Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Kürdəmirdə dəhşətli qəza baş verib

Kürdəmir
Kürdəmir - Sputnik Azərbaycan, 1920, 15.10.2022
Xəbərlərə abunə olun
НовостиTelegram
Rahim Alıyev Kürdəmir istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə maşın yoldan çıxaraq bir neçə dəfə aşıb.
BAKI, 15 oktyabr - Sputnik. Kürdəmir rayonunda avtomobil yoldan çıxaraq bir neçə dəfə aşıb, xəsarət alan var.
Sputnik Azərbaycan-ın məlumatına görə, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Sor Sor kəndindən keçən hissəsində qeydə alınıb.
"VAZ-21015" markalı avtomobilin sürücüsü - 30 yaşlı Alıyev Rahim Cəsarət oğlu Kürdəmir istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə maşın yoldan çıxaraq bir neçə dəfə aşıb.
Hadisə zamanı sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, oktyabrın 10-da Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində 23 yaşlı qız dəhşətli qəza törətmişdi.
Belə ki, 1999-cu il təvəllüdlü İlkanə Əhmədova idarə etdiyi “Chevrolet Malibu” markalı avtomobili yüksək sürətlə yolun sağında dayanmış vəziyyətdə olan “Audi” və “Mitsubishi” markalı avtomobillərə çırpıb. Nəticədə “Mitsubishi”nin sürücüsü, 1984-cü il təvəllüdlü Umudov Fəxri Məzahir oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb. Fəxri Umudovun ölümündən sonra həyat yoldaşı-34 yaşlı Umudova Nahidə Sadiq qızı özünü asaraq həyatına son qoyub. Onların 2 yaşlı övladı var.
Xəbər lenti
0