https://sputnik.az/20221014/sehid-ovladlari-ile-bagli-imtiyazlara-yeniden-baxilmasi-teklif-edilib-447461675.html
Şəhid övladları ilə bağlı imtiyazlara yenidən baxılması təklif edilib
Şəhid övladları ilə bağlı imtiyazlara yenidən baxılması təklif edilib
Sputnik Azərbaycan
Deputat Azərbaycanda şəhid övladı olan şəxsin 18 yaşına kimi, təhsillə bağlı məsələdə isə 23 yaşına kimi dövlətin himayəsində olduğunu xatırladıb 14.10.2022, Sputnik Azərbaycan
2022-10-14T13:49+0400
2022-10-14T13:49+0400
2022-10-14T13:49+0400
şəhid
cəmiyyət
deputat
https://cdnn1.img.sputnik.az/img/07e5/01/1c/426078606_90:0:1770:945_1920x0_80_0_0_d3cf15c7be152b3fac8efe6d56289a9d.jpg
BAKI, 14 oktyabr - Sputnik. 18 yaşından sonra şəhid övladları “şəhid ailəsi” statusundan məhrum edilirlər. Hesab edirəm ki, bununla bağlı məsələ müzakirə edilməli və şəhid övladları ilə bağlı imtiyazlara düzəliş edilməlidir.Bu təkliflə deputat Müşfiq Cəfərov Milli Məclisin bu gün keçirilən iclasında çıxış edib.Deputat xatırladıb ki, Azərbaycanda şəhid övladı olan şəxs 18 yaşına kimi, təhsillə bağlı məsələdə isə 23 yaşına kimi dövlətin himayəsində olur.“Gəncədən olan şəhid övladları bizə müraciət edərək bildirirlər ki, 18 yaşdan sonra imtiyazlar ləğv edildiyindən iş tapmaqda da çətinlik çəkirik. Amma nəzərə almaq lazımdır ki, mentalitetimizə uyğun olaraq ölkədə valideynlər bütün ömrüboyu övladlarına dəstək olurlar. Şəhid övladları həmçinin bildirir ki, şəhidin varisi sayılan həyat yoldaşı vəfat etdikdən sonra ev növbəsinə dayanmaq da ləğv edilir. Hesab edirəm ki, imtiyazlara yenidən baxılması dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğının gücləndirilməsinə öz töhfəsini vermiş olar”, - deyə deputat bildirib.Şəhid və şəhid ailəsi anlayışıXatırladaq ki, şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir.Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir:ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/01/1c/426078606_300:0:1560:945_1920x0_80_0_0_9aac84ce0f1b0949c080a69d46e30c42.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
şəhid, deputat
Şəhid övladları ilə bağlı imtiyazlara yenidən baxılması təklif edilib
Deputat Azərbaycanda şəhid övladı olan şəxsin 18 yaşına kimi, təhsillə bağlı məsələdə isə 23 yaşına kimi dövlətin himayəsində olduğunu xatırladıb
BAKI, 14 oktyabr - Sputnik. 18 yaşından sonra şəhid övladları “şəhid ailəsi” statusundan məhrum edilirlər. Hesab edirəm ki, bununla bağlı məsələ müzakirə edilməli və şəhid övladları ilə bağlı imtiyazlara düzəliş edilməlidir.
Bu təkliflə deputat Müşfiq Cəfərov Milli Məclisin bu gün keçirilən iclasında çıxış edib.
Deputat xatırladıb ki, Azərbaycanda şəhid övladı olan şəxs 18 yaşına kimi, təhsillə bağlı məsələdə isə 23 yaşına kimi dövlətin himayəsində olur.
“Gəncədən olan şəhid övladları bizə müraciət edərək bildirirlər ki, 18 yaşdan sonra imtiyazlar ləğv edildiyindən iş tapmaqda da çətinlik çəkirik. Amma nəzərə almaq lazımdır ki, mentalitetimizə uyğun olaraq ölkədə valideynlər bütün ömrüboyu övladlarına dəstək olurlar. Şəhid övladları həmçinin bildirir ki, şəhidin varisi sayılan həyat yoldaşı vəfat etdikdən sonra ev növbəsinə dayanmaq da ləğv edilir. Hesab edirəm ki, imtiyazlara yenidən baxılması dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğının gücləndirilməsinə öz töhfəsini vermiş olar”, - deyə deputat bildirib.
Şəhid və şəhid ailəsi anlayışı
Xatırladaq ki, şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir.
Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir:
ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr.