https://sputnik.az/20221015/azerbaycana-yeni-zelandiyadan-getirilen-kere-yaglari-niye-baha-satilir-447150203.html
Azərbaycana Yeni Zelandiyadan gətirilən kərə yağları niyə baha satılır?
Azərbaycana Yeni Zelandiyadan gətirilən kərə yağları niyə baha satılır?
Sputnik Azərbaycan
Bu ölkədən idxal edilən kərə yağının pərakəndə satış qiyməti onun idxal qiymətini 2 dəfəyə yaxın üstələyir. Ekspertin sözlərinə görə, Rusiyada, Gürcüstanda... 15.10.2022, Sputnik Azərbaycan
2022-10-15T07:29+0400
2022-10-15T07:29+0400
2022-10-14T23:20+0400
kərə yağı
iqtisadiyyat
yeni zelandiya
idxal
ədv
natiq cəfərli
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/42412/26/424122630_0:320:3073:2048_1920x0_80_0_0_d022846b3915c1e345af9d9200c15f14.jpg
BAKI, 15 oktyabr — Sputnik. Azərbaycana Yeni Zelandiyadan gətirilən kərə yağının pərakəndə satış qiyməti idxal qiymətini 2 dəfəyə yaxın üstələyir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin 7 ayında Yeni Zelandiyadan Azərbaycana 28 milyon 864 min dollar dəyərində 4 min 567 ton kərə yağı idxal edilib. Nəticədə Yeni Zelandiyadan gətirilən 1 kiloqram kərə yağının idxal qiyməti 6,31 dollar və ya məzənnəyə uyğun olaraq 10,74 manat təşkil edib. Qeyd edək ki, sözügedən yağların 1 kiloqramının qiyməti Azərbaycan bazarlarında 20 manata yaxındır.Rusiyada, Gürcüstanda həmin kərə yağlarının qiyməti bizdəki qiymətlərdən aşağıdırMəsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli Sputnik Azərbaycan-a deyib ki, qonşu ölkələrdə həmin kərə yağının satış qiymətlərinə baxanda Azərbaycandakı qiymətlərdən kifayət qədər fərqlənir:Ərzaq məhsulları üzrə ƏDV 2 faizədək azaldılsa, qiymətlər aşağı düşə bilərO bildirib ki, Azərbaycana idxal olunan kərə yağı və komponentlərinə tətbiq olunan gömrük rüsumları ilə bağlı güzəştlər indiki halda qiymətlərin daha çox bahalaşmasının qarşısını alır:Növbəti aylarda da kərə yağının bahalaşması gözlənilirEkspertin fikrincə, noyabr-dekabr aylarında həm kərə yağında həm də digər ərzaq məhsullarında növbəti bahalaşmanı görəcəyik:"Bu, dünyada ümumi ərzaq məhsulları ilə bağlı vəziyyətlə əlaqəlidir. Eyni zamanda Azərbaycanda mövsümi amillər də var. Həmişə Yeni il bayramı ərəfəsində ərzaq məhsullarının, o cümlədən kərə yağının qiymətində tələbatın artması ilə bağlı bahalaşmanın şahidi oluruq. Yəqin bu il də eyni tendensiyanı müşahidə edəcəyik".Yeni Zelandiyada kərə yağları bahalaşıbQeyd edək ki, bu ilin 7 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə Yeni Zelandiyadan gətirilən kərə yağının idxal dəyəri 49,2 faiz, həcmi isə 12,8 faiz artıb. Bu onu göstərir ki, Yeni Zelandiyada kərə yağları bahalaşıb.Keçən ilin 7 ayında Yeni Zelandiyadan Azərbaycana 19 milyon 334 min dollar dəyərində 4 min 46 ton kərə yağı idxal edilib. Həmin dövrdə Yeni Zelandiyadan gətirilən 1 kiloqram kərə yağının idxal qiyməti 4,77 dollar və ya məzənnəyə uyğun olaraq 8,1 manat təşkil edib.Azərbaycanda kərə yağı idxalında gömrük güzəştlərinin müddəti uzadılıbXatırladaq ki, ötən ilin sonunda Azərbaycana idxal olunan kərə yağı və komponentlərinə tətbiq olunan gömrük rüsumları ilə bağlı güzəştlər daha