CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xınalığa su-kanalizasiya xətləri çəkiləcək

© Sputnik / Ilham MustafayevXınalıq
Xınalıq - Sputnik Azərbaycan, 1920, 14.10.2022
Abunə olmaq
Bu layihə hökumətə təqdim ediləcək və lazımi vəsait ayrılandan sonra bu problem həll olunacaq.
BAKI, 14 oktyabr — Sputnik. Gələn il Quba rayonunun Xınalıq kəndinə su və kanalizasiya xətləri çəkiləcək.
Bunu "Xınalıq" Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunda aparılan təmir-bərpa işlərinə baxış zamanı Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib.
"Bununla bağlı "Azərsu" ASC ilə birgə müvafiq layihə hazırlanır. Layihə hökumətə təqdim ediləcək və lazımi vəsait ayrılandan sonra bu problem həll olunacaq", - deyə o, qeyd edib.
Qeyd edək ki, 2020-ci ildə "Xınalıq, orta əsr dağ kəndi" adı ilə UNESCO-nun Ümumdünya İrsinin İlkin Siyahısına daxil edilib.
Dünya əhəmiyyətli abidə kimi dövlət tərəfindən qorunan Xınalıq kəndinin ərazisində 2007-ci ildə "Xınalıq" Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğu yaradılıb. Dövlət Turizm Agentliyi tabeliyində fəaliyyət göstərən "Xınalıq" Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğu orta əsrlərə xas olan özünəməxsus memarlıq strukturu və əsrarəngiz təbiət mənzərəsi ilə seçilən bir mədəni irs nümunəsi kimi qəbul edilir.
Xəbər lenti
0