Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Qərb Rusiya Federasiyasına qarşı terror müharibəsinə keçir

© AFP 2024 / Daniel Leal-Olivas/PoolQərb
Qərb  - Sputnik Azərbaycan, 1920, 14.10.2022
Abunə olmaq
Ukraynanın əli ilə Rusiya ilə müharibə etmək Qərbin xoşuna gəlirdi. İndi isə o, Rusiyaya qarşı birbaşa və açıq terrorizmə keçir.
BAKI, 14 oktyabr — Sputnik. Ukraynada yanan Krım körpüsünün fotoşəkili ilə çəkilmiş selfilər tez bir zamanda qəzəbə çevrildi: "Bəs, bizim günahımız nə idi?" Bu barədə "RİA Novosti"nin şərhçisi Svetlana Nikiforova yazır.
Kiyev rejimi özünü günahsız qurban kimi göstərməyə adət etsə də, hamı Vaşinqton və Londonun Kiyevi tonlarla silahla təmin etdiyini, minlərlə muzdlu əsgər göndərdiyini gördü – bunların hamısı Rusiyaya qarşı döyüşmək üçün nəzərdə tutulmuşdu.
Ukraynanın əli ilə Rusiya ilə müharibə etmək Qərbin xoşuna gəlirdi. İndi isə o, Rusiyaya qarşı birbaşa və açıq terrorizmə keçir.
Avropanın tam mərkəzində ABŞ-ın məhv etmək istədiyi və bu barədə açıq şəkildə danışdığı "Şimal axını" qaz kəməri partladılır. Almaniya avropalı tərəfdaşları ilə birlikdə araşdırmaya başlayıb, lakin zədələnmiş əmlakın sahibi olan Rusiyanı istintaqa yaxın buraxmırlar.
Moskva vilayətində Rusiyanın müstəqilliyi uğrunda intellektual mübarizənin lideri Darya Duqinanın avtomobili partladılıb.
Bu yaxınlarda Rusiyanı terrorun sponsoru elan etmək istəyən ABŞ özü əsl terrorçu rolunun ifaçısına çevrilir.
Bəli, Vaşinqton bunu tez bir zamanda öz boynundan rədd etdi və hər şeyi Kiyev rejiminin üzərinə atdı. Hətta "New York Times" belə hesab edir ki, Ağ Ev Zelenski rejimini bu yolla xəbərdar edib və terrorçulardan uzaqlaşıb.
Lakin bir neçə gündən sonra Krım körpüsündə partlayış baş verdi. Belə hadisələrə terror hadisələrindən başqa qiymət vermək olmaz.
Bəli, icraçılar Ukrayna xüsusi xidmət orqanları oldular, lakin bir neçə gündən sonra Londondan terror hücumu planlarının müəlliflərinə birbaşa işarə edən sənədlər üzə çıxdı.
Dünya terrorizminin real müştəriləri və sponsorları Böyük Britaniya və ABŞ-dadır. Bu gün bunu hətta özlərinin də gizlətməsi mümkün deyil.
Xəbər lenti
0