda hadisənin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görülür.
Bu gün Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisində baş vermiş qəza nəticəsində ətraf əraziləri, o cümlədən Bakı-Qazax avtomagistralını subasma halı baş verib.
Fövqəladə Hallar Nazirliyindən Sputnik Azərbaycan-a bildirilib ki, nazirliyin Mülki müdafiə qoşunları, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri suçəkmə, zərurət yarandığı təqdirdə təxliyə və digər müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi üçün əraziyə cəlb olunub.
“Azərsu” ASC-dən isə Sputnik Azərbaycan-a məlumat verilib ki, Bakı-Qazax avtomagistralında hərəkətin tam bərpa olunması üçün Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi," Azərsu" ASC birlikdə tədbirlər görür.