https://sputnik.az/20221014/yazarlarimizin-eserleri-bileceriden-o-terefe-niye-kecmir-447427429.html
Yazarlarımızın əsərləri Biləcəridən o tərəfə niyə keçmir?
Yazarlarımızın əsərləri Biləcəridən o tərəfə niyə keçmir?
Sputnik Azərbaycan
Müsahiblərimiz azərbaycanlı yazarların əsərlərinin dünya arenasına çıxmamasının səbəblərini tərcümə, təbliğat və maddi problemlərdə görürlər. 14.10.2022, Sputnik Azərbaycan
2022-10-14T08:55+0400
2022-10-14T08:55+0400
2022-10-14T08:55+0400
yazıçı
mədəniyyət
əsər
tərcümə
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/05/447088960_0:103:2000:1228_1920x0_80_0_0_0755ec2c0e968d476e589e059d2b57e3.jpg
BAKI, 14 oktyabr — Sputnik. Ölkənin tanınmasında bədii ədəbiyyatın çox böyük rolu var. Hələ ötən əsrlərdə yaşamış Azərbaycan şair və yazıçılarının əsərləri dünya dillərinə tərcümə olunub. Amma son dövrlər azərbaycanlı yazarların əsərləri ölkə hüdudlarını aşa bilmir. Görəsən, yerli yazarlarımızın əsərləri niyə beynalxalq arenaya çıxmır? Buna nə mane olur? Problemlərin kökünü araşdırmaq üçün bir neçə yazarla həmsöhbət olduq."Yarım qalan İstanbul" əsəri ilə Türkiyədə beynəlxalq mükafata layiq görülən yazıçı Mövsüm Amir Aslan hər şeyin kökündə maddiyyatın dayandığını söyləyir. Onun fikrincə, hansısa bir yazıçımızın xarici ölkələrdə olan oxucularının diqqətini çəkən bir əsəri tərcümə olunub satışa çıxarılsa, böyük gəlir əldə etmiş olar: "Çünki, Azərbaycan balaca bir ölkədir, heç də hər kəs kitab almır. İstanbulda ictimai nəqliyyatla gəzsəniz görərsiniz ki, əksər insanların əlində kitab var. Türkiyəli yazarlarla əlaqəm var, görürəm ki, onlar bizim kimi əziyyət çəkmirlər."Azərbaycanda tərcümə sahəsində olan problemlərdən söz açan yazar bildirir ki, bizdə dili bilənlər çoxdur. Amma bədii tərcüməni bilənlər yox dərəcəsidədir: "Mən kitabımı tərcümə etdirəndə xeyli əziyyət çəkdim. Bədii əsəri hər adam tərcümə edə bilməz. Mən kitabımı türk dilinə tərcümə etdirdim. Türk dilini hər birimiz bilirik. Amma tərcümə vaxtı frazeoloji birləşmələrin, ayrı-ayrı ifadələrin tərcüməsində çox problem oldu. Təəssüf ki, dilimiz digər dillərlə müqayisədə zəngin deyil. Məsələn, ay işığının dənizə yansımasını türklər bir sözlə - "Yakamoz"la bildirirlər. Bizdə isə bu söz yoxdur".M. A.Aslan yazıçıların əsərlərinin dünya arenasına çıxmamasının başqa bir səbəbini satışın olmaması ilə əlaqələndirir: "Bizdə adi bir yazıçının əsərinin tərcüməsinə fond yardım etməz. Gərək sən o qədər məşhur olasan ki, sənin kitabın tərcümə olunsun. Ona görə də yazarlar çalışırlar ki, özləri öz büdcələri hesabına tərcümə etdirsinlər. Hər yazarın buna imkanı yoxdur. Ona görə də azərbaycanlı yazarların əsərləri dünya arenasına ayaq aça bilmir. Mən Türkiyədə kitabımın onlayn satışını təşkil etdim. Türkiyədə kitab çapı bizdən ucuzdur. Yazıçıya müəyyən qədər dəstək olan şirkətlər də olur. Həm də orada kitab alıcısı çoxdur".Müsahibimiz sözlərinə görə, digər problem