iki il uzadılıb. Bununla bağlı Baş nazir Əli Əsədov "Azərbaycanın xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə dəyişiklik edilməsi barədə qərar imzalayıb. Beləliklə, güzəştlər 2023-cü ilin sonunadək uzadılıb.Bu qərar daxili bazarda kərə yağının qiymətinin artımına yol verilməməsi üçün kərə yağı, süddən hazırlanmış digər yağlar və süd pastalarının idxalına tətbiq olunan rüsum güzəştinin qüvvədə olma müddətinin uzadılması məqsədilə qəbul edilib.Qərarın qəbul edilməsi ilə kərə yağı, süddən hazırlanmış digər yağlar və süd pastalarının idxalı üzrə rüsum güzəştinin qüvvədə olma müddətinin uzadılması nəticəsində istehlak qiymətlərində sabitliyin təmin olunması və kərə yağı məhsulları ilə təminatın səviyyəsinin qorunub saxlanılması proqnozlaşdırılıb.Nazirlər Kabinetinin 2017-ci ilin noyabrında qəbul etdiyi qərara əsasən bu məhsulların idxal gömrük rüsumu 15 faizdən 5 faizə endirilib.Azərbaycanda kərə yağı istehsalı artıbOnu da bildirək ki, bu ilin 8 ayında əvvəlki ilin müvafiq dövrünə nisbətən Azərbaycanda kərə yağı istehsalı 0,3 faiz artaraq 16 min 813 ton olub. 8 ayda kərə və bitki yağları 15,1 faiz bahalaşıb.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42412/26/424122630_0:0:2731:2048_1920x0_80_0_0_e5e5db7c6bb8f21d6ac1d3ff69034c87.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
kərə yağı, yeni zelandiya, idxal, ədv, natiq cəfərli, azərbaycan
kərə yağı, yeni zelandiya, idxal, ədv, natiq cəfərli, azərbaycan
Azərbaycana Yeni Zelandiyadan gətirilən kərə yağları niyə baha satılır?
Bu ölkədən idxal edilən kərə yağının pərakəndə satış qiyməti onun idxal qiymətini 2 dəfəyə yaxın üstələyir. Ekspertin sözlərinə görə, Rusiyada, Gürcüstanda həmin kərə yağlarının qiyməti bizdəki qiymətlərdən aşağıdır.
BAKI, 15 oktyabr — Sputnik. Azərbaycana Yeni Zelandiyadan gətirilən kərə yağının pərakəndə satış qiyməti idxal qiymətini 2 dəfəyə yaxın üstələyir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin 7 ayında Yeni Zelandiyadan Azərbaycana 28 milyon 864 min dollar dəyərində 4 min 567 ton kərə yağı idxal edilib. Nəticədə Yeni Zelandiyadan gətirilən 1 kiloqram kərə yağının idxal qiyməti 6,31 dollar və ya məzənnəyə uyğun olaraq 10,74 manat təşkil edib. Qeyd edək ki, sözügedən yağların 1 kiloqramının qiyməti Azərbaycan bazarlarında 20 manata yaxındır.
Rusiyada, Gürcüstanda həmin kərə yağlarının qiyməti bizdəki qiymətlərdən aşağıdır
Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli Sputnik Azərbaycan-a deyib ki, qonşu ölkələrdə həmin kərə yağının satış qiymətlərinə baxanda Azərbaycandakı qiymətlərdən kifayət qədər fərqlənir:
"Məsələn, Rusiyada, Gürcüstanda həmin kərə yağlarının qiyməti bizdəki qiymətlərdən aşağıdır. Bu, onu göstərir ki, Azərbaycanda bu sahə ilə məşğul olanların sayı azdır, rəqabətli mühit yoxdur. Yəni xaricdən Azərbaycana kərə yağı gətirənlərin sayı nə qədər çox olsa, rəqabətli mühit qiymətlərin tənzimlənməsində, aşağı düşməsində daha önəmli rol oynaya bilər. İndiki şəraitdə qiymətlərin bu qədər fərq yaratması, ümumiyyətlə, ölkədə kərə yağının baha olmasının səbəblərindən biri də rəqabətsizlikdir".
