SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ceyhun Bayramov iranlı həmkarı ilə nə danışıb?

© Photo : Twitter / Jeyhun BayramovCeyhun Bayramov və Hüseyn Əmir Abdullahian
Ceyhun Bayramov və Hüseyn Əmir Abdullahian - Sputnik Azərbaycan, 1920, 15.10.2022
Abunə olmaq
Nazirlər iki dövlətin liderlərinin Astanada baş tutmuş görüşünün davamı olaraq bir sıra məsələlər, o cümlədən ikitərəfli gündəliyin aktual mövzuları üzrə fikir mübadiləsi aparıblar.
BAKI, 15 oktyabr - Sputnik. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı zamanı regionda mövcud olan cari vəziyyəti müzakirə ediblər.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Nazirlər iki dövlətin liderlərinin Astanada baş tutmuş görüşünün davamı olaraq bir sıra məsələlər, o cümlədən ikitərəfli gündəliyin aktual mövzuları üzrə fikir mübadiləsi aparıblar.
Telefon danışığı zamanı beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, habelə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Xəbər lenti
0