bizdə yazarların tərcümədən çox kitabların sayını artırmağa meyilli olması ilə bağlıdır. O, yazıçılarımızda özgüvənin də çatışmadığı qənaətindədir:"Yaşlı nəsildən olan şairlər, yazarlar gənc nəslin yazdığını bəyənmirlər. Onlar yeni gələn nəsli qərəzli tənqid edirlər. Bu da gənc yazarda istər-istəməz kompleks yaradır. Mən hansısa yazardan məsləhət almaq istəsəm, haqsız təndiq edəcək. Yaşlı nəsildə səmimilik azdır, gənclərə yol vermək istəmirlər. Paxıllıq daha çoxdur". M.A.Aslan deyir ki, məslislərin birində yaşlı yazıçı 20 ildən artıqdır yazmasına baxmayaraq, Yazıçılar Birliyinə yeni üzv olduğunu deyib. O etiraf edib ki, əgər hansısa gənc yazar gəlib AYB-nin üzvü olsa, ürəyi partlayar.Əsərləri Rusiya kitab bazarına çıxan yazıçı Samit Əliyev digər həmkarlarından fərqli olaraq, böyük problemlərlə rastlaşmadığını bildirir. O, bunun səbəbini belə izah edir: "15-20 il öncə mən "Litprom" saytına bir neçə əsərimi yerləşdirmişdim. Əsərlərim insanların xoşuna gəldi. Ondan sonra təkliflər gəldi, kitablarım çap olundu".Yerli yazarlarımızın dünya arenasına çıxmamasına gədlikdə isə yazıçı bildirir ki, Azərbaycanda ən böyük problem tərcümə sahəsindədir: "Tərcümə bir incəsənətdir. Hər dil bilən əsər tərcümə edə bilməz. Ötən əsrin 50-60-cı illərində Yeseninin "Proşay, Baku!" şeirinin tərcüməsi üçün bizim 5 adlı-sanlı şairimizi çağırıblar, xahiş ediblər ki, bu şeiri Azərbaycan dilinə tərcümə etsinlər. Həmin şairlərin beşi də həmin şeirin əsasında tamamilə başqa-başqa şeirlər ərsəyə gətiriblər. Məsələn, bizim yazarlardan Əkrəm Əylislinin, Cəlil Cavanşirin və digər yazarlarımızın əsərləri xarici dillərə tərcümə olunsa, çox böyük ajiotaja səbəb ola bilər".S.Əliyevin fikrincə, yazıçının tanınmasında ölkə ərazisinin genişliyi və əhalisinin sayı da önəmlidir: "Amerika, Rusiya, Türkiyə kimi böyük ölkələr dünyada liderlik edirlər. Çünki, o ölkələrin özləri də böyükdür".Yazıçı gənc yazarlara öz əsərlərini çəkinmədən çap etdirməyi tövsiyə edir. Onun fikrincə, bu məsələdə şans çox önəmlidir.Gənc yazıçı Ayxan Ayvaz sözügedən problemin kökündə təbliğatın dayandığını söyləyir. Onun zənnincə, təbliğat olmayanda, ən yaxşı məhsulu belə, heç kim tanımayacaq: "Gürcüstan neçə ildir bu təbliğat prosesinə başlayıb. Artıq iki dəfə nüfuzlu Bukerdə yer alıblar. Bizdə bu təbliğat başlasa, o zaman hər şey qaydasına düşəcək. Dövlət səviyyəsində təbliğat olmalıdır. Tərcümə sahəsini inkişaf etdirmək, dünya nəşriyyatları ilə əlaqə saxlama lazımdır. Yazıçıların əsərləri mükafatlara təqdim olunmalıdır. Müsabiqələr təşkil olunmalıdır. Yazıçı rəssam deyil, onun əsərini dünyada təqdim etmək üçün mütləq tərcümə lazımdır".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/05/447088960_114:0:1887:1330_1920x0_80_0_0_067dcaa466050ab2107d82a04fde0280.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
yazıçı, əsər, tərcümə
Yazarlarımızın əsərləri Biləcəridən o tərəfə niyə keçmir?