Ərzaq məhsulları üzrə ƏDV 2 faizədək azaldılsa, qiymətlər aşağı düşə bilər
O bildirib ki, Azərbaycana idxal olunan kərə yağı və komponentlərinə tətbiq olunan gömrük rüsumları ilə bağlı güzəştlər indiki halda qiymətlərin daha çox bahalaşmasının qarşısını alır:
"Başqa sözlə, bu məhsulların idxal gömrük rüsumu 15 faizdən 5 faizə endirilib. Əgər bu addım atılmasaydı, ölkədə kərə yağının qiyməti mövcud qiymətdən daha da baha olardı. Amma qiymətlərin baha olmasının əsas səbəbləri yerində qalır. Ərzaq məhsullarının pərakəndə satış qiymətlərinə təsir etmək üçün ən azından bu məhsullardan alınan 18 faizlik əlavə dəyər vergisini (ƏDV) ləğv etmək və yaxud xeyli azaltmaq olar. Məsələn, ərzaq məhsulları üzrə ƏDV 2 faizədək azaldılsa, bu, qiymətlərin aşağı düşməsində ciddi rol oynaya bilər".
Növbəti aylarda da kərə yağının bahalaşması gözlənilir
Ekspertin fikrincə, noyabr-dekabr aylarında həm kərə yağında həm də digər ərzaq məhsullarında növbəti bahalaşmanı görəcəyik:
"Bu, dünyada ümumi ərzaq məhsulları ilə bağlı vəziyyətlə əlaqəlidir. Eyni zamanda Azərbaycanda mövsümi amillər də var. Həmişə Yeni il bayramı ərəfəsində ərzaq məhsullarının, o cümlədən kərə yağının qiymətində tələbatın artması ilə bağlı bahalaşmanın şahidi oluruq. Yəqin bu il də eyni tendensiyanı müşahidə edəcəyik".
Yeni Zelandiyada kərə yağları bahalaşıb
Qeyd edək ki, bu ilin 7 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə Yeni Zelandiyadan gətirilən kərə yağının idxal dəyəri 49,2 faiz, həcmi isə 12,8 faiz artıb. Bu onu göstərir ki, Yeni Zelandiyada kərə yağları bahalaşıb.
Keçən ilin 7 ayında Yeni Zelandiyadan Azərbaycana 19 milyon 334 min dollar dəyərində 4 min 46 ton kərə yağı idxal edilib. Həmin dövrdə Yeni Zelandiyadan gətirilən 1 kiloqram kərə yağının idxal qiyməti 4,77 dollar və ya məzənnəyə uyğun olaraq 8,1 manat təşkil edib.
Azərbaycanda kərə yağı idxalında gömrük güzəştlərinin müddəti uzadılıb
Xatırladaq ki, ötən ilin sonunda Azərbaycana idxal olunan kərə yağı və komponentlərinə tətbiq olunan gömrük rüsumları ilə bağlı güzəştlər daha iki il uzadılıb. Bununla bağlı Baş nazir Əli Əsədov "Azərbaycanın xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə dəyişiklik edilməsi barədə qərar imzalayıb. Beləliklə, güzəştlər 2023-cü ilin sonunadək uzadılıb.
Bu qərar daxili bazarda kərə yağının qiymətinin artımına yol verilməməsi üçün kərə yağı, süddən hazırlanmış digər yağlar və süd pastalarının idxalına tətbiq olunan rüsum güzəştinin qüvvədə olma müddətinin uzadılması məqsədilə qəbul edilib.
Qərarın qəbul edilməsi ilə kərə yağı, süddən hazırlanmış digər yağlar və süd pastalarının idxalı üzrə rüsum güzəştinin qüvvədə olma müddətinin uzadılması nəticəsində istehlak qiymətlərində sabitliyin təmin olunması və kərə yağı məhsulları ilə təminatın səviyyəsinin qorunub saxlanılması proqnozlaşdırılıb.
Nazirlər Kabinetinin 2017-ci ilin noyabrında qəbul etdiyi qərara əsasən bu məhsulların idxal gömrük rüsumu 15 faizdən 5 faizə endirilib.
Azərbaycanda kərə yağı istehsalı artıb
Onu da bildirək ki, bu ilin 8 ayında əvvəlki ilin müvafiq dövrünə nisbətən Azərbaycanda kərə yağı istehsalı 0,3 faiz artaraq 16 min 813 ton olub. 8 ayda kərə və bitki yağları 15,1 faiz bahalaşıb.