Müsahiblərimiz azərbaycanlı yazarların əsərlərinin dünya arenasına çıxmamasının səbəblərini tərcümə, təbliğat və maddi problemlərdə görürlər.
BAKI, 14 oktyabr — Sputnik. Ölkənin tanınmasında bədii ədəbiyyatın çox böyük rolu var. Hələ ötən əsrlərdə yaşamış Azərbaycan şair və yazıçılarının əsərləri dünya dillərinə tərcümə olunub. Amma son dövrlər azərbaycanlı yazarların əsərləri ölkə hüdudlarını aşa bilmir. Görəsən, yerli yazarlarımızın əsərləri niyə beynalxalq arenaya çıxmır? Buna nə mane olur? Problemlərin kökünü araşdırmaq üçün bir neçə yazarla həmsöhbət olduq.
"Yarım qalan İstanbul" əsəri ilə Türkiyədə beynəlxalq mükafata layiq görülən yazıçı Mövsüm Amir Aslan hər şeyin kökündə maddiyyatın dayandığını söyləyir. Onun fikrincə, hansısa bir yazıçımızın xarici ölkələrdə olan oxucularının diqqətini çəkən bir əsəri tərcümə olunub satışa çıxarılsa, böyük gəlir əldə etmiş olar: "Çünki, Azərbaycan balaca bir ölkədir, heç də hər kəs kitab almır. İstanbulda ictimai nəqliyyatla gəzsəniz görərsiniz ki, əksər insanların əlində kitab var. Türkiyəli yazarlarla əlaqəm var, görürəm ki, onlar bizim kimi əziyyət çəkmirlər."
Azərbaycanda tərcümə sahəsində olan problemlərdən söz açan yazar bildirir ki, bizdə dili bilənlər çoxdur. Amma bədii tərcüməni bilənlər yox dərəcəsidədir: "Mən kitabımı tərcümə etdirəndə xeyli əziyyət çəkdim. Bədii əsəri hər adam tərcümə edə bilməz. Mən kitabımı türk dilinə tərcümə etdirdim. Türk dilini hər birimiz bilirik. Amma tərcümə vaxtı frazeoloji birləşmələrin, ayrı-ayrı ifadələrin tərcüməsində çox problem oldu. Təəssüf ki, dilimiz digər dillərlə müqayisədə zəngin deyil. Məsələn, ay işığının dənizə yansımasını türklər bir sözlə - "Yakamoz"la bildirirlər. Bizdə isə bu söz yoxdur".
M. A.Aslan yazıçıların əsərlərinin dünya arenasına çıxmamasının başqa bir səbəbini satışın olmaması ilə əlaqələndirir: "Bizdə adi bir yazıçının əsərinin tərcüməsinə fond yardım etməz. Gərək sən o qədər məşhur olasan ki, sənin kitabın tərcümə olunsun. Ona görə də yazarlar çalışırlar ki, özləri öz büdcələri hesabına tərcümə etdirsinlər. Hər yazarın buna imkanı yoxdur. Ona görə də azərbaycanlı yazarların əsərləri dünya arenasına ayaq aça bilmir. Mən Türkiyədə kitabımın onlayn satışını təşkil etdim. Türkiyədə kitab çapı bizdən ucuzdur. Yazıçıya müəyyən qədər dəstək olan şirkətlər də olur. Həm də orada kitab alıcısı çoxdur".
Müsahibimiz sözlərinə görə, digər problem bizdə yazarların tərcümədən çox kitabların sayını artırmağa meyilli olması ilə bağlıdır. O, yazıçılarımızda özgüvənin də çatışmadığı qənaətindədir:
"Yaşlı nəsildən olan şairlər, yazarlar gənc nəslin yazdığını bəyənmirlər. Onlar yeni gələn nəsli qərəzli tənqid edirlər. Bu da gənc yazarda istər-istəməz kompleks yaradır. Mən hansısa yazardan məsləhət almaq istəsəm, haqsız təndiq edəcək. Yaşlı nəsildə səmimilik azdır, gənclərə yol vermək istəmirlər. Paxıllıq daha çoxdur".
M.A.Aslan deyir ki, məslislərin birində yaşlı yazıçı 20 ildən artıqdır yazmasına baxmayaraq, Yazıçılar Birliyinə yeni üzv olduğunu deyib. O etiraf edib ki, əgər hansısa gənc yazar gəlib AYB-nin üzvü olsa, ürəyi partlayar.
Əsərləri Rusiya kitab bazarına çıxan yazıçı Samit Əliyev digər həmkarlarından fərqli olaraq, böyük problemlərlə rastlaşmadığını bildirir. O, bunun səbəbini belə izah edir: "15-20 il öncə mən "Litprom" saytına bir neçə əsərimi yerləşdirmişdim. Əsərlərim insanların xoşuna gəldi. Ondan sonra təkliflər gəldi, kitablarım çap olundu".
Yerli yazarlarımızın dünya arenasına çıxmamasına gədlikdə isə yazıçı bildirir ki, Azərbaycanda ən böyük problem tərcümə sahəsindədir:
"Tərcümə bir incəsənətdir. Hər dil bilən əsər tərcümə edə bilməz. Ötən əsrin 50-60-cı illərində Yeseninin "Proşay, Baku!" şeirinin tərcüməsi üçün bizim 5 adlı-sanlı şairimizi çağırıblar, xahiş ediblər ki, bu şeiri Azərbaycan dilinə tərcümə etsinlər. Həmin şairlərin beşi də həmin şeirin əsasında tamamilə başqa-başqa şeirlər ərsəyə gətiriblər. Məsələn, bizim yazarlardan Əkrəm Əylislinin, Cəlil Cavanşirin və digər yazarlarımızın əsərləri xarici dillərə tərcümə olunsa, çox böyük ajiotaja səbəb ola bilər".
S.Əliyevin fikrincə, yazıçının tanınmasında ölkə ərazisinin genişliyi və əhalisinin sayı da önəmlidir: "Amerika, Rusiya, Türkiyə kimi böyük ölkələr dünyada liderlik edirlər. Çünki, o ölkələrin özləri də böyükdür".
Yazıçı gənc yazarlara öz əsərlərini çəkinmədən çap etdirməyi tövsiyə edir. Onun fikrincə, bu məsələdə şans çox önəmlidir.
Gənc yazıçı Ayxan Ayvaz sözügedən problemin kökündə təbliğatın dayandığını söyləyir. Onun zənnincə, təbliğat olmayanda, ən yaxşı məhsulu belə, heç kim tanımayacaq:
"Gürcüstan neçə ildir bu təbliğat prosesinə başlayıb. Artıq iki dəfə nüfuzlu Bukerdə yer alıblar. Bizdə bu təbliğat başlasa, o zaman hər şey qaydasına düşəcək. Dövlət səviyyəsində təbliğat olmalıdır. Tərcümə sahəsini inkişaf etdirmək, dünya nəşriyyatları ilə əlaqə saxlama lazımdır. Yazıçıların əsərləri mükafatlara təqdim olunmalıdır. Müsabiqələr təşkil olunmalıdır. Yazıçı rəssam deyil, onun əsərini dünyada təqdim etmək üçün mütləq tərcümə lazımdır".